SEO İlə SEM Arasındakı Fərq Nədir? (2022)| Solvemark

SEO ilə SEM Arasındakı Fərq Nədir? (2022)| Solvemark

SEO (Axtarış Motoru Optimallaşdırılması) və SEM (Axtarış Motoru Marketinqi)  şirkətlərin axtarış nəticə səhifələrində görünməsini artırmaya xidmət edən rəqəmsal marketinq sahələridir. Bəs SEO ilə SEM arasındakı fərq nədir? Hər iki anlayış şirkətlərin yeni auditoriya çatması və bazarda önə çıxması baxımından vacibdir. Ancaq SEO bu məqsədi optimallaşdırma əməliyyatları, SEM ise reklam yolu ilə həyata keçirməktədir. Bu səbəblə aralarında bir çok fərq vardır. daha ətraflı məlumat üçün bloq yazımızı oxuyun.

 

SEO ilə SEM Arasında 5 Əsas Fərq

SEO İlə SEM arasındakı fərq nədir sualına cavab olaraq demək lazımdır ki, bu anlayışlar bir çox məsələdə fərqlənir, amma burda sizin üçün 5 əsas fərqdən bəhs edəcəyik. Bunlar xərc, nəticə, davamlılıq, əlçatanlıq və məzmundur.

Xərc

Xərc – SEO ilə SEM arasındakı fərqlərdən biridir. SEO məzmun istehsalı xərcləri istisna olmaqla pulsuz, SEM isə reklamdan istifadə etdiyi üçün müəyyən ödəniş qarşılığında həyata keçirilir. Bundan əlavə, müəyyən edilmiş açar sözlərin klik başına qiyməti digər reklamçıların təkliflərinə uyğun davamlı olaraq dəyişdiyi üçün SEM-ə ayrılan büdcə də arta bilir.

Nəticə

SEO ilə SEM arasındakı növbəti fərq ədə edilən nəticədir. SEO-da daha əhatəli və uzun müddətli araşdırma tələb olunduğu üçün, onun təsiri və nəticəsini ölçmək bir neçə ay çəkə bilər. SEM isə reklama əsaslandığı üçün daha tez nəticə verir. Düzgün planlaşdırma və hədəfləmə ilə bir neçə gün arzində reklamın çevrilmə nisbəti hesablana bilər.

Davamlılıq

SEO ilə SEM arasındakı fərqlər arasında qeyd olunmalı bir digər maddə davamlılıqdır. Beləki, SEO-daki işlərin nəticəsi daha davamlıdır. Optimallaşdırma nəticəsində axtarış səhifəsinin ilk sırasında yer alan vebsayt, alqoritmada bir deyişiklik və ya səhvə yol vermədən uzun müddət yerini qoruyacaq. SEM-də isə davamlılıq büdcədən asılıdır, çünki Google Reklamları ilə axtarış nəticələrində büdcənin icazə verdiyi müddətdə görünmək olur.

Əlçatanlıq

Axtarış sistemlərində məhsul və ya xidmətlə bağlı axtarış aparan istifadəçilər reklamlardan çox orqanik nəticələrə klikləməyə meyillidirlər. Araşdırma nəticəsinə görə, seçim 80% SEO-nun xeyrinədir. Əlçatanlıq SEO ilə SEM arasında növbəti bir fərqdir.

Məzmun

Məzmun məsələsi də SEO ilə SEM arasındakı fərqlərdən biridir. SEO orqanik ziyarətçi trafikini hədəf aldığı üçün optimallaşdırma nəticəsində ortaya qoyulan məzmunda istifadəçinin faydası ön planda durur.  SEM daha çox kommersiya məqsədli olduğundan, məzmunun keyfiyyəti aşağı səviyyədə ola bilər.

 

Hansı Uyğundur: SEO yoxsa SEM?

Bu iki sahənin heç biri digərindən daha üstün deyil. Hər ikisi şirkətlərin rəqəmsal marketinqdə hədəflərinə çatmasına kömək edə bilər. Əsas olan şirkətin ehtiyaclarını və marketinq strategiyasını düzgün müəyyənləşdirməkdir. Yeni başlayan və ya məhdud büdcəsi olan kiçik şirkət üçün SEO-ya üstünlük vermək daha məqsədəuyğun ola bilər. Qısa müddət arzində nəticə əldə etmək istəyən böyük şirkətin isə SEM-ə müraciət etməsi daha doğru ola bilər.

Zaman və büdcə məhdudiyyəti yoxdursa, hər iki strategiyadan istifadə oluna bilər. Orqanik və ödənişlı axtarış nəticələrində görünmək marka şüurunun formalaşdırılmasına, şirketin gəlirinin artırılmasına və ömrünün uzadılmasına kömək edir.

SEO ilə SEM arasındakı fərq nədir mövzusunun təfərrüatını öyrənmək istəyirsənizsə, bizim “SEO Nədir?” yazımızı da oxuya bilərsiniz.

Nəticə

 

Bir sözlə, SEO ilə SEM arasındakı fərq – xərc, nəticə, davamlılıq, əlçatanlıq və məzmun deyə bilərik. Şirkətinizin rəqəmsal marketinqini düzgün planlaşdırıb həyata keçirmək istəyirsinizsə, Solvemark sizə SEO  və SEM xidmətləriylə dəstək ola bilər. Dövrümüzün texnoloji üstünlüklərindən faydalanaraq rəqəmsal dünyada daha öndə olub, rəqiblərnizdən fərqlənin.  

 

Mənbə: https://digitalmarketinginstitute.com/blog/how-do-seo-and-sem-work-together-in-2018

https://www.semrush.com/blog/seo-vs-sem/?kw=&cmp=EE_SRCH_DSA_Blog_Core_BU_EN&label=dsa_pagefeed&Network=g&Device=c&utm_content=515816600549&kwid=dsa-1057183189355&cmpid=11776420745&agpid=113999308266&BU=Core&extid=23623718713&adpos=&gclid=CjwKCAjw7cGUBhA9EiwArBAvojQBSnupxQE1QIT8kyyHI-JAK5ewb8CKhvOEVwkHLLwN95JZji_nNhoCAP4QAvD_BwE –

 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir