Uğurlu Rəqəmsal Marketinq Üçün 3 Təsirli Məsləhət

Uğurlu Rəqəmsal Marketinq Üçün 3 Təsirli Məsləhət |Solvemark

90-cı illərdə internet və mobil telefonların ortaya çıxmasıyla şirkət, məhsul və xidməti tanıtmaq üçün rəqəmsal marketinqdən istifadə olunmağa başlandı. Bu yazıda rəqəmsal marketinq nədir, necə işləyir, hansı növləri var və uğurlu rəqəmsal marketinq üçün nə etmək lazımdır kimi məsələlərdən bəhs edəcəyik.

Rəqəmsal Marketinq Nədir?

Rəqəmsal marketinq məhsul və ya xidməti müştərilərə rəqəmsal texnologiyalar vasitəsilə çatdıran marketinqin bir alt bölməsidir. Ənnənəvi marketinq şirkətlərin ehtiyac və məqsədlərinə uyğun olaraq daha çox gəlir əldə etməyə yönəldiyi halda, rəqəmsal marketinq bu gəliri daha çox potensial müştəriləri cəlb etməklə ilə artırmağa çalışır. Marketinq marka yaratmağa kömək edir, rəqəmsal marketinq isə onu qorumağa kömək edir.

Rəqəmsal marketinq bir çox imkanları olan və sürətlə inkişaf edən bir sektordur. Bu, illər ərzində dəyişən və inkişaf edən bir sahədir. Rəqəmsal marketinq indi sosial media, bloqlar, e-poçt marketinqi, axtarış sisteminin optimallaşdırılması (SEO) və mobil proqramlar kimi müxtəlif onlayn kanallar vasitəsilə məhsulların, xidmətlərin, ideyaların və brendlərin təşviqi üçün istifadə olunur.

Rəqəmsal Marketinqin Əhəmiyyəti Nədir və Necə İşləyir?

Rəqəmsal marketinq biznesin ən vacib aspektlərindən biridir. Bu, məhsul və xidmətlərin təşviqi üçün rəqəmsal texnologiyaların istifadəsini əhatə edən bir prosesdir. Rəqəmsal marketinqin məqsədi biznesiniz üçün onlayn mövcudluq yaratmaq, satış potensialını və brend şüurunu artırmaqdır.

Rəqəmsal marketinqin necə işlədiyini anlamaq üçün onun növlərinə nəzər salmaq lazımdır. Rəqəmsal marketinqin növləri iki kateqoriyada ələ almaq olar – Inbound Marketing (Gələn Marketinq) və Outbound Marketing (Gedən Marketinq).

Inbound Marketing məzmun, SEO və sosial mediadan istifadə vasitəsilə potensial müştərilərin cəlb edilməsinə yönəlib. Outbound Marketing isə e-poçt kampaniyaları, telefon zəngləri, birbaşa məktublar və s. kimi reklam və satış promosyonlarından istifadə edərək potensial müştərilərə çatmağı hədəfləyir

Ən populyar rəqəmsal marketinq növləri – Məzmun marketinqi, Sosial media marketinqi, Brend məlumatlılığı, SEO və E-poçt marketinqidir.

  • Məzmun marketinqi Facebook, Instagram, Twitter və s. kimi sosial media kanallarında məzmunun yaradılması və yayılmasını əhatə edir.
  • Sosial media marketinqi vebsaytınıza trafik çəkmək və ya məzmun yaratmaq üçün Facebook və Twitter kimi sosial şəbəkələrdən istifadə etməyi nəzərdə tutur.
  • Biznesiniz üçün brend məlumatlılığı.
  • SEO (Axtarış Motoru Optimallaşdırılması) veb saytınızın axtarış sistemində daha yüksək yer tutması üçün optimallaşdırma prosesidir.
  • E-poçt marketinqi mövcud və ya potensial müştərilərin e-poçt ünvanlarına məhsul yeniləmələri və tanıtım təklifləri kimi tanıtım mesajlarını çatdırmaq üçün istifadə olunur.

Uğurlu Rəqəmsal Marketinq Üçün Ekspertlərdən 3 Təsirli Məsləhət

Uğurlu rəqəmsal marketinq üçün bir çox kitab, məqalə yazılmışdır. Yəni bu sahə ilə bağlı bir çox ekspert fikri mevcuddur. Bloq yazımızda əsas olanları ələ alacağıq. Rəqəmsal marketinqdə uğur qazanmaq üçün 3 məsləhət:

  1. Güclü brend şəxsiyyəti yaradın – Güclü brend şəxsiyyəti sosial media kanallarında və digər onlayn platformalarda şəxsi brendinizi yaratmağa kömək edə bilər. İnsanların şirkətinizi uzaqdan asanlıqla tanıya bilməsi üçün loqonun bütün platformalarda uyğun olmasına həmişə əmin olmalısınız.

  2. Sosial mediadan düzgün şəkildə istifadə edin – Şirkətinizi nümayiş etdirmək üçün veb saytınızdan istifadə etdiyiniz kimi, brendinizi yaratmaq üçün də Facebook və Twitter kimi sosial media kanallarından istifadə etməlisiniz. Bununla belə, sosial media postlarınızın uyğunluq təşkil etdiyindən və istifadəçilərin maraq dairəsində olduğundan əmin olun.

  3. Vebsaytı yaradın – Şirkətinizi əks etdirə biləcək bir vebsayt yaradın. Şirkətinizin məhsul və xidmətlərini bu saytda nümayiş etdirin.

Uğurlu Rəqəmsal Marketinq Kampaniyaları üçün Ən Yaxşı Təcrübələr

Rəqəmsal marketinq kampaniyası yaradarkən yadda saxlamalı olduğunuz ən vacib şey hədəf auditoriyanızdır. Yaratdığınız məzmun onu oxuyacaq və ya baxacaq insanların ehtiyaclarına uyğun olmalıdır. 

Uğurlu rəqəmsal marketinq kampaniyaları üçün ən yaxşı tətbiqlər hansılardır?

  • Hədəf auditoriyanızı nəzərə alın;
  • Sosial media marketinq planı şablonu yaradın;
  • Cazibədar başlıqlar və şəkillərdən istifadə edin;
  • Müştəri rəylərindən, təhlillərindən və nümunə araşdırmalarından istifadə edin.

2022 Rəqəmsal Marketinq Meylləri Hansılardır?

2022-ci ilin rəqəmsal marketinq meylləri çox güman ki, 2021-ci ilin rəqəmsal marketinq tendensiyaları ilə müqayisədə müxtəlifliyi ilə fərqlənəcək. Bunun səbəbi internetdə çoxlu müxtəlif nişlərin və hədəf auditoriyaların formalaşmasıdır.

2022-ci ildə rəqəmsal marketinq dünyasında ən qabaqcıl tendensiyalar:

  • Influencer marketinqinin yüksəlişi;
  • Mobil reklamın böyüməsi;
  • Sosial media kanallarına daha çox önəm verilməsi.

Rəqəmsal Marketinqin Gələcəyi Necə Olacaq?

Rəqəmsal marketinqin gələcəyi daha yaradıcı, fərdiləşdirilmiş və dəqiq məlumatlara əsaslanan olacaq. Rəqəmsal marketinq mühiti inkişaf etməyə və dəyişməyə davam etdikcə marketoloqların tələbləri də dəyişəcək. Ancaq marketoloqlar bu dəyişikliklərdən qorxmamalıdırlar. Əksinə, həyəcanlanmalıdırlar, çünki bu, onlara yeni yolları kəşf etməyə və yaradıcılıqlarının sərhədlərini sınamağa imkan verəcək. Uğurlu rəqəmsal marketinq strategiyası məhz yeni fürsətləri düzgün qiymətləndirməklə mümkündür.

Rəqəmsal marketinqlə bağlı daha ətraflı məlumat almaq üçün bizim Rəqəmsal Marketinq Məsləhətçisi Üçün Bələdçi (2022)30 Gündə Sosial Media Marketinq StrategiyasıBrend Yaratmağın 10 FaydasıSEO ilə SEM Arasındakı Fərq Nədir? (2022) və digər yazılarımızı oxuya bilərsiniz.

Bu bloq yazısı üçün Həmtəsisçimiz Azər Şirinova təşəkkür edirik.

Mənbə İstifadəsi: https://www.thinkwithgoogle.com/intl/tr-tr/pazarlamanin-gelecegi/dijital-donusum/dijital-pazarlama-medya-rehberi/   in

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir