Onlayn Bazaryeri

Onlayn Bazaryerindən İstifadənin 6 Yolu | Solvemark

Son illər onlayn alış-verişlərin artması ilə onlayn bazaryerlərinin (marketplace) populyarlığı artmaqdadır. Bu da təəcüblü deyil, çünki 2022-ci ildə dünyada onlayn bazaryeri alış-verişinin həcmində 4,8% artım gözlənməkdədir. Onlayn alış-verişə maraq Azərbaycanda da özünü göstərməkdədir. 2021-ci ildə ölkədə 2,7 mlrd. manat məbləğində onlayn alış-veriş həyata keçirilmişdir. Bu meyli nəzərə alaraq yazımızda bizneslər üçün onlayn bazayerindən istifadə yollarını ələ alacağıq.

Onlayn Bazaryeri Nədir?

Onlayn bazaryeri satıcı və alıcıların görüştüyü , məhsul mübadiləsi və sövdələşmələr etdiyi bir platformadır. Bu platforma istər şəxsi, istərsə də biznes məqsədləri üçün ehtiyacınıza uyğun məhsul və xidmətləri tapmağın ən yaxşı yoludur.

Bazarlar əsrlər boyu mövcuddur və ən qədim nümunə Roma Aqorasıdır. İlk müasir onlayn bazaryeri eBay isə 1995-ci ildə Pierre Omidyar tərəfindən pərakəndə bazarda mövcud olmayan məhsulların satışı üçün yaradılmışdır. Ancaq getdikçə sıravi məhsulların satışı üçün də bu onlayn platformalardan istifadə edilməyə başlandı. Bunun səbəbi məlumat əldə etməyi asanlaşdıran texnoloji imkanlar və qloballaşmadır.

Onlayn Bazaryerinin Üstünlüyü Nədir?

Onlayn bazaryerləri istehlakçılara evlərini tərk etmədən və ya mağazaları gəzmədən ehtiyacı olduqları məhsulları bir yerdə tapmaq üçün asan və rahat bir yol təqdim edir. Bu platformalar istifadəçilərə qiymət, keyfiyyər, yer və ya hər hansı bir digər xüsusiyyətlər görə axtarış etməyə imkan verir. Bu isə istehlakçılar üçün vaxta, pula və fiziki enerjiyə qənaət etmək deməkdir.

Onlayn bazaryerləri yalnız istehlakçılar üçün deyil, şirkətlər üçün də sərfəli bir ticarət vasitəsidir. Rəqəmsal texnologiyaya əsaslanan bazaryerlərinin bizneslər üçün faydası çoxdur. Əsas fayda, bu platformaların şirkətlərə daha geniş hədəf auditoriyaya çatmağa və satışları artırmağa kömək edir. Bundan əlavə, hazır infrastruktur, hazır onlayn ödəniş sistemi, yük çatdırma xidməti, marketinq və reklam imkanlarını da qeyd etmək olar.

Onlayn bazaryerlərində məhsul tövsiyyələri vermək, endirimlə və kuponlar təklif etmək, markanızı sosial mediada tanıtmaq kimi marketinq strategiyanıza faydalı olacaq bir neçə üsül var. Biznesinizi rəqəmsal dünyada inkişaf etdirmək , məhsullarınızı onlayn və ya offlayn satmaq üçün innovativ yollar axtarırsınızsa, onlayn bazaryerleri sizin üçün mükəmməl seçim ola bilər.

Onlayn Bazaryeri Necə istifadə Oluna Bilər?

Bizneslər üçün onlayn bazaryer platformalarından istifadə etməyin bir çox yolu var. Bura məhsul satışı, yeni və fərqli müştərilərin cəlb edilməsi, marketinq strategiyanızın zənginləşdirilməsi və s. daxildir. Bu bölmədə onlayn platformadan istifadənin 6 üsulundan bəhs edəcəyik.

Onlayn bazaryerindən istifadənin 6 yolu:

  • Məhsullarınızı onlayn bazaryerlərində daha sərfəli qiymətə satın. Onlayn platformalar (Amazon, Trendyol, Hədiyyəmo) xüsusilə yeni məhsulların satışı və təşqviqi üçün faydalı alətdir.
  • Yeni müştərilər tapmaq, potensial müştəriləri cəlb etmək və satışları artırmaq üçün onlayn bazaryerlərindən istifadə edin.
  • Fiziksəl mağazanızda və ya internetdə sizdən alış-veriş edə bilməyəcək müştəriləri cəlb etmək üçün onlayn bazar platformasından faydalanın.
  • Məhsullarınızın siyahısına daha çox diqqət və trafik cəlb etmək üçün endirimlər və promosyonlar təklif edərək onlayn bazaryerindən marketinq aləti olaraq istifadə edin.
  • Bahalı marketinq kampaniyalarına sərmayə qoymadan brendiniz haqqında istehlakçı rəyini almaq üçün onlayn bazaryerlərinə üstünlük verin.
  • Biznes fəaliyyətiniz üçün lazım olan insan resurslarını tapmaq üçün freelanser və provayder xidmətlərinin təklif olunduğu onlayn platformalara (Upwork, Fiverr və Freelancer.com) müraciət edə bilərsiniz.

Onlayn Bazaryeri İstifadəsində 4 Səhv

Hamımız bilirik ki, yeni biznes modelinə keçib uğur qazanmaq asan deyil. Ancaq bəzi səhvlərdən asanlıqla qaçıb hədəfə çatmaq mümkündür. Onlayn platformalarda ən çox rastlanan 5 səhv:

  • Müştərinin nə istədiyini səhv başa düşmək;
  • Məhsulunuzu necə tanıtacağınızı bilməmək;
  • Satışlarla bağlı planın olmaması;
  • Onlayn bazaryerinin imkanlarından necə istifadə olunacağını bilməmək.

Onlayn Bazayerinin İmkanlarından İstifadə Edin!

Xərcləri azaltmaq, hədəf auditoryanı və satışları artırmaq, daha ucuz marketinq imkanlarından faydalanmaq, brendinizi və məhsullarınızı tanıtmaq, ixtisaslı insan resurslarını cəlb etmək üçün onlayn bazar platformalarından istifadə etməyə başlayın.

Onlayn bazaryerləri məhsulun satışı, təşviqi, çatdırılması və s. məsələlərində həllər təklif edərək şirkətlərin işini yüngülləşdirir və əsas hədəflərinə köklənməyə imkan verir. Yeni texnoloji imkanlarla biznesinizi inkişaf etdirin, vaxtınıza, pulunuza və enerjinizə qənaət edin!

Mövzuyla əlaqədar ətraflı məlumat üçün bizim Azərbaycanda Elektron Ticarət Üzrə Bələdçi (2022)Azərbaycanda Eletron Ticarətə Necə Başlamaq Olar? (2022)Elektron Ticarətə Keçməyin 5 SəbəbiElektron Ticarət – Yeni Biznes Modeli Haqqında Hər Şey (2022)Onlayn Ticarət Üzrə Uğurlu Biznes: 2 Fərqli Yanaşma (2022) və E-ticarət Nədir? Necə İşləyir? (E-ticarətə Giriş – 2022) yazılarımızı oxuya bilərsiniz.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir