Onlayn Ticarətdə Uğurlu Biznes

Onlayn Ticarət Üzrə Uğurlu Biznes: 2 Fərqli Yanaşma (2022) | Solvemark

Onlayn ticarət sahəsi üzrə uğurlu biznes qurmaq məsələsi bir çox insanı düşündürür. Rəqəbətin gücləndiyi, tələb olunan biznes səriştələrinin mürəkkəbləşdiyi və qeyri-müəyyənliklərin çoxaldığı bir mühitdə uğurlu biznes qurmaq şansınız nə qədərdir? İntuituv olaraq verilmiş biznes qərarları sizi uğura apara bilərmi? Texnoloji alətlərin verdiyi imkanlar sizə bu məsələdə necə yardımçı ola bilər? 

Məhsul üzrə bazar potensialının, hədəf auditoriyanın, rəqabət mühitinin və bazar payı hədəfinin müəyyənləşdirilməsində bu texnoloji imkanlar sizin işinizi asanlaşdırıcaq. Həmçinin brendinq, uğurlu marketinq və satış strategiyalarının tətbiqində 360 dərəcə marketinq həlləri və peşəkarların məsləhəti sizi uğurlu biznesə aparan yolda əvəzsiz yardımçınıza çevriləcək. Onlayn ticərat üzrə uğurlu biznes qurmaq haqqında daha ətraflı məlumat almaq üçün yazımızı oxuya bilərsiniz.

Hər Gördüyünüzə İnanmayın

Əslində siz hər il onlayn ticarətdə bir çox uğurlu biznesin qurulduğunu eşidirisiniz və ya bir başa şahidi olursunuz.

Bu müşahidə çoxlarını iş qurmaq üçün həvəsləndirir. Amma bu yanıldıcı müşahidədir. Çünki sizin diqqətinizi çəkən uğurlu bizneslər büyük bir marafonda finiş xəttinə çatanlardır. Onlar yalnız finiş xəttini keçdikdən sonra sizin diqqətinizi çəkirlər. Finiş xəttinə çatmadan uğursuz olan yüzlərlə, minlərlə biznes cəhdləri haqqında isə siz heç vaxt eşitmirsiniz. Bu yanılma elmi ədəbiyyatda “survivorship bias” yəni “sağ qalmaq qərəzi” adlanır.  

Qurulduqdan sonra da bir neçə il ərzində uğursuz olan kiçik bizneslərin sayı az deyil. ABŞ Əmək Statistikası Bürosunun məlumatına əsasən kiçik bizneslərin 20%-i qurulduqdan sonra 1 il ərzində uğursuz olaraq bazarı tərk edir. Qurulduqdan sonra 5-ci ilin sonuna sağ qalmağı bacaran kiçik bizneslərin sayı 50% təşkil edir. 10-cu ilin sonuna isə sağ qalma nisbəti 30%-dək azalır.

Hər Kəs Uğurlu Biznes Qura Bilərmi?

Yəqin çoxları kimi siz də tez-tez nə iş görüm, necə uğur qazanım, necə maliyyə sərbəstliyi əldə edim kimi məsələləri düşünürsünüz. Bəzən qısa vaxt ərzində pul qazanmaq istəyi sizi yanlış ortaqlıqlara girməyə, yanlış işə investisiya etməyə və nəticədə pul itirərək ümidsizliyə qapılmağa səbəb olur. Hər itki bir dərsdir. Amma aldığınız dərs və onun qiyməti çox önəmlidir.

Bəzən ətrafınızda sizə cəlbedici görünən iş təklifləri o qədər artır ki, adamın ağlına müxtəlif fikirlər gəlir: görəsən bazarda iş görmək fürsətləri çoxalıb yoxsa dələduzların sayı artıb? Əslində elə hər ikisi düzdür. İş fürsətləri artanda dələduzların sayı da çoxalır.

Amma səriştəsizlikdən dolayı biznes cəhdləri uğursuz olanların da sayı az deyil. LendingTree maliyyə təşkilatının sorğusuna əsas biznesdə uğursuzluqların və biznesə başlamaq tərəddüdlərinin 40%-ni maliyyə vəziyyəti ilə bağlı problemlər təşkil etsə də, respondetlərin 33%-i bunu inamsızlıq, narahtçılıq və dolayısıyla kifayət qədər biznes bacarıqlarının olmaması ilə əlaqləndirib. Çünki uğurlu biznes qurmaq və idarə etmək üçün tələb olunan səriştələr də vaxt keçdikcə mürəkkəbləşir, sərt bacarıqların çoxalması ilə yanaşı yumşaq bacarıqlar da aktuallıq qazanır. Amma bütün bunalar sizi cəhd etmək fikrindən daşındırmamalıdır.

Biznes İdarəçiliyi Üçün Hansı Səriştələr Tələb Olunur?

Bəs onlayn ticarətdə uğurlu biznes qurmaq üçün necə səriştəli olaq? Bu sualın sadə cavabı yoxdur, çünki biznesdə səriştəli olmaq çox böyük zəhmət tələb edir. Uğurlu biznes qurmaq və idarə etmək üçün bir az satış, bir az marketinq, bir az maliyyə, bir az insanlarla işləmək bacarığı, bir az strateji və analitik bacarıqlar və sadalamadığım bir neçə digər məqam lazım gəlir. Bu biznes bacarıqları ilə yanaşı bir az da düzgün vaxtda, düzgün yerdə olmaq şansı lap yerinə düşər.

Tələb olunan bacarıqların öhdəsindən uğurla təşkil edilmiş səriştəli komanda gələ bilər. Lakin kiçik biznesinizin başlanğıc mərhələsində bu funksiyaların bir çoxunu özünüz öhdənizə götürməli olursunuz. Xüsusi biznes təcrübəniz və ya təhsiliniz yoxdursa, siz bu öhdəlikləri intuitiv olaraq düzgün hesab etdiyiniz qərarları verməklə icra edəcəksiniz.

Yüksək Səriştəniz Yoxdursa Uğur Qazanmaq Şansınız Nə Qədərdir?

Təbii ki, onlayn ticarətdə uğurlu biznes üçün keçmiş biznes təcrübəsi və ya biznes məktəbində təhsil mane olmazdı. Amma bunlar mütləq şərt deyil. Ingiltərədə Startups şirkətinin apardığı sorğuya əsasən biznes adamlarının 2/3 hissəsi biznesinə başlamazdan əvvəl  hər hansı biznes sahibi olmaqla bağlı təcrübələri olmasa da bu şəxslərin təqribən 50%-i öz biznesini qurduğu sahə üzrə başqa şirkətlərdə işçi olaraq çalışmışdır. Həmçinin eyni sorğuya əsasən biznes sahiblərinin təqribən 50%-i bakalavr və daha yuxarı təhsilə malik olmuşdur. Eyni zamanda Kaufman İndex şirkətinin ABŞ-da apardığı soruğunun nəticələrinə əsasən kiçik biznes sahiblərinin 34,8%-i tam  orta və daha aşağı təhsil səviyyəsinə malik olmuşdur.

Bütün bunlar deməyə əsas veriri ki, müəyyən spesifik məqamlar istisna olmaqla biznes idarəçiliyində intuitiv olaraq verilmiş qərarlar da bəzən müsbət nəticələrə apara bilər. Amma unutmaq olmaz ki, intuisiya özü də uzun illər boyu təcrübə nəticəsində yaranan fenomendir. Bu səbəbdən biz uğurlu intuitiv qərarlara sadəcə biznes dahilərinin timsalında və sadəcə rasional qararların tamamlayıcısı qismində şahid oluruq. Təcrübə olmadan verilən instinktiv qərarların sizi uğursuzluğa aparma ehtimalı isə daha yüksəkdir.

Amma yəqin ki, siz geniş çevrənizdə bir çox insanın xüsusi biznes təhsili və çoxillik təcrübəsi olmadan onlayn ticarətdə uğurlu biznes qurduğunun da şahidi olmusunuz.

Sadəcə İntuitiv Qərarlar Verməklə Biznes Uğur Qazana Bilərmi?

Ətrafımızda baş verən sürətli dəyişikliklər, qeyri müəyyənliklərin artması, rəqabət mühitinin kəskinləşməsi, istehlakçı tələblərinin sürətlə dəyişməsi zaman keçdikcə biznesdə sadəcə intuitiv qərarlarla uğur qazanmaq ehtimalını azaldır. Çünki bu sürətli dəyişikliklər nəticəsində alternativ ssenarilər çoxalır və keçmiş təcrübəyə əsaslanan intuitiv biznes qərarları bu sürətə uyğunlaşa bilmir. Bununla belə təcrübəli insanların çoxşaxəli problemlər qarşısında verdiyi intuitiv qərarların effektivliyinin yüksək olduğuna dair sübutlar var. Əgər çox təcrübəli deyilsinizsə rasional qərarlara üstünlük vermək sizin üçün daha düzgündür. Biznes qərarlarının hər addımında rasionallıq isə qəliz məsələdir və bunun üçün sizin sərəncamınızda bir çox alətin olmasını tələb edir. Bu mövzuya gələn yazıların birində toxunarıq. Hələlik gəlin siravi bir adamın kiçik bir onlayn ticarət biznesi təcrübəsinə nəzər salaq.

Kiçik Onlayn Ticarət Biznesi Misalı (Ənənəvi Yanaşma)

Misal üçün siz hər hansı bir məhsula və ya məhsul qrupuna bazarda tələbat olduğunu müşahidə edərək və buna inanaraq həmin məhsulun ticarəti ilə məşğul olmaq qərarına gəlirsiniz.

Bunun üçün həmin məhsuldan nümunə kimi bir miqdar idxal edirsiniz. Daha sonra bu nümunəlik məhsulları ənənəvi və müasir satış kanalları ilə bazara təklif edərək məhsula olan tələbatı ölçməyə cəhd edirisiniz və bu işdə uğur qazanmaq şansınızı test edirsiniz. Bunun üçün siz fiziki dükan və ya anbarla yanaşı son illərdə getdikcə populyarlaşan sosial şəbəkələrdən də istifadə etməklə müxtəlif metodlarla brendinizi və məhsullarınızı hədəf auditoriyanıza çatdırmağa çalışırsınız. Daim sosial şəbəkədə aktivliyinizi qoruyursunuz. Hətta onlayn gələn sifarişləri müştərilərinizin rahatlığı üçün onların ünvanlarına çatdırmağı da vəd edərək satışlarınızın artacağını təxmin edirisiniz.

Lakin bir müddət sonra sifairşlərin azlığından narahat olmağa başlayırsınız. Əslində çox şeyi düz etdiyinizə əmin olduğunuz üçün satışların artmamasını bazarda tələbatın az olması ilə və ya rəqiblərin sizdən dəfələrlə güclü olması ilə əsaslandırırsınız. Nəticədə yüksək rəqabət şəraitində fərqlənə bilmək üçün sizin bu işə həddindən artıq çox investisiya etməli olduğunuz və sizin buna imkanınız olmadığı qənaətinə gələrək işi dayandırmaq qərarına gəlirsiniz. Bu xoşagəlməz təcrübədən dolayı bir daha belə bir işə cəhd etməməyə söz veririsiniz və əvvəllər xəyal etdiyiniz uğurlu biznes, maliyyə sərbəstliyi kimi arzuların sizin imkanlarınızı aşdığı və bu işlərdə uğurlu olanların sadəcə bəxtli insanlar olduğu qənaətinə gəlirsiniz.

Bu uğursuz təcrübədə zahirən çox şeyi düz etdiyinizə inansanız də əslində sadəcə müşahidə, ətrafınızdakı insanların məsləhəti və intuisiyanıza əsaslandığınıza görə yanılmısınız.  Bəs nəcə etməli? Axı hər adımda rasional qərar üçün lazımı  bilik və təcrübəyə sahib deyilsiniz. Bu vəziyyətdə sizin köməyinizə peşəkar  biznes həlləri gələ bilər. Siz yəqin ki bu həllərin bir çoxundan xəbərsinizsiniz.

Gəlin bir də cəhd edək…

Kiçik Onlayn Ticarət Biznesi Misalı (Peşəkar Yanaşma)

Siz bazarda hər hansı bir məhsul və ya məhsul qrupuna tələbat olduğuna inanaraq bu məhsulun ticarəti ilə məşğul olmaq qərarına gəlmişdiniz. Bu qərar öz-özlüyündə doğru qərar ola bilər. Amma siz buna şəxsi müşahidələriniz və intuisiyanız əsasında qərar vermişdiniz. Gəlin prosesə bir az fərqli yanaşaq

Məhsulun Bazar Potensialını Necə Müəyyənləşdirmək Olar?

Bu biznes haqqında qərar verə bilmək üçün sizi maraqlandıran əsas məqam məhsulun bazar potensialı ilə bağlı əsaslandırılmış məlumatdır. Ənənəvi marketinq üsulunda bu fokus qrupları, intervyular, sorğu anketləri, müştəri müşahidələri və.s kimi xərci yüksək olan metodlarla həyata keçirilir. Lakin siz Google Trends, Google Ads, Semrush, Moz, Ahref’s, Ubersuggest kimi resurslardan da istifadə edərək açar sözlər əsasında məhsul və yə məhsul qrupları üzrə bir neçə parametrdə analitik məlumat əldə edə bilərsiniz. Google-un Market Finder aləti isə sizə yeni bazarlara açılmağınız üçün lazımı məlumatı təqdim edə bilər. Bu alətlər uğurlu onlayn ticarət biznesinin idarə edilməsi üçün mövcud olan həllərin sadəcə bir qismidir.  

Yuxarıda qeyd olunan alətlərin hər biri ayrı ayrılıqda yerli bazarın potensialı ilə bağlı tam dolğun məlumat verməsə də, əldə edəcəyiniz məlumatlar məhsulunuzun potensial bazar həcmi ilə bağlı kifayət qədər faydalı olacaq. Bu mənbələrdən alınmış məlumatlar sizin sadəcə şəxsi müşahidələriniz və ya ətrafınızdakı insanların sizə dedikləri ilə müqayisə oluna bilməz.   Bu sizin növbəti mərhələlər üzrə qərar verə bilməyiniz üçün olduqca vacib və real məlumatlardır. Bununla belə siz yenə də ənənəvi marketinq araşdırması yollarından olan sorğu anketi ilə daha dəqiq məlumat əldə etmək istəsəniz Survey Monkey aləti texnoloji həll olaraq sizin köməyinizə gələ bilər.

Məhsulun Hədəf Auditoriyasını Necə Müəyyənləşdirmək Olar?

Hədəf auditoriyanın müəyyənləşdirilməsi sizin marketinq, satış, logistika və bir sıra digər sahələr üzrə fəaliyyətinizin effektiv təşkili üçün vacibdir. Xüsusi ilə yüksək rəqabət mühitində kiçik və orta bizneslərin özlərinə daha niş hədəf auditoriya müəyyənləşdirməsi məsləhət görülür. Bunun üçün bir sıra analitik məlumatlar sizin köməyinizə gələ bilər. 

SimilarWeb, Semrush, Ahref’s  kimi resurslar sizin üçün bu mərhələdə dəyərli məlumatı təmin edəcək. Hədəf auditoriya əksər hallarda coğrafi, psixoqrafik, demoqrafik, keyfiyyət, qiymət və.s məqamlar nəzərə alınaraq müəyyən edilir. Siz bu paratmetrlər əsasında müəyyənləşdiridiyiniz xüsusiyyətləri “buyer persona”-lar kimi klassifikasiya edirsiniz. Bu məqamda HubSpot alətlərindən olan Make My Persona sizin üçün faydalı ola bilər. Biznesinizin növbəti mərhələlərində Google Analytics aləti sizə hədəf auditoriyanızın haqqında daha analitik məlumatlar verməklə optimizasiya istiqamətləri təqdim edəcək. Beləcə siz hədəf auditoriyaya uyğun müəyyənləşdirdiyiniz strategiyanızı həyata keçirməyə hazır olacaqsınız.

Bazar Payı Hədəfini Necə Müəyyənləşdirmək Olar?

Bazarın potensialı və hədəf auditoriya ilə bağlı məlumat dəqiqləşdirildikdən sonra bazarda rəqabət mühiti, bazarın inkişaf potensialı və mənfəətlilik kimi məlumatlar da bu mərhələdə qərarın verilə bilməsi üçün vacibdir. Siz strategiyanızı əldə etmək istədiyiniz bazar payına uyğun olaraq müəyyənləşdirisiniz. Şəxsi düşüncə və müşahidələriniz, ətrafınızda məsləhət aldığınız insanların fikirləri sizə istiqamət versə də Google-un təqdim etdiyi alətlər paketi sizə bu məsələlərdə faydalı ola bilər. Google Trends ilə siz bazarda hər hansı canlanmanın qısa müddətli dəb, yoxsa güclü trend olması həmçinin bazarın stabil və ya böyüyən bazar olması haqqında real məlumat əldə edəcəksiniz. 

Bəzən bazarda çox iştirakçının olması yüksək rəqəbət təəsüratı yarada bilər və siz bazardan pay almağın çətin olacağını düşünə bilərsiniz. Yüksək rəqabət sadəcə bazar iştirakçısı sayı ilə ölçülmür. Düzgün düşünülmüş strategiya və tutduğunuz istiqamətdə davamlı olmaq sizi çox rəqiblərinizi üstələməyə kömək edəcək. Bəzən bir-iki biznes həmləsi ilə nə qədər rəqibi geri qoyduğunuza təəcüblənəcəksiniz. Bazar haqqında nə qədər məlumatlı olsanız, strategiyanızı bir o qədər məqsədə uyğun quracaqsınız. Qeyd olunan texnoloji həllərin köməyi ilə əldə edəcəyiniz məlumatlar sizdə qarşıya qoyacağnız strateji müdətlərdə mərhələli olaraq nə qədər bazar payı ələ keçirmək imkanınızın olacağına dair təsəvvür yaradacaq.

Biznes üçün Brend Necə Yaradılmalıdır?

Brend yaratmaq, onu bazarda tanıtmaq və brendin dəyərini yüksətmək düşünülmüş və davamlı fəaliyyət tələb edir. Xüsusi ilə biznes mühitində rəqabətin bu qədər artdığı, gündəlik olaraq insanların müxtəlif brendlərin təklifləri ilə bombardman edildiyi bir vaxtda uğurlu brend yaratmaq, onu populyarlaşdırmaq və davamlı etmək oluqca çətindir. Hərçənd ki, bu məqam da önəmlidir, amma brend sadəcə yaxşı seçilmiş, qulağa və gözə xoş gələn ad, simvol və ya şəkil deyil. Yaxşı yaradılmış brend müştərilərinizin nəzərində sizin onlara hansı dəyərləri və necə təqdim etməyinizin adıdır. Siz bu dəyəri davamlı və düşünülmüş şəkildə müştərilərin nəzərində yaradırsınız. Yəni qısacası brendin yaradıldığı əsas müstəvi müştərilərinizin düşüncələridir. Bu müstəvi asanlıqla əlçatan deyil. Əvvəla o sizin nəzarət dairənizdən kənardadır. Sizin ona təsir edə bilməyiniz üçün alətlər çox mücərrəddir.

Bu məqamda da yuxarıda qeyd edilmiş texnoloji həllər sizə geniş müştəri kütlələrini təhlil etməyə, onları qruplaşdırmağa, biznesinizə uyğun auditoriyanın xüsusiyyətlərini müəyyənləşdirməyə və uğurlu brendinq üçün auditoriyanızı tanımağa imkan yaradır. Eyni zamanda siz biznes fəaliyyətinizin bütün cəhətləri ilə yaradılmış brendi doğrultmağa çalışmalısınız. Biznesinizə aid peşəkar veb sayt da sizin brend dəyərinizin müştəri tərəfindən yüksək qəbul edilməsinə yardımçı olur. Bu sahədə sizə yalnız peşəkarlar kömək edə bilər. Bu işin peşəkarı deyilsinizsə bunu öz öhdənizə götürmək və hər hansı peşəkardan məsləhət almadan etmək yanlış qərardır.

Brendinq ilə bağlı daha ətraflı məlumat üçün Brend Yaratmağın 10 Faydası. Brend Necə Yaradılır? bloq yazımızı oxuya bilərsiniz.

Uğurlu Marketinq Fəaliyyəti Necə Qurulmalıdır?

Marketinq fəaliyyəti sizə məhsul və xidmətləriniz vasitəsilə təqdim etdiyiniz dəyər təkliflərinizi müştəri auditoriyanızın diqqətinə çatdırmağa imkan verir. Çox sadə səslənən bu tərifin altında yatan fəaliyyət olduqca mürəkkəbdir. Çünki sizin hədəflədiyiniz müştəri auditoriyasını hədəf alan, onun diqqətini oğurlamağa və yayındırmağa çalışan çox sayda kənar marketinq məzmunu var. Artan texnoloji imkanlar sayəsində diqqət cəlbedən məzmun yaratmaq və paylaşmaq fəaliyyəti hər kəs üçün əlçatan olduqca marketinq qarma-qarışıqlığı bir az da çoxalır. Bu məzmun toz-dumanı içində hədəf auditoriyanın diqqətini çəkmək imkanının azalması bir sıra ənənəvi marketinq üsullarının aktuallığını itirməsinə səbəb olur.

İnsanların onlayn mühitə getdikcə artan inteqrasiyası rəqəmsal marketinq fəaliyyətini sürətlə gündəmə gətirir. Onlayn mühitin özünün də artan izdihamı ilə rəqəmsal marketinq fəaliyyəti getdikcə sadəcə peşəkarların işinə çevrilməyə davam edir. Bir çox bizneslər müasir texnoloji imkanlardan istifadə etdiklərini düşünərək sosial şəbəkələrdə ödənişli reklamlar, müxtəlif məzmunlar, alış-verişə və digər fəaliyyətə çağırış mesajları paylaşmaqla uğurlu rəqəmsal marketinq fəaliyyəti həyata keçirdiklərini düşünürlər. Reallıqda isə onların bu səyləri onlayn mühitin izdihamı və qarma-qarışışıqlığı içində itib bataraq hədəf auditoriyanın diqqətindən yayınır. Çünki bu qaranlığı atəş açmağa bənzəyir.  Siz hədəfi ayırd edə bilmirsiniz. Ayırd etsəniz belə onun rəqəmsal ayaq izini təqib etməkdə çətinlik çəkirsiniz. Rəqəmsal ayaq izini təqib etsəniz belə ona hansı dayanacaqda nə təklif edəcəyiniz və necə yönləndirəcəyinizlə bağlı düzgün qərar verə bimirsiniz. Hətta bütün bunları etsəniz belə, yekunda potensial müştərini real alıcıya çevirməklə bağlı bir sıra səhvlərə yol verirsiniz. Bütün bunlar isə əlavə bilik və bacarıq tələb edir. Bu sahə üzrə xüsusi biliyiniz yoxdursa, işinizi peşəkarlara həvalə etməlisinz. Onlayn ticarətdə uğurlu biznes qurmaq və idarə etmək üçün 360 dərəcə rəqəmsal marketinq xidmətinə ehtiyacınız var.

Uğurlu Satış Fəaliyyəti Necə Qurulmalıdır?

Yuxarıda qeyd olunanları etməklə yekunda siz müştərilərinizin sizdən alış-veriş etməsinə sadəcə zəmin yaradırsınız. Satışın uğurla həyata keçirilməsi, davamlılığının və artımının təmin olunması üçün nəzərə alınmalı məqamlar isə tamamilə fərqlidir.  Ən başlıcası bu, müştərinin alış-veirş zamanı və alış-veriş sonrası yaşadığı təcrübədən asılıdır. Alış-veriş zamanı və sonrası müştərinin yaşadığı təcrübə onun alış-veriş üçün qət etdiyi məsafa, alış-veriş vaxtı, məkanın rahatlığı, məhsul çeşidi, axtardığını tapmaq imkanı, xidmət, ödəniş rahatlığı, çatdırılma, alış sonrası dəstək, zəmanət və.s kimi məqamlarla müəyyən edilir. Həmçinin satışların artırılması üçün müştərilərə upsell və çarpaz satış imkanları da dəyərləndirilməli, bir alış-verişin orta səbət dəyərinin və alış-veriş tezliyinin artırılması üzrə də düşünülmüş strategiyalar tətbiq edilməlidir.

 Müştəriləri alış-veriş vərdişlərini və meylərini daha yaxından tanıyaraq onları vaxtı vaxtında endirim, kampaniya və digər hadisələrdən xəbərdar etməklə və ya onların özəl günlərində xüsusi təklif və ya təbrik mesajı kimi tədbirlərlə müştəri loyallığını artıra və satışların davamlılığını təmin edə bilirsiniz. Bütün bunların fiziki dükan və manual qeydlər əsasında aparılması sizin imkanlarınızı məhdudlaşdırır. Bunun üçün funksional onlayn dükan, müştəri əlaqələri və anbar idarəetmə sistemləri sizin yardımçınız ola bilər. Bu imkanı bir çox onlayn platformalar öz nəzdnində sizə təqdim etsə də həmin platformalar sizə başlanğıc mərhələsində kömək edə bilər. Yekunda isə həmin platformalarda proseslərə nəzarət bütünlüklə sizdə deyil. Daha peşəkar yanaşma isə sizin öz onlayn mağazanızın olmasıdır.

Onlayn Dükan Fiziki Dükanı Tamamilə Əvəz Edirmi?

Onlayn ticarət təcrübəsinin artmasına baxmayaraq fiziki məkanlarda alış-veriş təcrübəsinin də dəbdən düşəcəyini demək hələlik çox tezdir. Beynəlxalq Data Korporasiyasının analitiklərinin proqnozlarına görə gələcək illərdə rəqəmsal yorğunlunq sindromu ilə mübarizə məqsədi ilə qabaqcıl şirkətlər xidmət təkliflərini fərqləndirə bilmək, müştərilərinə daha yaddaqalan və etibarlı alış-veriş təcrübəsi yaşatmaq üçün fiziki alış-veriş məkanlarına diqqəti artıracaq. Onalyn dükan isə sizə sərhədləri aşaraq əlavə rahatlıq təmin etməklə çox geniş müştəri kütlələrinə çatmağa imkan verəcək. Odur ki, biznesinizin müəyyən inkişaf mərhələsindən sonra müştərilərinizə həm onlayn həm də fiziki məkanda xidmət seçimlərini təqdim etməklə yüksək müştəri məmnuniyyəti və saıtşlarınızın artımına nail ola bilərsiniz.

Nə Məsləhət Görürük?

Yəqin ki ilk uğursuz təcrübənizdən sonra işin xüsusi bilik və bacarıq tələb edilən məqamlarını peşəkarlara həvalə etməli olduğunuzu artıq anlamısınız. Yazıda təqdim edilən texnoloji həllər bir çox məqamda sizin işinizi asanlaşdırsa da, gündən dünə artan bu bu texnoloji həlləri daim diqqətdə saxlamaq və onların peşəkar istifadəçisinə çevrilmək sizin imkanlarınızı aşa və diqqətinizi əsas işinizdən yayındıra bilər.

Biz isə bütün bu problemlərin həllini sizə bir ünvanda təqdim edirik. Solvemark şirkəti Türkiyə və Azərbaycanda rəqəmsal marketinq həlləri təqdim etməklə sizi qısa vaxt ərzində onlayn ticarətdə uğurlu biznes sahibinə çevirməyi öz öhdəsinə götürür. Bu işi biz beynəlxalq müstəvidə fəaliyyət göstərən təcrübəli və peşəkar komandamızla həyata keçiririk. Sizə funksional onlayn mağaza, keyfiyyətli dizayn edilmiş web sayt və 360 dərəcə rəqəmsal marketinq həlləri təqdim etməklə sizi uğurlu biznes sahibinə çeviririk. Bir iddiamız da budur ki, biz bu peşəkarlıqda xidmətləri ölkədə ən aşağı qiymətlərə təqdim edirik. Biz bunu çoxları üçün etmişik. Sizin növbənizdir. Buyurun. www.solvemark.az

Bu bloq yazısı üçün Solvemark Şirkətinin Direktoru və Həmtəsisçisi Elşad İbrahimova təşəkkür edirik.

Elektron ticarət haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, E-ticarət Nədir? Necə İşləyir? (E-ticarətə Giriş – 2022) bloq yazımızı oxuya bilərsiniz.

 

Mənbə:

https://www.bbc.com/worklife/article/20200827-how-survivorship-bias-can-cause-you-to-make-mistakes

https://www.entrepreneur.com/article/361350#:~:text=According%20to%20data%20from%20the,about%20half%20will%20have%20failed.

https://www.lendingtree.com/business/small/failure-rate/#whydostartupsfail

https://startups.co.uk/analysis/the-average-entrepreneur/

https://www.fundera.com/blog/small-business-employment-and-growth-statistics

https://sproutsocial.com/glossary/niche-marketing/

https://www.forbes.com/sites/theyec/2020/02/03/why-every-business-needs-a-website/

https://blog.hubspot.com/service/what-is-customer-experience
https://online.hbs.edu/blog/post/business-skills-every-professional-needs

https://www.business.com/articles/12-business-skills-you-need-to-master/

https://www.inc.com/marla-tabaka/iconic-entrepreneurs-use-their-intuition-to-succeed-what-you-need-to-know-about-following-your-gut.html

https://www.scientificamerican.com/article/can-we-rely-on-our-intuition/

https://www.shopify.com/blog/product-research

https://www.forbes.com/sites/sap/2022/02/07/retail-trends-2022-in-search-of-the-ultimate-customer-experience/, .də

 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.