WordPress Nədir?

WordPress Nədir? (WordPress-ə Giriş) | Solvemark

WordPress vebsaytın və ya bloq yaratmağın ən sadə, ən populyar yoludur. İnternetdəki vebsaytların təxminən 40%-ı WordPress tərəfindən dəstəklənir. Bu bloq yazımızda WordPress nədir, nə üçün istifadə olunur, üstünlüyü nədir, şəxsi kompüterə quraşdırmaq olar mı, onunla necə vebsayt açmaq olar kimi suallara cavab tapa bilərsiniz.

WordPress Nə Üçün İstifadə Olunur?

WordPress, vebsayt və ya bloq açmak və idarə etmək üçün kodlanmış GPL (Ümumi İctimai Lisenziya) lisenziyalı açıq mənbəli məzmun idarəetmə sistemidir. Bu açıq məzmun idarəetmə sistemi, vebsaytın vacib elementlərini dərin proqramlaşdırma biliyi olmadan da idarə etməyə imkan verən bir vasitədir. Əsas versiyası ödənişsiz olsa da, ödənişli versiyaları və xüsusi plaginləri (əlavə proqramları) var. Bundan əlavə, WordPress sistemi WordPress.com və WordPress.org olaraq 2-yə ayrılır. Wordpress nədir mövzusunu daha dərindən anlamaq üçün bu 2 versiya arasındakı fərqi aydınlaşdırmaq lazımdır.

WordPress.com İlə WordPress.org Arasındakı Fərq

WordPress.com ilə WordPress.org arasında əsas fərq, WordPress.com-un təmin etdiyi imkanların WordPress.org-a görə daha məhdud olmasıdır. Bura  vebsayt açma imkanı, vebsaytın xüsusiyyətləri, mövzular, plaginlər, domen və hostinq idarəetməsi

– WordPress.com ödənişsiz vebsayt açma imkanı verir, amma ödənişsiz versiyasında açılmış vebsaytın xüsusiyyətləri peşəkar səviyyədə deyil. Digər tərəfdən burda açılan saytı daha sonra WordPress.org-a daşıyaraq daha uyğun şəklə salmaq mümkündür.

– WordPress.org-da da ödənişsiz mövzular (theme) və plaginlər var, amma xüsusi mövzular və plaginlər lazım olduqda ya hazır ödənişli varyantlardan faydalanmak ya da hər hansı bir proqramçıya sifariş etmək mümkündür.

– WordPress.com ilə kodlaşdırma və vebsayt haqqında məlumata sahip olmadan vebsayt və ya bloq açıb idarə etmək mümkündür. WordPress.org isə kodlaşdırma, domen ve hostinq idarəetməsi haqqında biraz məlumat tələb edir.

– WordPress.com-un ödənişli versiyasında belə mövzuların və plaginlərin sayı WordPress.org-a görə məhduddur.

– WordPress.com hostinq xidmətini öz serverində verdiyi halda, WordPress.org-da wordpress-in son versiyası yüklənib hostinqə quraşdırılır.

WordPress-i Kim və Nə Vaxt Yaradıb?

WordPress 2003-cü ildə Matt Mullenweg və Mike Little tərəfindən b2/cafelog adlı layihənin əsasında yaradılmışdır. İlk illər daha çox bloq yaratmaq üçün bir vasitə idi. Hal-hazırda isə əsas koddakı dəyişikliklər, həmçinin geniş plaginlər və mövzular ekosistemi sayəsində WordPress ilə istənilən vebsaytı yaratmaq olar.  Şirkətlər, təşkilatlar və bizneslər üçün korporativ vebsaytdan onlayn satış saytına qədər.

WordPress-in Üstünlüyü Nədir?

WordPress nədir mövzusuna daha da aydınlıq gətirmək üçün onun üstünlüklərindən bəhs etməmək mümkün deyil.  WordPress sisteminin bir çox üstünlüyü var, amma bu məqalədə əsas üstünlüklər ələ alınacaqdır. Əsas üstünlüklər:

– Əsas istifadəsi tamamilə ödənişsizdir. Buna görə də yeni başlayanlar üçün ideal platformadır.

– Çox sadə interfeysə malikdir. Çox da təcrübəli olmayan və kodlaşdırmanı bilməyən istifadəçilər belə bu proqramla vebsayt yarada bilərlər.

– Açıq mənbəli proqram olduğundan ehtiyaca görə inkişafa həmişə açıqdır.

– Minlərlə mövzü və plagini olduğundan istənilən vebsaytın yaradılması üçün istifadə oluna bilər.

– WordPress vasitəsilə yaradılan hər bir vebsaytın təhlükəsizliyi WordPress tərəfindən təmin edilir.

SEO-ya uyğun sistemdir.

WordPress-i Şəxsi Kompüterə Quraşdırmaq Olar?

Təbii, WordPress-i şəxsi kompüterə quraşdırmaq olar. Sıfırdan yeni sayt qurursunuz, yeni mövzu və ya plagin quraşdırmaq istəyirsiniz və onu pozmadan mövcud veb saytınızla sınaqdan keçirmək üçün təhlükəsiz yer istəyirsiniz. Bunun üçün WordPress-i DevKinsta ilə ödənişsiz olaraq kompüterinizə quraşdıra bilərsiniz.

WordPress ilə Necə Vebsayt Açmaq Olar?

Ən çevik və güclü platforma olmasına baxmayaraq, WordPress sisteminin istifadəsi yeni başlayanlar üçün belə olduqca asandır. Yan paneldə sadalanan müxtəlif menyu seçimləri ilə sadə tabloya malikdir. Asanlıqla yazılar və səhifələr yaratmaq, veb saytın dizaynını fərdiləşdirmək, naviqasiya menyuları əlavə etmək mümkündür.

WordPress ilə vebsayt yaratmaq istəyirsinizsə, bunu 3 sadə addımda edə bilərsiniz:

  • Domen adı və hostinq alın. Domen adı, vebsaytınızın ünvanıdır və hər il yenilənməlidir. Hostinq vebsaytınızın bütün fayllarının və data bazasının (məzmun, istifadəçi məlumatları, quraşdırma faylları və s.) saxlandığı yerdir. WordPress_ hostinq xidmətindən və ya Linux hostinq paketinden istifadə edə bilərsiniz.
  • WordPress-i quraşdırın. Bunun üçün ən asan yol – CPANEL- Softaculous Program Installer – WordPress – Install Now. Protokol, domen, saytın adı və s. ilə bağlı müvafiq seçimləri etdikdən sonra Download düyməsini klikləyin.
  • WordPress mövzusunu seçin. Mövzu hazır kodlanmış dizayndır. Brauzer yerinə  siteadresiniz.com/wp-admin linkini yazaraq saytınızın idarəetmə panelindən mövzuları görə bilərsiniz: Korporativ Mövzular, E-Ticarət Mövzuları, Bloq – Jurnal Mövzuları, Xəbər Mövzuları, Elan Mövzuları və s.

Həqiqətən bu qədər sadədir! WordPress nədir mövzusunun təfərrüatını mənimsədikdən sonra vebsayt yaratmağa keçə bilərsiniz. Bu təlimatı əlinizdə saxlayın və addım-addım irəliləyin.  Yox, vebsayt yaratmaq məqsədinizə daha asan və tez çatmaq istəyirsinizsə, Solvemark-ın Vebsaytın Hazırlanması xidmətindən (E-ticarətKorporativ və Şəxsi) istifadə edə bilərsiniz. Ehtiyaclarınıza və istifadəçi təcrübəsinə uyğun vebsayt yaratmaq bizimlə çok rahatdır!

Mənbə:https://blog.hubspot.com/marketing/wordpress-websitei 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir