Stoksuz Elektron Ticarət/Dropshipping Nədir?

Stoksuz Elektron Ticarət (Dropshipping) Nədir? (2022) | Solvemark

Stoksuz elektron ticarət və ya digər adı ilə dropshipping az və ya heç bir ilkin sərmayə olmadan internet üzərindən pul qazanmağın sərfəli yoludur. Bu biznes növü sizdən çoxlu məhsul saxlamağı və ya müştəri xidməti göstərməyi tələb etməyən elektron ticarət modelidir. Bu yazıda stoksuz e-ticarət nədir və onunla necə qazanc əldə etmək olar kimi suallara cavab tapa bilərsiniz.

Stoksuz Elektron Ticarət Nədir və Nəcə İşləyir?

Stoksuz elektron ticarət və ya dropshipping ilk dəfə Oberlo şirkəti tərəfindən istifadə olunmağa başlayan və son illər populyarlıq qazanan elektron ticarət modelidir. Bu onlayn biznes növündə satıcılar məhsulları anbarda saxlamadan (stoksuz) pərakəndə satış edir. Müştəri satıcıdan məhsul sifariş etdikdə, satıcı məhsulu üçüncü şəxsdən alır və onu birbaşa müştəriyə çatdırır.

Stoksuz satış kiçik sərmayə ilə və böyük həcmdə dövriyyə sərmayəsinə ehtiyac olmadan həyata keçirilə bilər. Sahibkar sadəcə tədarükçüləri tapmalı, sifarişləri idarə etməli, məhsulları təşviq etməli və müştəri bazası yaratmalıdır. İş insanlarının bu e-ticarət növünə üstünlük vermələrinin səbəbi ilkin xərclərə, inventar və anbar sahəsi ilə bağlı əlavə işlərə ehtiyacın olmamasıdır.

Bundan əlavə, ucuz bir elektron ticarət modeli olan stoksuz e-ticarət sahibkarlara marketinqə diqqət yetirib geniş çeşiddə tədarükçülərlə işləyərək qazancı artırmağa imkan verir. Bu biznes növündə sahibkar heç bir əlavə xərc ödəmədiyi üçün qazancını xeyli artıra bilər.

Stoksuz e-ticarətin üstün cəhətlərini aşağıdakı kimi göstərmək olar:

  • Elektron ticarətə başlamaq üçün asan yoldur;
  • Əlavə xərclər tələb etməyən ucuz biznes modelidir;
  • Qazanclı e-ticarət modelidir.

Stoksuz Elektron Ticarətə Necə Başlaya Bilərsiniz?

Hər hansı bir biznes növündə olduğu kimi, stoksuz e-ticarətdə də işə başlamazdan əvvəl nəzərə almalı olduğunuz bir çox məqam var. Bunlar, məhsul axtarışı, stoksuz pərakəndə satış nişinin müəyyənləşdirilməsi, tədarükçünün axtarışı, vitrinin qurulması, rəqəmsal marketinq strategiyasının hazırlanması və həyata keçirilməsidir.

1. Addım: Stoksuz Pərakəndə Satış üçün Məhsul Axtarışı

Birinci addım stoksuz pərakəndə satış üçün məhsul axtarışıdr. Bu, çox vacib addımdır, çünki sizin hansı stoksuz e-ticarət nişində fəaliyyət göstərəcəyinizi, hədəf kütlənizin kim olacağını və nələr etməli olacağınızı müəyyənləşdirir. Lazım olan məhsulu tapmaq üçün Amazon, Ebay, Alibaba və ya AliExpress kimi plaformalardan istifadə edə bilərsiniz. Bu platformalarda topdan satış qiymətinə bir çox məhsul tapmaq mümkündür.

2. Addım: Tədarükçü Axtarışı

Növbəti addım stoksuz elektron ticarət üçün məhsul tədarükçüsünün axtarışıdır. Bunun üçün Amazon-da axtarış edə bilərsiniz. Burda stoksuz satış mağazanızda sata biləcəyiniz bir çox ucuz məhsul tapa bilərsiniz.

3. Addım: Vitrinin Qurulması

Vitrinin qurulması e-ticarətə başlamaq üçün vacib addımdır. Bunun üçün Amazon, Shopify, Hədiyyəmo kimi bazaryerlərindən istifadə edə bilərsiniz. Bu proses bir neçə dəqiqənizi alacaq. Hər onlayn bazaryerinin mağaza açmaq, məhsul səhifələri yaratmaq və məhsulları pərakəndə satışa çıxarmaq haqqında öz təlimatı var.

4. Addım: İlk Müştərilərin Axtarışı

Nəhayət stoksuz satış işinin son mərhələsi ilk müştəriləri axtarmaqdır. Bunun üçün aşağıdakı rəqəmsal marketinq strategiyalarına müraciət edə bilərsiniz:

  • Biznesinizlə əlaqəsi olan və sosial mediya kanallarında nüfuzu (söz sahibi) olan şəxsləri tapın;
  • Nüfuzlu şəxslərin əlaqə məlumatları ilə birlikdə siyahısını hazırlayın;
  • Nüfuzlu şəxslərlə əlaqə saxlayıb məhsulunuz haqqında məlumat verin;
  • Məhsulunuza maraq göstərən şəxlərə komissiya təklifinizi hazırlayın;
  • Keyfiyyətli məzmun yaradaraq nişinizdəki nüfuzunuzu gücləndirin;
  • Nişinizlə bağlı bloq açıb yazılar dərc edin.

Stoksuz Elektron Ticarət ilə Necə Brend Yarada Bilərsiniz?

Müasir dövrdə brendinq istənilən biznesin vacib hissəsidir. Sahibkarların brend yaratmağa bu qədər ciddi yanaşmalarının bir çox səbəbi var. Ən əsası isə brendin şirkətinizə qatdığı əlavə dəyərdir. Belə ki, brend məhsullarınızı və mağazanızı rəqiblərinizdən fərqləndirir, müştəri sədaqəti qazandıraraq daha çox qazanc əldə etməyə kömək edir.

Stoksuz elektron ticarət öz brendinizi yaratmaq üçün gözəl yoldur, çünki o, məhsulalları minimum risklə sınaqdan keçirməyə və müştərilərinizdən tez bir zamanda rəy almağa imkan verir. Bu biznes modeli həmçinin daha az səylə trendləri qabağlamağa kömək edir və yeni başlayan sahibkarlar üçün öz bineslərini qurmağın əla yoludur.

Stoksuz e-ticarət ilə brend yaratmaq üçün aşağıdakı addımlara riayət etməlisiniz:

  1. Düzgün ad seçmək. Ad seçərkən fəaliyyət sahənizlə bağlı açar sözdən istifadə etmək, yaddaqalan və rəqiblərinizdən fərqli (orijinal) ad seçmək lazımdır.

  2. Orijinal loqotip və rəng palitrası seçmək. Düzgün seçilmiş loqo və rəng palitrası brendin vizual qavraşıyışını yaxşılaşdıra və müştəri sayını çoxalda bilər.

  3. Brend şəxsiyyəti. Brendinizin öz səsi, yazısı və xarakteri olmalıdır. Brend şəxsiyyəti ümumi fəlsəfə və üslubu ehtiva edən grafika və məlumatların agəngidir.

  1. Sosial media marketinqi. Brendinizi sosial media hesablarınız vasitəsilə təbliğ edin, müştərilərlə əlaqə qurun, orijinal məzmun ilə peşəkarlığınızı nümayiş etdirin, satışlarınızı artırın.

  2. Məhsullarınızı brendləşdirin. Məhsullarınızın brendləşməsi brend etibarını artırır. Bunun iki yolu var: birincisi, OEM (Original Equipment Manufacturer) – stoksuz satış üçün seçdiyiniz məhsulu ticarət markanızla damğalayırsınız; ikincisi, ODM (Original Design Manufacturer) – istehsalçı sizin unikal layihənizi sizin ticarət markanızla istehsal edir.

 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir