Kiçik Biznes üçün Sosial Mediya Strategiyası

Kiçik Biznes üçün Sosial Mediya Strategiyası Niyə Vacibdir? (2022) | Solvemark

Milyardlarla istifadəçisi olan sosial mediya kiçik biznes üçün fürsətlərlə dolu rəqəmsal marketinq kanalıdır. Ancaq bu kanaldan səmərəli şəkildə istifadə etmək üçün düzgün sosial mediya strategiyasına malik olmaq lazımdır. Düzgün strategiya vasitəsilə müştərilərinizlə səmimi əlaqə quraraq biznesinizi inkişaf etdirə bilərsiniz. Sosial mediya strategiyasının əhəmiyyəti nədir, necə olmalıdır, Solvemark bu məsələdə necə kömək edə bilər kimi suallara cavab tapmaq üçün yazımıza nəzər salın.

Kiçik Biznes üçün Sosial Mediya Strategiyasının Əhəmiyyəti Nədir?

Sosial mediya strategiyası kiçik biznesin ümumi marketinq strategiyasının əsas hissəsidir. Sosial mediya marketinqi ilə kiçik sahibkarlar daha uyğun üsullarla müştəri cəlb edərək gəlirlərini artırırlar. Bundan əlavə, sosial mediya kanalları məhsul və ya xidmətin birbaşa satışı üçün istifadə oluna bilər.

Sosial mediyanın gəlir məqsədilə istifadəsinin bir çox yolu var. Məsələn, sosial mediyada brend, məhsul və ya xidməti tanıtmaq üçün istifadə oluna bilər. İstər reklam verməklə, istərsə də hədəf kütləni maraqlandıran mövzularda məzmun yaradıb paylaşaraq tanıtma işini həyata keçirmək mümkündür. Bu yolla axtarış sistemlərindəki reytinqinizi yüksəldə və satışlarınızın artmasına kömək edə bilərsiniz.

Sosial mediya platformalarında brendlə bağlı icma yaratmaq; hədəf kütlə ilə münasibətlər yaratmaq; reklam, müsabiqə və promosyonlarla brend şüurunu formalaşdırmaq; mövcud və ya yeni məhsulla bağlı araşdırma aparmaq; işçi işə almaq və s. mümkündür. Bu platformalar həm müştərilərlə, həm də işçilərlə gözəl ünsiyyət alətləridir.

Bütün bu məqsədlərə çatmaq üçün isə kiçik biznes düzgün sosial mediya strategiyası müəyyənləşdirməli və onu addım-addım həyata keçirməlidir. Bəs sosial mediya strategiyası necə olmalıdır?

Kiçik Biznes üçün Sosial Mediya Strategiyası Necə Olmalıdır?

Sosial mediya strategiyası marketinq hədəflərinizə çatmaq üçün sosial mediya kanallarından (Facebook, Instagram, Twitter və YouTube) istifadənin bütün təfərrüatlarından ibarətdir. Bura kanalların siyahısı, hədəf kütlə, məzmun təqvimi, ictimayyətlə əlaqə üsulları və s. daxildir.

Sosial mediya hesablarınızda hər hansı bir dəyişiklik və ya yeniləmə etməzdən əvvəl şirkətinizin sosial mediya strategiyasına nəzər salmalısınız. Unutmayın ki, onun vasitəsilə şirkətinizi inkişaf etdirə və ya tam tərsinə zərər verə bilərsiniz.

Belə ki, sosial mediya brendlərin hədəf kütləsi ilə əlaqə saxlaması və müasir dünyada aktuallığını qorumasının bir yoludur. Sosial şəbəkə təkcə insanların bir-biri ilə qarşılıqlı əlaqəsini deyil, həm də biznesin necə işlədiyinə təsir edir.

Kiçik biznes üçün sosial mediya strategiyası aşağıdakı elementləri ehtiva etməlidir:

  • Dəqiq biznes məqsəd;
  • Hədəf kütlə;
  • Gözlənilən nəticə;
  • Fəaliyyət planı;
  • Planın icra qrafiki;
  • Biznesinizə uyğun sosial mediya kanalları;
  • Biznesinizə uyğun analitik alətlər;
  • Sosial mediya idarəetmə alətləri.

Solvemark Kiçik Sahibkarlara SMM-də Necə Kömək Edə Bilər?y

 

Solvemark Kiçik Sahibkarlara SMM-də Necə Kömək Edə Bilər

Rəqəmsal marketinqdə 8 illik təcrübəyə malik Solvemark şirkəti kiçik sahibkarlara sosial mediya marketinqinin bütün sahələrində yardım etməyə hazırdır. Peşəkar komandamız əvvəl biznesiniz üçün uyğun olan effektiv sosial mediya strategiyasından başlayacaq. Bunun üçün isə biznesinizlə bağlı ətraflı məlumata ehtiyacımız olacaq.

Biznes məqsədləriniz, hədəf kütləniz, fəaliyyət sahəniz, bazardakı ümumi vəziyyət və rəqibləriniz haqqında ətraflı məlumat toplayacaq. Bu məlumatlar əsasında təfərrüatlı bir sosial mediya strategiyası və bu strategiyanın həyata keçirilməsi üçün fəaliyyət planı hazırlayacağıq.

Hesab yaratmaqdan tutmuş hesab idarəetməsinə qədər, reklam kampaniyalarının hazırlanmasından həyata keçirilməsinə qədər, marketinq əməliyyatlarının təhlil və hesabatına qədər bütün prosesləri addım-addım icrasını öhdəmizə götürürük.

Yox, sosial mediya marketinqinin sizin biznesinizə uyğun olub-olmadığına və ya bizim bhu sahədə sizə dəstək ola biləcəyimizə əmin deyilsinizsə, pulsuz SMM Məsləhət Xidmətimizdən istifadə edə bilərsiniz. Bunun üçün sadəcə müvafiq formanı doldurmanız kifayətdir. Əməkdaşlarımız sizinlə əlaqə saxlayacaq.

İndi tərəddüd vaxtı deyil, sosial mediya vaxtıdır. Sosial mediya marketinqi ilə işinizi böyütmək üçün fürsətdən istifadə edin! Solvemark ilə hər iş asandır!

Qeyd: Sosial mediya marketinqi ilə bağlı ətraflı məlumat üçün Sosial Mediya Marketinqi üçün Tam Bələdçi30 Gündə Sosial Mediya Marketinq StrategiyasıBrendiniz üçün 7 Addımda Uğurlu SMM StrategiyasıMüştərilərinizi və Satışlarınızı Artırmaq üçün Sosial Mediyadan 7 İstifadə Yolu yazılarına nəzər sala bilərsiniz.

 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir