Müasir dövrdə vebsayt trafikinin artırılması istənilən biznes üçün vacib məsələdir. Bu yazıda ziyarətçi trafikini artırmaq üçün saytın optimallaşdırılması, məzmun marketinqi və rəqəmsal reklamlardan istifadəyə aid üsullar ələ alınacaq.
Giriş: Vebsayt Trafikini Artırmaq üçün Bələdçi
Şirkətin uğurunun bir nömrəli göstəricisi olan vebsayt trafiki üçün sayt sürəti yüksək olmalıdır. Sayt sürəti yaxşı istifadəçi təcrübəsi baxımından əhəmiyyət kəsb edir. Saytınız nə qədər sürətli yüklənərsə, onun axtarış motoru sıralaması və çevrilmə nisbəti bir o qədər yüksək olar.
Yavaş yüklənən vebsayt yalnız istifadəçiləri məyus etməyəcək, həm də Google axtarış motorunun nəticə səhifələrində (SERP) aşağı reytinqlərə səbəb olacaq. Aberdeen Group tərəfindən aparılan bir araşdırmaya görə, səhifənin cavab müddətində hər 100 millisaniyədə gecikmə çevrilmə nisbətinin 1% azalmasına gətirib çıxarır.
Sürətli yükləmə səhifəni göstərmək üçün tələb olunan HTPP (Hyper Text Transfer Protokol – Hiper Metn Transfer Protokolu) sorğularının sayını azaldır ki, bu da performansın yaxşılaşması və server yükləmə müddətinin azalması ilə nəticələnə bilər.
Bu yazıda vebsayt trafikinin bir neçə artırılma yolu ələ alınacaq. Bunlar, vebsaytın optimallaşdırılması, məzmun marketinqi və rəqəmsal reklamlardan istifadədir.
Axtarış Motoru Optimallaşdırılması (SEO) Əməliyyatları

Axtarış motoru optimallaşdırılması (SEO) vebsaytın və ya səhifənin axtarış sistemlərində görünməsinə yəni vebsayt trafikinə təsir edən əməliyyatların cəmidir. Buna orqanik axtarış motorlarının nəticələri və ya pullu reklam vasitəsilə nail olmaq olar.
Axtarış motorları daim alqoritmlərini dəyişir. SEO mütəxəssisləri bu dəyişikliklərə ayaq uydurmaq üçün öz üzərlərində işləməli və inkişaf etməlidirlər. Orqanik axtarış trafiki azaldıqca, marketoloqlar üçün vebsaytlarını optimallaşdırmaq həmişəkindən daha vacibdir.
SEO qaydaları daim dəyişir, lakin dəyişməyən bəzi tələblər var ki, bunlara riayət etmək lazımdır. Bura vebsayt sürətinin artırılması, açar sözl tədqiqatı və köhnə məzmunun yenilənməsidir.
Əlaqədar məzmun: SEO Nədir?, SEO ilə SEM Arasındakı Fərq Nədir?, 2022-ci İlin SEO Trendləri üçün Təlimat
Vebsayt Sürətinin Artırılması
Keyfiyyətli vebsayt sürətli olmalıdır. Saytınızın yüklənməsi çox uzun çəkərsə, ziyarətçilər onu tərk edərlər. Bu da vebsayt trafinə mənfi təsir edər. Bundan əlavə, vebsayt sürəti Google sisteminin ən vacib sıralama amillərindən biridir.
Vebsaytınızın sürətinə server performansı, səhifə ölçüsü və server cavab müddəri də daxil olmaqla bir çox amil təsir göstərir. Saytınızın sürətini artırmağın ən yaxşı yolu kodu optimallaşdırmaq və Gzip və ya Apache Compress kimi sıxılma alətlərindən istifadə edərək səhifə ölçüsünü azaltmaqdır.
Açar Söz Tədqiqatı
Açar söz araşdırması istifadəçilərin fəaliyyət sahənizlə bağlı axtardığı sözlərin müəyyən edilməsi prosesidir. Hansı söz və ifadələrin populyar olduğunu görmək üçün açar söz alətlərindən istifadə etmək olar. Bir çox insan vebsayt və ya bloq yazısı hazırlayarkən açar söz tədqiqatı aparır.
Açar söz tədqiqatı üçün istifadə edə biləcəyiniz bir çox açar söz aləti var, ammapulsuz və istifadəsi asan olduğu üçün ən populyarı Google Adwords-dır. Bundan əlavə SEMrush, Market Samurai və Spyfu kimi pullu alətlər də var. Bu alətlər daha çox xüsusiyyətə malikdir.
Köhnə Məzmunun Yenilənməsi
Vebsayt trafiki üçün saytdakı məzmunun təzə və aktual olması vacibdir. Bu, təkcə ana səhifədəki məzmuna deyil, həm də bloq yazılarına, məhsul səhifələrinə və digər veb səhifələrə aiddir. Bütün məzmunun vaxtında yenilənməsini təmin etmək üçün peşəkar kopirayter xidmətinə müraciət edə bilərsiniz.
Məzmun Marketinqi
Məzmun marketinqi rəqəmsal marketinqin vacib hissəsidir. Məzmun şirkətlərə müştərilərlə uzunmüddətli münasibətlər qurmağa kömək edir. Bunun üçün isə müştərilərə uyğun faydalı məzmunun yaradılması lazımdır.
Faydalı məzmun üçün hədəf kütlənin və fəaliyyət sahəsinin tədqiq edilməsi lazımdır. Bundan əlavə, yüksək axtarış həcminə malik müvafiq məzmun yaratmağa kömək edəcək açar söz tədqiqatı aparmaq lazımdır. Bu araşdırmaların nəticələrinə əsasən bloq yazıları və sosial mediya paylaşmaları hazırlanmalıdır.
Bloq Yazılarının Dərc Edilməsi
Bloq yazıları bu gün internetdə ən populyar məzmun növlərindən biridir və bunun səbəbini anlamaq asandır. Bu yazılar fikirlərinizi dünya ilə bölüşmək üçün əla bir yoldur və fərqli məqsədlərlə istifadə edilir. Bloqlar o qədər populyarlaşıb ki, indi bir çox şirkət bu yazıları müştərilər ilə əsas ünsiyyət forması kimi işlədir.
Bundan əlavə, bloq yazıları SEO və sosial mediya marketinqi məqsədləri ilə də istifadə edilə bilər. Bloq yazıları dərc etməyin bir çox yolu var, amma ən asan olanı WordPress-dir.
Sosial Mediya Məzmunu
Sosial mediya yalnız fərdi şəxslərin qohum və dostlarla əlaqə vasitəsi deyil, həm də şirkətlərin potensial müştəriləri cəlb etmə və pul qazanma kanalıdır. Bunun üçün ilk növbədə, hədəf kütləni müəyyən edib tədqiq etmək lazımdır. Daha sonra növbə onların zövqünə uyğun məzmun hazırlamağa gəlir.
Uğurlu sosial mediya marketinqi aparmaq üçün düzgün strategiyaya malik olmaq lazımdır. Sosial mediya strategiyası hazırlamağın yolu isə biznes məqsədindən çıxış edərək uyğun sosial mediya kanalını (Facebook, Instagram, TikTok, Twitter, YouTube, Pinterest və s.) seçmək, alqoritmini öyrənmək və bu alqoritmə uyğun olaraq məzmun paylaşmaqdır.
Əlaqədar məzmun: Instagram Marketinqi üçün Təlimat, TikTok Marketinqi üçün Faydalı Məsləhətlər, Sosial Mediya Marketinqi üçün Tam Bələdçi, Müştərilərinizi və Satışlarınızı Artırmaq üçün Sosial Mediyadan 7 İstifadə Yolu
Rəqəmsal Reklamın İstifadəsi
Rəqəmsal reklam vermə vebsayta ziyarətçi trafiki cəlb etməyin ən populyar yollarından biridir. Bu məqsədlə biznesiniz üçün istifadə edilə biləcək bir çox rəqəmsal reklam növü var. Bunlar, Google reklamları, Facebook və Instagram reklamları, LinkedIn reklamları və s.
Rəqəmsal reklamlar ənənəvi reklam növlərindən daha çox məqsədyönlü yanaşma sərgiləməyə imkan verir, çünki onların göstərilməsi istifadəçilərin maraq və yerləşdiyi yerə görə tənzimlənir. Bunun üçün də reklam məqsəd və auditoriyasının müəyyən edilməsi, eləcə də düzgün reklam platformasının seçilməsi lazımdır.
Əlaqədar məzmun: Google Ads Reklamları üçün Ən Təsirli Məsləhətlər, 2022-ci İldə Rəqəmsal Marketinqin Əhəmiyyəti, Facebook və Instagram Reklamlarından Necə İstifadə Edə Bilərsiniz?
Reklam Məqsədinin və Auditoriyasının Müəyyən Edilməsi
Reklam verərkən ilk növbədə, reklamın məqsədini müəyyən etməliyik. Reklamın iki məqsədi ola bilər: brendinq və birbaşa cavab. Brendinq reklamı insanların şüurunda brend və ya məhsul haqqında müsbət təəssürat yaratmaq üçün istifadə olunur. Bu növ reklamlar satış etmək və ya potensial müştəri cəlb etmək üçün çox təsirli olmur.
Birbaşa cavab reklamları, alqı-satqı etmək, xidmətə abunə olmaq və ya pul bağışlamaq kimi auditoriyanızdan birbaşa cavab almaq üçün istifadə olunur. Bu reklamlar müsbət brend imici formalaşdırmaqdan çox satışları və potensial müştəriləri arıtmağa xidmət edir.
Reklam Platformalarının Seçilməsi
Reklamınızı yerləşdirə biləcəyiniz bir çox platforma var, amma onların xüsusiyyətlərinin biznes məqsədinizinə nə dərəcə uyğun olduğunu araşdırmağı unutmayın. Reklam platformalarının əhatə dairəsi və auditoriya növləri fərqlidir.
Dünyanın ən populyar reklam platforması olan Google Adwords-da verilən reklamlar Goofle axtarış nəticələri səhifələrində, YouTube videolarında və digər vebsaytlarda göstərilir. Başqa bir məşhur reklam platforması Facebook-dur. Facebook-un bütün dünyada 1 mlrd-dan çox fəal istifadəçisi var.
Populyar reklam platformasının siyasısı aşağıdakı kimidir:
1.Google Adwords;
2. Facebook Reklamları;
3. LinkedIn Reklamları;
4. Twitter Reklamları;
5. YouTube Reklamları;
6. Bing Elanları.
Qeyd: Mövzuyla bağlı ətraflı məlumat üçün 3 Addımda Həssas Veb Dizayn, Vebsaytın Yenidən Dizayn Edilməsi üçün 6 Səbəb yazılarına nəzər sala bilərsiniz .