SEO Nədir

SEO Nədir? (2022) | Solvemark

İnternetin ortaya çıxmasıyla böyük və kiçik şirkətlər rəqəmsal dünyada fəal olmaya çalışır. Məqsəd təbii ki texnoloji vasitəsilə daha çox gəlir əldə etməkdir. Bunun əsas yolu isə SEO-dan keçir. SEO nədir, nə üçündür, nədən ibarətdir, növləri nədir kimi suallara cavab tapmaq üçün bloq yazımızı oxuyun.

 

SEO Nədir?

SEO (Search Engine Optimization – Axtarış Motoru Optimallaşdırılması) vebsaytın Google, Yahoo, Yandex kimi axtarış sistemlərində ön sıralara çıxmasına xidmət edən sayt daxili və saytdan kənar əməliyyatların cəmidir.  Bu əməliyyatlar vebsaytı axtarış motorlarının alqoritminə uyğunlaşdırır və onun performansını yaxşılaşdıraraq rəqəmsal dünyada görünməsini təmin edir.

Axtarış motorları istifadəçələrə uyğun nəticə təqdim etmək üçün alqoritmi tez-tez yeniləyir. Buna görə, görünən olmaq istəyən şirkətlər üçün saytın optimallaşdırılması böyük əhəmiyyət kəsb edir.  Onun sayəsində şirkət, məhsul və ya xidmətinizlə bağlı hər hansı bir axtarış aparıldıqda sizin saytınız axtarış motoru nəticələr səhifəsində (SERP) reklamlardan sonra üst sıralarda çıxır. Vebsaytın axtarış sıralama reytinqi yüksəldikcə orqanik ziyarətçi trafiki artır.

SEO nədir mövzusu haqqında daha ətraflı məlumat almaq üçün bizim “SEO ilə SEM Arasındakı Fərq Nədir” yazımıza nəzər sala bilərsiniz.

 

SEO Nə Üçündür? Necə İstifadə Olunur?

SEO sayəsində sayt axtarış sistemlərinin reytinqlərində qalıcı uğur qazanır, fəaliyyət sahəsi ilə bağlı açar söz sırlamasında önə çıxır və orqanik trafik cəlb edir. Orqanik ziyarətçi trafiki isə hədəf auditoriyaya asanlıqla çatmaq, bazara çıxarılan məhsul və ya xidməti ödənişsiz tanıtmaqdır. Dolayısıyla, bu rəqəmsal marketinq sahəsi şirkətin madii qaynaqlarına qənaət edərək satışların və gəlirin artışı üçün istifadə olunur.

Digər tərəfdən sadəcə saytın optimallaşdırılmasıyla satışı artırmaq mümkün deyil. Optimallaşdırma ilə bərabər, saytda zəngin məhsul/xidmət çeşidi və uyğun qiymət təklifləri də olmalıdır. Təklif etdiyiniz məhsul və xidmətlər hədəf auditoriyanın ehtiyacına uyğun olmalıdır.

 

SEO Nədən İbarətdir? SEO-nun Növləri

Texnoloji imkanlar inkişaf etdikçe SEO nədir sualına cavab vermək çətinləşir. Çünki SEO-nun mobil, semantik, blackchat, vizual kimi bir çox yeni növü ortaya çıxmaqdadır. Ancaq ümumi olaraq optimallaşdırma əməliyyatlarını dörd əsas növə ayırmaq olar: sayt daxili, saytdan kənar, texniki və yerli. Hər növ üç mərhələdə həyata keçirilir: təhlil, hesabat və tətbiq.

    – Sayt Daxili SEO – saytın səhifələrindəki bütün elementlərlə bağlı dəyişikliklərdən ibarətdir. Bu elementlərə isə saytın dizaynı, saytın məzmunu, açar sözlərin istifadəsi, vizualın keyfiyyəti, orfoqrafik səhvlər, saytın sürəti və təhlükəsizliyi kimi parametrlərinin təkmilləşdirilməsi daxildir.

   – Saytdan Kənar SEO – saytın nüfuzunu artırmaq üçün onun xaricində görülən tədbirləri əhatə edir. Bu tədbirlər də əsasən vebsaytın etibarlı domenlərlə (saytlar, bloqlar vs.) əlaqələndirilməsi və ya dəstəklənməsi (back linklərin verilməsi) ilə bağlıdır.

   – Texniki SEO – axtarış motorlarının vebysatı düzgün anlaması və oxuması üçün istifadə olunan kodlaşdırma əməliyyyatlarıdır. Burda HTML, CSS və JavaScript kimi kodlaşdırma formatları ilə meta teqlər, indeksləşdirmə, əlaqələndirmə və s. elementlər optimallaşdırılır.

   – Yerli SEO –  vebsaytın müəyyən bir coğrafi məkanla və xüsusi açar sözlərlə bağlı sıralanması üçün görülən əməliyyatlar deməkdir. Bu optimalaşdırma Google My Business, Google Maps kimi alətlər vasitəsilə həyata keçirilir.

SEO Nə Vaxt Nəticə Verir?

Vebsaytın optimallaşdırılması tədbirləri 3 həftə ilə 12 ay arasında nəticə verir. Bu müddətə bir çox amil təsir edir:

– saytın yaşı (saytın etibar meyarı);

– bu mövzuda fəal olan saytların sayı (axtarış nəticələrinin “sıxlığı” meyarı);

– saytdakı ümumi trafik (saytın faydalılıq meyarı);

– təşviq edilən sayta link verən mənbələrin sayı və keyfiyyəti (mənbə səlahiyyəti meyarı);

– sorğuyla bağlı saytdaki məzmun (axtarış sorğusuna aid məzmunun qiymətləndirilməsi);

– iş axınının təşkili və hesabat (PromoPult / SeoPult, Pixel Tools və s. alətlərlə avtomatlaşdırma).

 

SEO-yu Necə Öyrənmək Olar?

SEO nədir və onu necə öyrənə biləcəyinizi araşdırırsınız? Yeni başlayırsınızsa, SEO konsepsiyalarını və taktikalarını öyrənmək üçün mövzuyla bağlı bütün alt başlıqları müəyyənləşdirin, hədəf qoyun, öğrənmə planı hazırlayın və addım-addım bu planı həyata keçirməyə başlayın. İntertetdə vebsaytın optimallaşdırılması ilə bağlı müxtəlif ödənişli və ödənişsiz mənbələr vardır. Peşəkarlıq təkcə texniki bacarıqların uzun siyahısı deyil, həm də rəqəmsal mənzərə və onun tendensiyalarını dərindən dərk etməkdir. Bunun üçün ilk növbədə axtarış motorlarının necə işlədiyini anlamaq lazımdır.

 

Axtarış Motorları Necə İşləyir?

Axtarış motorları bot adlanan proqramlar vasitəsiylə şəbəkədəki yeni məlumatları toplayar. Botlar yeni bağlantılar aşkar etdikdə, onları indeksləşdiriləcək saytların siyahısına əlavə edər. Axtarış motorları bu məlumatları alqoritmlərinə və istifadəçilərin axtarış şərtlərinə görə nəticə səhifələrində təqdim edər. SERP-dəki nəticəyə təsir edən bir çox amil var, amma bunların arasında ən vacib olanları uyğunluq, təcrübə və etibardır. Bu amillər də yuxarıda izah etdiyimiz kimi optimallaşdırma əməliyyatları ilə təkmillləşdirilir.

Nəticə

 

Xülasə, SEO nədir sualının cavabı – vebsaytın axtarış sistemlərindəki reytinginin yüksəldilməsi məqsədi daşıyan sayt daxili, saytdan kənar, texniki və yerli optimallaşdırma əməliyyatlarıdır. Rəqəmsal dünyada ön plana çıxmaq istəyirsinizsə Solvemark-ın rəqəmsal marketinq xidmətlərinə nəzər salın. SEO xidmətimizlə sizə fəaliyyət sahənizdə rəqiblərinizi qabaqlamağa dəstək ola bilərik. 

 

Mənbə:https://developers.google.com/search/docs/beginner/seo-starter-guide

Əlaqədar Yazılar:

SEO ilə SEM Arasındakı Fərq Nədir

SEO

 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir