Yaxşı Müştəri Münasibətləri Üçün Brend Etibarına Aid 3 Məsləhət | Solvemark

Yaxşı Müştəri Münasibətləri Üçün Brend Etibarına Aid 3 Məsləhət | Solvemark

Brend etibarı bir biznes üçün uğurun açarıdır. Müştərilərin etibarını qazandıqca biznesiniz inkişaf edecək, yeni müştərilərinizin və satışlarınızın sayı getdikcə yüksələcək. Brend reputasiyasının formalaşdırılması üçün onun müştəri münasibətləri üçün əhəmiyyətini, tərkib hissələrini və yardaılması üsulunu öyrənmək lazımdır.

Brend Etibarının Müştəri Münasibətləri Üçün Əhəmiyyəti Nədir?

Brend etibarı, brendin uğurunun əsasını təşkil edən müştəri sədaqətinin formalaşdırılmasında mühüm amildir. Bir brendə inam yaxşı məhsul və güclü müştəri əlaqələri ilə başlayır. Bura müştərilərlə emosional əlaqə yaradan təsirli marketinq strategiyası da daxildir.

Biznes kontekstində brend etibarı mövcud və potensial müştərilərinizlə münasibətlər qurmaq bacarığı deməkdir ki, onlar sizinlə iş görməyə həvəsli olsunlar. Bu, müştəri saxlama dərəcələrini yaxşılaşdırmağa imkan verir. Müştəri saxlama hər bir şirkət üçün vacib məsələdir, çünki şirkətinizin ömrünü uzatmağa xidmət edir.

Bundan əlavə, brend etibarı müştərilərin məhsul almaq qərarına təsir edən ən vacib amillərdən biridir. Ona görə hər bir biznes bu məsələyə ciddi yanaşmalıdır. Etibar loqotip, şüar və rəng palitrasıyla yaradıla bilməz; sədaqət, dürüstlük və ardıcılllıqla qazanılır və qorunur.

Brend reputasiyası şirkətin etibarlılığının və müştərilərin ehtiyaclarını təmin etmək qabiliyyətinin ölçüsüdür. Bu səbəblə, şirkətlər üçün reputasiyasını idarə etmək vacibdir.

Brend Etibarı Strategiyasının 4 Tərkib Hissəsi

Brend reputasiyasının formalaşdırılması müştərilərin məhsullarınız və ya xidmətləriniz haqqında məlumatlılığını artıran və sizi rəqiblərinizdən fərqləndirən çox mərhələli prosesdir. Bu proses müəyyən bir strategiyaya əsaslanmalı və strategiyanınm həyata keçirilməsi zamanı şirkət dürüst, şəfaf və müştərilərinə qarşı diqqətli olmalıdır.

Brend etibarı strategiyası müştəri yönümlü olmalıdır və 4 komponenti ehtiva etməlidir. Bunlar, müştəri əlaqələrinin idarə olunması, istifadəçi tərəfindən yaradılmış məzmunun (user-generated-content) istifadəsi, brend ardıcıllığının təmin edilməsi, brend şəxsiyyətinin təsdiqləmənməsidir ki, hər biri haqqında ayrı–ayrı məlumat verəcəyik.

Müştəri əlaqələrinin idarə olunması müştərilərlə əlaqələrin qurulması və təkmilləşdirilməsindən ibarətdir. Bu proses müştərilərin ən çox vaxt keçirdiyi sosial media platformalarında müəyyən endrim, kampaniya və faydalı məzmunun paylaşılması ilə başlayır. Daha sonra müştərilərlə mütəmadi qarşılıqlı əlaqə qurulmasına diqqət edilir. Bu da müştərilərin suallarının, rəylərinin cavablandırılması və problemlərinin həll olunması ilə təmin edilir.

İstifadəçi tərəfindən yaradılmış məzmun real insanların məhsul və ya xidmətlərinizdən necə razı qaldığını göstərmək və ciddi brend etibarı yaratmaq üçün əla fürsətdir. Bir çox insan sosial media platformalarında brendlər haqqında danışmağı sevir. Bu insanları tapıb rəylərini və yazılarını paylaşın, brendinizlə əlaqəsini açıqlayın. Elə istifadəçi tapa bilmirsinizsə, fəaliyyət sahənizlə bağlı tematik qruplarda müəyyən suallar vasitəsilə istifadəçiləri müfaviq mövzuda danışmağa yönləndirin.

Brend dəyərləri, hədəfləri və mədəniyyətinə sadiq olmaq brend reputasiyasının pozulmaması baxımından vacibdir. Sosial media paylaşmaları, reklamlar və müştəri təcrübəsində brend dəyərlərinə uyğun hərəkət etməlisiniz. Paylaşma və reklamlarınızda brendin müvafiq səs tonuna (brend identifikasiyasına) sadiq qalmalısınız. Bundan əlavə, sözünüzü tutmalı, təkrarlanan keyfiyyət və müştəri təcrübəsi təmin etməlisiniz ki, insanlar sizdən vaz keçməzsin.

Müştərilər ticari təkliflərdən çox brendinizin şəxsiyyəti yəni özünəməxsusluğu ilə maraqlanırlar. Brend şəxsiyyəti şirkətinizin dəyərləri, hədəfləri və mədəniyyətinin davranışlarında əks olunmasıdır. Məhsullarınızın keyfiyyətini qoruyun, müştərilərinizə qarşı diqqətli və nəzakətli olun, müştəri məxfiliyini qoruyun, böhran zamanı səhvinizi etiraf edərək üzr istəyin və problemi həll etməyə çalışın.

3 Addımda Brend Etibarını Necə Yaratmaq Olar?

Güclü brend şəxsiyyətinin yaradılması müştəri rəylərini dinləmək və onlara cavab verməklə başlayır. Bununla siz zaman keçdikcə daha çox müştəri cəlb edərək güclü müştəri yönümlü mədəniyyət formalaşdıra bilərsiniz. Brend etibarı yaratmaq üçün atmalı olduğunuz addımlar aşağıdakılardır:

İlk addım, brendinizin mövcud müştərilər tərəfindən necə qəbul edildiyini dürüst şəkildə qiymətləndirməkdir. Qiymətləndirmə nəticəsi sizin üçün istinad nöqtəsi olacaq. Bunun üçün aşağıdakı sahələri nəzərdən keçirməlisiniz:

  • Şirkətinizin bazardakı nüfuzu;
  • Şirkətinizin dəyər təklifi;
  • Şirkətiniz müştəriləri ilə necə münasibət qurur?

İkinci addım, e-poçt marketinqi və ya sosial media vasitəsilə müştəri rəylərini toplamaqdır. Bunu müvafiq mövzuda suallar hazırlayıb e-poçt vasitəsilə müştərilərə göndərmək və ya sosial media platformalarında paylaşmaqla etmək mümkündür. Başka bir yolu isə heşteqlər vasitəsilə sosial media şəbəkəsində şirkətinizlə bağlı paylaşmaları toplamaqdır.

Üçüncü addım, əldə edilən məlumatlara əsasən yuxarıda qeyd olunan tərkib hissələrindən ibarət brend etibarı strategiyası hazırlamaq, bu strategiyanın həyata keçirilməsi üçün fəaliyyət planı tərtib etmək və onu icra etmək üçün mütəmaddi olaraq işləməkdir. Bu proses vaxt və zəhmət tələb edir, ancaq buna dəyər, çünki nəticədə daha böyük sadiq müştəri kütləsi və gəlir əldə edəcəksiniz.

Qeyd: brendinq və müştəri münasibətləri haqqında daha ətraflı məlumat üçün Brendi Ön Plana Çıxarmaq üçün 7 AddımBrendiniz üçün 7 Addımda Uğurlu SMM StrategiyasıBrendinq Nədir? Biznesiniz üçün Necə İstifadə Edə Bilərsiniz?Müştəri Məmnuniyyətini Artırmaq üçün 7 Məsləhət yazılarına nəzər sala bilərsiniz.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir