Vebsaytın Yaradılması Prosesi Necə İşləyir?

Vebsaytın Yaradılması Prossesi Necə İşləyir? (2022) | Solvemark

Vebsaytın yaradılması mürəkkəb və vaxt aparan prossesdir. Ona görə bu prossesi asanlaşdırmaq üçün onun necə işlədiyini tam anlamaq lazımdır. Ümumi olaraq bu prossesi 6 mərhələyə ayırmaq olar:

  1. Vebsaytın növünün müəyyənləşdirilməsi.
  2. Ətraflı tədqiqatın aparılması.
  3. Vebsaytın planlaşdırılması.
  4. Məzmunun hazırlanması.
  5. Vebsaytın dizaynı və inkişafı.
  6. Vebsaytın təkmilləşdirilməsi.

Bu yazıda vebsaytın əvvəldən sona qədər yaradılması haqqında məlumat verilir.

Vebsaytın Növü Necə Müəyyənləşdirilir?

Vebsaytın yaradılmasına başlamazdan əvvəl vebsaytın növünə qərar vermək lazımdır. Ümumi olaraq 2 növ vebsaytı göstərmək olar: şəxsi və ya korporativ. Bu qərar vebsaytı hansı məqsədlə açtığınızdan, hədəf auditoriyanızdan və büdcənizdən aslıdır. Şəxsi vebsaytlar şəxsi brendin yaradılması məqsədilə dost-tanışla, qohum və həmkarlarla məlumat mübadiləsi etmək üçün nəzərdə tutulur. Korporativ vebsaytlar isə onlayn mövcudluğun təmin edilməsi, mövcud və potensial müştərilərlə səmimi əlaqələrin qurulması məqsədini daşıyır.

Əgər siz öz fəaliyyət sahənizdə bir ekspert olaraq brend yaratmaq istəyirsinizsə, sizin üçün şəxsi vebsayt yaratmaq daha məqsədəuyğundur. Yox, əgər məhsul və ya xidmət təklif edən şirkətinizin rəqəmsal dünyada tanınması, təşviqi və daha çox qazanc əldə etməsini düşünürsünüzsə, sizin üçün korporativ vebsayt daha uyğundur. Vebsaytın növünə qərar verdikdən sonra ətraflı təqdiqata keçməlisiniz.

Vebsaytla Bağlı Ətraflı Tədqiqat Necə Aparılır?

Vebsaytın yaradılması prosesində növbəti addım şirkətinizin məqsəd və vəzifələrini müəyyənləşdirməkdir, yəni bu vebsaytın şirkətinizin hansı məqsədlərinə xidmət edəcəyini öyrənmək. Bunun üçün şirkətinizin biznes planına nəzər sala, hədəf auditoriyanızın ehtiyac və istəklərini araşdıra bilərsiniz: mövcud və ya potensial müştərilərın saytınızda nə görmək istədikləri barədə sorğu keçirə bilərsiniz.

Vebsaytın əsas məqsədi və ümumi stukturu haqqında fikir əldə etdikdən sonra rəqib şirkətrləin saytlarını təqdiq edə bilərsiniz. Bu saytların strukturu, məzmunu, vizualları ilə bağlı araşdırma aparın. Bu araşdırma sizə saytınızı necə tərtib edə biləcəyiniz haqqında seçimlər verəcək.

Vebsaytın Planlaşdırılması Necə Həyata Keçirilir?

Vebsaytın planlaşdırılması mərhələsində məqsədinizə çatmaq üçün fəaliyyət planı hazırlamalısınız. Bunun üçün aşağıdakı suallara cavab verməlisiniz:

  • Necə bir vebsayt yaratmaq istəyirsiniz: sadəcə informasiya xarakterli yoxsa tam funksional bir vebsayt?
  • Saytın strukturu necə olmalıdır: bir səhifəlik yoxsa bir neçə səhifəlik, hansı bölmələri ehtiva etməlidir?
  • Vebsaytın istifadəsi hədəf auditoriyanız üçün rahatdır?
  • Vebsaytda hansı növ məzmundan istifadə ediləcək və bu məzmunun yenilənmə tezliyi nə qədər olacaq?
  • Vebsaytın yaradılması nə qədər vaxt aparacaq?
  • Vebsaytın yaradılması üçün hansı resurslara ehtiyac var?

Vebsayt Üçün Məzmun Necə Hazırlanır?

Saytın yaradılmasına keçməzdən əvvəl bütün lazımi məzmunu hazırlamalısınız. Bura mətnlərin yazılması, vizual və multimedia məzmunun hazırlanması daxildir. Əvvəlcə şirkətlə bağlı bütün materyalları – təqdimatları, broşuraları, nəşrləri toplayın. Bu sizin üçün başlanğıc nöqtəsi olacaq. Daha sonra şirkətin fəaliyyəti ilə bağlı əsas kateqoriyaları müəyyənləşdirin və bu kateqoriyalara uyğun məzmun hazırlamağa başlayın. Ancaq bu mərhələdə auditoriyanızın ehtiyac və istəklərini də unutmayın.

Son zamanlar vebsaytların sadəcə mətnlərdən ibarət olmadığını, mültimedia məzmunu da ehtiva etdiyini nəzərə alın. Müxtəlif növ məzmun yaratmaqda çətinlik çəkirsinizsə, bu xidmətləri verən müvafiq agentliklərə və ya mütəxəssislərə müraciət edə bilərsiniz. Bu yolla həm vaxtınıza qənaət edərsiniz, həm də daha peşəkar məzmun əldə edərsiniz.

Vebsayt Necə Dizayn Edilir və İnkişaf Etdirilir?

Veb dizayn saytın struktur və vizual komponentərdən yaradılması prossesidir. Bura sayt maketinin (qaralamasının) hazırlanması, qrafik tərtibat və multimedia məzmunun yerləşdirilməsi daxildir. Veb dizaynerlər təkcə vebsaytın strukturun deyil, həm də auditoriya üçün əlçatanlığına da cavabdehdirlər. Elə ki, vebsayt istifadəçilər üçün cəlbedici olmalı və rahat interfeyse malik olmalıdır.

İlk olaraq saytın maketi yaradılmalıdır. Bunu əl ilə və ya WordPress, Squarespace kimi onlayn alətlərlə etmək mümkündür. Daha sonra bu maket sınaqdan keçirmələsiniz. Bunun üçün istifadəçilərinizi yaxşı tanımalısınız. Sınaq uğurla tamamlandıqda, saytın son versiyasının tərtibinə keçə bilərsiniz.

Saytın son versiyasında şirkətin tələblərinə uyğun parametrlərin qurulması, məzmun idarəetmə sisteminin (CMS) quraşdırılması, plaginlərin, təhlükəsizlik şərtlərinin və SEO funksiyalarının əlavə edilməsi nəzərdə tutulur.

Vebsayt Necə Təkmilləşdirilir/Rebrendinq Edilir?

Vebsaytın dizayn edilməsindən sonra saytınızı təkmilləşdirə və ya rebrendinq edə bilərsiniz. Rəqiblərindən fərqlənmək istəyən şirkətlər üçün rebrendinq mütləqdir. Bu mərhələ uzun və çətindir. Ancaq nəticə buna dəyər. Çünki vebsaytın təkmilləşdirilməsi sayəsində yeni müştərilə cəlb etmək və satışları 80% artırmaq mümkündür.

Sadə optimallaşdırma əməliyyatları ilə saytınız daha cəlbedici, əlçatan və qazanclı olacaq. Belə ki, parametrlərin yenilənməsi ilə saytınızın yüklənmə sürəti artacaq, məzmunuz asanlıqla qavranılacaq, saytınız bütün cihazlarda düzgün əks olunacaq, daha sadə navigasiyaya malik olacak, daha çox ziyarətçi çəkəcək. Bu da vebsaytınızın axtarış sistemlərindəki reytinqini yüksəldəcək və şirkətinizin onlayn mövcudluğuna müsbət təsir göstərəcək.

Mövzuyla bağlı ətraflı məlumat üçün bizim Həssas Veb Dizayn Üçün Bələdçi (2022)Həssas Veb Dizayn ilə Çevrilmə Nisbətini 10 Dəfə ArtırınWordPress Nədir? (WordPress-ə Giriş) yazılarımıza nəzər sala bilərsiniz.

Vebsaytın yaradılmasında peşəkar dəstəyə ehtiyacınız varsa, bu sahədə 8 illk təcrübəyə malik komandamızla xidmət verməyə hazırıq. Hazırda, kampaniya çərçivəsində pulsuz şəxsi vebsayt yaratmaq fürsətiniz var. Bu fürsərtdən istifadə edib pulsuz şəxsi vebsayt əldə etmək üçün https://solvemark.az/sahsi-saytlar/ linkini klik edib müraciət formasını doldurmanız kafidir. Fürsəti qaçırmayın! Solvemark ilə rəqəmsal dünyaya açılmaq çox asan! 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir