Müasir dünyada vebsaytın yenidən dizayn edilməsi (redesign) hər biznes üçün zəruridir. İstənilən şirkət üçün vebsayt öz auditoriyası ilə əlaqə yaratmaq və ilk təəssürat formalaşdırmaq üçün vacibdir. Ona göre saytınızı gözdən keçirib müasir tələblərə cavab verdiyindən əmin olmalısınız.
Yenidən Dizayn Nəyə Lazımdır?
Vebsaytın yenidən dizaynı onun istifadəçi üçün daha əlverişli və cəlbedici olması yenilənməsi prosesidir. Bu proses saytınızın axtarış sistemlərindəki reytinqini yaxşılaşdırmağa və daha çox istifadəçi cəlb etməyə kömək edir. Yaxşı tərtib edilmiş sayt trafiki 20% artıra bilər.
Getdikcə daha çox insan internetə mobil cihazlardan daxil olur. Ona görə veysat sahiblərinin bu dəyişikliklə ayaqlaşmaları lazımdır. Bundan əlavə, yenidən dizayn istifadəçi təcrübəsini də dəyişə bilər. Bu da ziyarətçilərin axtardıqlarını tapmasını asanlaşdırır.
Vebsaytınızın yenidən dizayn edilməsi üçün bir çox səbəb ola bilər. Burda 6 əsas səbəbi ələ almaq istəyirik.
Vebsaytınızın yenidən dizaynı üçün 6 səbəb:
- Saytınız çox yavaş işləyirsə və ziyarətçilər lazımi məzmuna çatmadan saytı tərk edirlərsə;
- Saytınız mobil cihazlar üçün optimallaşdırılmayıbsa;
- Saytınızın dizaynı köhnəlib və ziyarətçilər axtardıqlarını asanlıqla tapa bilmirlərsə;
- Saytınızın dizayn brendinizə uyğun deyilsə;
- Saytınız SEO-ya görə optimallaşdırılmayıbsa;
- Şirkətiniz sürətlə inkişaf edirsə, yeni tərəfdaşlar və müştərilər cəlb edirsə.
Vebsaytın yenidən dizayn edilməsi adətən bir neçə həftə çəkir, lakin bu sahədə ixtisaslaşmış bir agentlik və ya tərtibatçı ilə əməkdaşlıq etməyə qərar versəniz, daha sürətli ola bilər.
Yenidən Dizayn Necə Edilir?
Vebsaytın yenidən dizaynı üçün dərin araşdırma və dəqiq planlaşdırma lazımdır. Siz həmçinin müxtəlif dizayn mərhələlərini və onların biznesinizə təsirini nəzərə almalısınız. Bundan əlavə, yenidən dizayn üçün hədəflərinizi müəyyənləşdirməli, aydın layihə planı yaratmalıl və hədəf kütlənizin rəyini öyrənməlisiniz.
Bütün bunları edərkən vebsaytların müxtəlif növlərinin olduğunu unutmamalısınız. Çox məzmunlu saytlar və az məzmunlu saytlar var. Çox naviqasılı saytlar və az naviqasiyalı saytlar var. Vebsaytınızın çevrilmə nisbətini artırmaq istəyirsinizsə, saytınızın hədəf kütlənizə uyğun olduğundan əmin olmalısınız.
Eyni zamanda, saytınızın növü onun funksiyalarının müəyyənləşdirilməsi üçün də vacibdir. Vebsaytınızda hansı funksiyalarının olacağına qərar verməzdən əvvəl onun dizayn növünü müəyyənləşdirməlisiniz. Dizayn növü saytı tərtib edərkən və ya çevrilmə nisbəti və ziyarətçiləri saxlama dərəcəsini artırırkən nəyə diqqət etməli olduğunuzu müəyyənləşdirəcək.
Ümumiyyətlə, bu prosesdə nəzərə alınmalı olduğunuz bir çox məqam var. Burda əsas olan məsələlərin xülasəsini hazırladıq:
- Məqsədinizi müəyyənləşdirin: Bu saytla nəyə nail olmaq istəyirsiniz?
- Bazar tədqiqatı aparın: insanların Dizayn, məzmun və s. baxımından nə axtardığını öyrənin.
- Xəyali istifadəçi şəxsiyyəti yaradın: Bu saytdan kim istifadə edəcək? Onlara nə lazımdır? Onların ehtiyacları, istəkləri və tələbləri nədir?
- Məzmun strategiyası hazırlayın: Bu saytdakı məzmununuzla hədəf kütlənizi necə cəlb edə bilərsiniz?
- Dizayn strategiyası yaradın: Saytınız vizual olaraq necə ola bilər?
- Fəaliyyət planınızı hazırlayın və həyata keçirin;
- Real istifadəçilər vasitəsilə yeni dizaynınızı sınaqdan keçirin.
Layihəniz Üçün Ən Yaxşı Vebsayt Tərtibatçısını Necə Seçə Bilərsiniz?
Vebsaytınızın yenidən dizaynını peşəkarlara həvalə etmək layihənizin tez və asanlıqla həyata keçirilməsində mühüm məsələdir. Bu xidməti verən bir çox şirkət var, ancaq sizin ehtiyacınızı düzgün anlayıb onun qarşılanmasına peşəkarcasına yaxınlaşan bir komanda tapmaq asan deyil.
Layihəniz üçün düzgün bir veb inkişaf şirkəti seçmək üçün bir çox amili nəzərə almalısınız. Bunlardan vacib olanları aşağıdakılardır:
- Şirkətin reputasiyası;
- Şirkətin təcrübəsi;
- Şirkətin xidmətləri;
- Xidmət qiymətləri.
Solvemark sizə vebsaytınızın yenidən dizaynı məsələsində dəstək ola bilər. Vebsayt dizaynında 8 illik təcrübəyə malik komandamız şirkətinizin ehtiyacını müəyyənləşdirib sizə uyğun təklif hazırlayacaq. Veb dizaynın hər növü və hər mərhələsində sizə xidmət göstərməyə hazırıq. E-ticarət saytı, korporativ vebsayt, şəxsi vebsayt və hətta brendinq məsələlərində yanınızdayıq.
Bir çox uğurlu layihəyə imza atan Solvemark veb dizayn sahəsində sizin ehtiyacınıza uyğun, vaxtında və uyğun qiymətə keyfiyyətli xidmət göstərir. Referanslarımızla saytımızda tanış ola bilərsiniz.
Yox, əmin deyilsinizsə, Pulsuz Vebsayt Məsləhəti xidmətimizdən istifadə edə bilərsiniz. Bu linkə klikləyərək müvafiq formamızı doldurun. Əməkdaşlarımız sizin ehtiyacınızı və şərtlərinizi öyrənmək üçün sizinlə əlaqə saxlayacaq.
Toplanan məlumatlara əsasən sizə təklif paketi təqdim olunacaq. Bu yolla komandamız və iş üsulumuzla da tanış ola bilərsiniz. Təklifimizi bəyənirsənizsə, əməkdaşlığa davam edərik. Solvemark ilə hər iş asandır!
Qeyd: mövzu ilə bağlı ətraflı məlumat üçün Veb İnkişaf Şirkəti Necə Seçilir?, 3 Addımda Həssas Veb Dizaynı, Həssas Veb Dizaynı üçün Bələdçi, Həssas Veb Dizaynı ilə Çevrilmə Nisbətini 10 Dəfə Artırın, Vebsaytın Yaradılması Prosesi Necə İşləyir? yazılarına nəzər sala bilərsiniz.