Düzgün veb inkişaf şirkəti seçmək istənilən biznes üçün böyük əhəmiyyət kəsb edir. İstər yeni başlayan bir iş təşkilat olun, istərsə də bir müddətdir fəaliyyət göstərən bir müəssisə. Muasir rəqabət şəraitində uğur qazanmaq istəyirsinizsə, peşəkar veb tərtibatçılarına ehtiyacınız olacaq. Bu yazıda vebsayt yaratmaq üçün peşəkar şirkət necə seçilir sualına cavab tapa bilərsiniz.
Keyfiyyətli Vebsaytın Biznesiniz Üçün Əhəmiyyəti Nədir?
Biznesiniz üçün düzgün veb inkişaf şirkəti seçmək rəqəmsal dünyada uğur qazanmaq üçün əsas şərtdir. Vebsaytınız mükəmməl dizayn edilmiş, məqsədinizə və istifadəçi təcrübəsinə uyğunlaşdırılmış, aydın hərəkətə çağırışa (CTA) malik bir sayt olmalıdır. Saytınız istifadəçiləri müştərilərə çevirə bilməli, yəni satış məqsədli olmalıdır.
Düzgün veb inkişaf şirkətini seçmək asan olmaya bilər, amma düzgün seçim sizə vizyonuzu həyata keçirməyə kömək edər. Yaxşı bir veb inkişaf şirkəti saytın hazırlanması prosesini əvvəldən sona qədər idarə edər. Peşəkar tərtibatçılar ehtiyacınıza uyğun sayt hazırlayar, onu işə salar, lazım gəldikcə yeni məzmun və funksiyalar əlavə edər.
Düzgün seçim etmək üçün şirkətin həyata keçirdiyi layihələrlə tanış olmalı və veb tərtibat sahəsindəki xidmətlərini öyrənməlisiniz. Vebsayt inkişaf xidmətləri çoxşaxəli olduğu üçün, onları dörd kateqoriyaya ayırmaq olar: interfeys, server, tam və mobil.
İnterfeys xidmətinə istifadəçi interfeysinin dizaynı və yaradılması daxildir. Server xidməti xarici interfeysin dəstəklənməsi üçün proqramlaşdırmanı və verilənlər bazasının yaradılmasını ehtiva edir. Tam veb xidməti isə həm xarici, həm daxili proqramlaşdırmadan ibarətdir. Mobil xidmət telefon və planşet kimi mobil cihazlar üçün vebsaytların inkişafını nəzərdə tutur.
Hansı Veb İnkişaf Şirkətləri Var?
Vebsaytın inkişafı sahəsində əsasən iki növ şirkət fəaliyyət göstərməkdədir: freelance veb inkişaf şirkətləri və rəqəmsal marketinq şirkətləri. Freelance veb inkişaf şirkətləri adətən rəqəmsal marketinq şirkətlərindən daha əlçatan və daha az tələbkardır. Bu növ şirkətlər daha çevikdir və hər bir layihəyə razı olur, amma rəqəmsal marketinq şirkətlərinə görə daha az təcrübəyə malikdir.
Rəqəmsal marketinq şirkətləri adətən müxtəlif sahələrdə böyük təcrübəyə malikdir və müştərilərə geniş çeşiddə xidmətlər təklif edə bilir. Bu şirkətlər öz müştərilərinə münasib qiymətə SEO-dan tutmuş veb inkişafı, brend dizaynı və sosial media idarəçiliyinə qədər bir çox xidmət təklif etmək potensialına malikdir. Sizdən tələb olunan sadəcə ehtiyaclarınızı və hədəflərinizi aydın şəkildə bildirməkdir.
Freelance veb inkişaf şirkəti öz vebsaytlarını sıfırdan qurmağa ehtiyacı olan yeni başlayanlar üçün mükəmməl bir variantdır. Bu freelance şirkət növü həmçinin uzunmüddətli müqavilələr bağlamadan onlayn marketinq ehtiyaclarının bir qismini və ya hamısını kənardan təmin etmək istəyən sahibkarlar üçün də uyğundur.
Veb İnkişaf Şirkətinin Seçimində Diqqət Edilməli 7 Məqam
Seçdiyiniz şirkətin nümayəndələri brendinizi və hədəf kütləyə vermək istədiyiniz mesajı başa düşməlidirlər. Onların həmçinin veb dizaynda kifayət qədər resursu, yaradıcı potensialı və təcrübəsi olmalıdır. Ona görə şirkət nümayəndələrindən aşağıdakı suallara cavab vermələrini xahiş edin:
1. Veb inkişaf sahəsində təcrübələri var?
2. Hansı layihələri həyata keçiriblər?
3. Əvvəlki müştərilərin rəyləriylə tanış olmaq olar?
4. Layihənin həyata keçirilməsi haqqı nə qədərdir?
5. Vebsaytla bağlı köməyə ehtiyacınız olanda onlarla əlaqə saxlaya bilərsiniz?
6. Vebsaytın işə salınması üçün nə qədər vaxt lazımdır?
7. Daha sonra dəyişiklik etmək istədiyiniz halda, saytı redaktə edə biləcəksiniz?
Şirkət seçərkən müəssisə və ya təşkilatınızın məqsədini, büdcəsinizi, müddətini və quraşdırılmasını istədiyiniz vebsaytınızın növünü də nəzərə almayı unutmayın. Bunlar layihənin həyata keçirilməsinə təsir edən vacib amillərdir.
Pulsuz Vebsayt Məsləhəti Alın!
Rəqəmsal dünyaya açılıb fəaliyyət sahənizdə uğur qazanmaq üçün vebsayt yaratmaq istəyirsiniz, amma hardan və necə başlayacağınızı bilmirsiniz? Solvemark-ın Pulsuz Vebsayt Məsləhət Xidmətindən faydalana bilərsiniz. Bunun üçün sadəcə müfaviq formanı doldumanız kifayətdir. Əməkdaşlarımız sizin ehtiyac və hədəflərinizi araşdırıb sizə uyğun veb inkişaf təklifi hazırlayacaq. Sizin üçün də uyğun olarsa, vebsaytın hazırlanması prosesinə başlayacağıq.
Vebsayt inkişafı və rəqəmsal marketinq sahəsində 8 illik təcrübəyə malik Solvemark sizə ən uyğun xidmət paketi təqdim edəcək və prosesin hər mərhələsində sizin yanınızda olacaq. Bura brendinq, veb inkişaf, rəqəmsal marketinq, dizayn, axtarış optimallaşdırılması, sosial media marketinqi, e-poçt marketinqi və sair xidmətlər daxildir. Siz diqqətinizi işinizə yönəldin, veb inkişafı və rəqəmsal marketinq məsələlərini peşəkar komandamız həll edər. Solvemark ilə hər iş asan!
Mövzuyla əlaqədar ətraflı məlumat üçün bizim Vebsaytın Yaradılması Prosesi Necə İşləyir?, 3 Addımda Həssas Veb Dizayn, Həssas Veb Dizayn Üçün Bələdçi və Həssas Veb Dizayn ilə Çevrilmə Nisbətini 10 Dəfə Artırın yazılarımızı oxuya bilərsiniz.