Rəqəmsal Marketinqin Əhəmiyyəti

2022-ci ildə Rəqəmsal Marketinqin Əhəmiyyəti | Solvemark

Rəqəmsal texnologiyalarının inkişafı ilə şirkətlər üçün rəqəmsal marketinqin əhəmiyyəti də artmaqdadır. Ona görə bu yazımızda rəqəmsal marketinqin nə olduğu, necə işlədiyi və şirkətlərə niyə lazım olduğu haqqında məsələri ələ alacağıq.

Rəqəmsal Marketinq Nədir və Necə İşləyir?

Rəqəmsal marketinqin əhəmiyyətini tam başa düşmək üçün bu anlayışın nə olduğunu nəzər salaq. Rəqəmsal marketinq ilk dəfə 1990-cı illərdə müəssisələr tərəfindən istifadə edilməyə başlayıb, ancaq Facebook, Instagram və Twitter kimi sosial media şəbəkələrinin yüksəlişi ilə daha da populyarlaşıb.

Rəqəmsal marketinq ənənəvi marketinqin alt bölümüdür. Bu marketinq növü şirkətlərin ehtiyac və məqsədlərinə uyğun olaraq mövcud və potensial müştərilərə çatmaq məqsədi ilə rəqəmsal texnologiyaların istifadəsini nəzərdə tutur.

Rəqəmsal marketinqin əsas məqsədi müxtəlif rəqəmsal imkanlardan istifadə edərək potensial müştəriləri cəlb etmək və satışları artırmaqdır. Bu imkanlar artdıqca rəqəmsal marketinqin əhəmiyyəti də artır.

Şirkətlər öz məhsullarını e-poçt, axtarış motorunun optimallaşdırılması (SEO), klik başına ödəmə (PPC) reklamı, məzmun marketinqi və sair kimi rəqəmsal marketinq kanalları vasitəsilə satmağa çalışır.

2022-ci İldə Şirkətlərə Niyə Rəqəmsal Marketinq Lazımdır?

İnformasiya əsrində şirkətlər üçün rəqəmsal marketinqin əhəmiyyəti çox böyükdür, çünki onlayn mövcudluq rəqiblərdən fərqlənməyin ən uyğun yoludur. Hazırkı sərt rəqabət şəraitində onlayn mövcudluğu artırmaqla şirkətlər brendlərini tanıda, müştəri sədaqətini qazana və beləliklə də gəlirlərini artıra bilərlər.

Rəqəmsal marketinqdə onlayn mövcudluğu artırmağın müxtəlif yolları var. Ən əsas üsullar arasında məzmun marketinqi, sosial media marketinqi, SEO (Axtarış Motoru Optimallaşdırılması), SEM (Axtarış Motoru Marketinqi) və e-poçt marketinqini göstərmək olar.

Məzmun Marketinqi Nədir?

Şirkətlər məzmun marketinqindən istifadə edərək sosial şəbəkələrdə brendlərini, məhsul və xidmətlərini təşviq edə bilərlər. Hədəf auditoriyanın ehtiyac və maraqlarına görə hazırlanan məzmun vasitəsilə müştəriləri satışa sövq etmək daha asandır. Bunun üçün hansı məzmunun yaradılmasından, harada yerləşdirilməsindən, necə təbliğ edilməsindən və kimin yerləşdirilməsindən tutmuş hər şeyi ehtiva edən strategiya hazırlanmalıdır.

Sosial Media Marketinqi Nədir?

Rəqəmsal marketinqin diğər növü də sosial media marketinqidir. Şirkətlər Facebook, Instagram, Twitter, TikTok kimi sosial media platformalarından istifadə edərək mövcud və potensial müştərilərlə səmimi əlaqə qura, müştəri loyallığına nail ola, vebsayta trafik çəkə və satışlarını artıra bilərlər.

SEO – Axtarış Motoru Optimallaşdırılması

SEO vasitəsilə də onlayn mövcudluğu artırmaq mümkündür. Şirkətin vebsaytını axtarış sistemlərinin alqoritminə uyğun optimallaşdıraraq fəaliyyət sahəsi ilə bağlı axtarışlarda daha yüksək yer tutmak olar. Daha yüksək yer isə daha çox trafik və daha çox satış deməkdir. Bunun üçün məzmun keyfiyyəti və uyğunluğu, dizayn və texniki performans, digər veb-saytlardan daxil olan keçidlər və s. daxil olmaqla, veb-saytın reytinqinə təsir edə biləcək bir çox müxtəlif amilləri nəzərə almaq lazımdır.

SEM – Axtarış Motoru Marketinqi

Şirkətlər SEO kimi orqanik üsuldan başqa SEM-dən də istifadə edilə bilər. Müxtəlif növ reklamlar vasitəsilə şirkətlərin axtarış motoru nəticələr səhifəsində (SERP) görünməsini təmin etmək mümkündür. Bu da şirkətlərin gəlirinə birbaşa təsir edən ödənişli və tez nəticə verən rəqəmsal marketinq növlərindən biridir.

E-poçt Marketinqi Nədir?

Şirkətlərin onlayn mövcudluğu artırmağın bir başqa yolu da e-poçt marketinqidir. E-poçt marketinqi ilə şirkətlər mövcud və potensial müştərilərin elektron poçt ünvanlarına məhsul/xidmət yeniləmələri, endirim kampaniyaları, tanıtım tıklifləri kimi mesajlar göndərməklə onları alış-veriş etməyə sövq edə bilərlər.

Yuxarıda qeyd olunan yollardan başqa şirkətlər məqsədlərindən asılı olaraq ani mesaj marketinqi, nüfuz marketinqi (influencer marketing), mobil marketinq, video marketinq, audio marketinq, virtual reallıq marketinqi kimi üsullardan da istifadə edə bilərlər.

Bir sözlə, rəqəmsal imkanlar inkişaf etdikcə rəqəmsal marketinq iş dünyasının əvəzedilməz hissəsinə çevrilib. Rəqəmsal marketinqin əhəmiyyəti o qədər artıb ki, bir çox şirkətlər artıq onsuz mövcud ola bilməz.

Rəqəmsal Marketinqdə Necə Uğur Qazanmaq Olar?

Rəqəmsal marketinq sahəsi daim dəyişir. Uğur qazanmaq istəyirsinizsə, ən son tendensiyalar və texnologiyalardan xəbərdar olmalısınız. Aşağıda rəqəmsal marketinq dünyasında necə uğur qazanacağınıza dair bəzi məsləhətlər verilmişdir.

  1. Ən son tendensiyalar və texnologiyalardan xəbərdar olun – Rəqəmsal marketinq sənayesi daim dəyişir, ona görə də bu sahədə yaranan ən son tendensiyalar və alətlərdən xəbərdar olmaq vacibdir.

  2. Güclü onlayn mövcudluq yaradın – Güclü onlayn mövcudluğun qurulmasına diqqət yetirmək vacibdir, çünki bu, daha çox trafik, potensial müştərilər və çevrilmələr əldə etməyinizə kömək edəcəkdir.

  3. Bacarıqlara sərmayə qoyun – Bacarıqlara sərmayə qoymaq vacibdir, çünki bacarıqların inkişafı sayəsində rəqiblərdən fərqlənə və lider ola bilərsiniz.

Rəqəmsal marketinqlə maraqlanırsınızsa, bizim Uğurlu Marketinq Üçün 3 Təsirli MəsləhətRəqəmsal Marketinq Məsləhətçisi Üçün BələdçiSEO Nədir? (2022) və SEO ilə SEM Arasındakı Fərq Nədir? (2022) yazılarımızı oxuya bilərsiniz.

Qeyd: Bu bloq yazısı üçün Həmtəsisçimiz Azər Şirinova təşəkkür edirik.

Mənbə: https://www.thinkwithgoogle.com/intl/tr-tr/pazarlamanin-gelecegi/dijital-donusum/dijital-pazarlama-medya-rehberi/

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir