Kiçik Biznes üçün 7 Faydalı Onlayn Alət

Kiçik Biznes üçün 7 Faydalı Onlayn Alət | Solvemark

Müasir dövrdə kiçik bizneslər daha yüksək keyfiyyətli iş ortaya qoymaq və rəqiblərindən fərqlənmək üçün onlayn alətlərdən istifadə etməkdədir. İnternetdə rəqəmsal marketinq, analitika, idarəetmə kimi məsələlərdə köməyinizə çatacaq bir çox pulsuz və ya ucuz alət var. Bu yazıda 7 onlayn alətin faydasından və xüsusiyyətlərindən bəhs ediləcək.

Kiçik Biznes Niyə Müxtəlif Onlayn Alətlərdən İstifadə Etməlidir?

Hazırkı texnologiya dövründə kiçik və hətta böyük biznes sahibleri rəqiblərdən geri qalmamaq və fəaliyyət sahənizdə irəliləmək üçün onlayn alətlərdən istifadə edirlər. Onlayn alətlərdən istifadənin müxtəlif səbəbi var. Bu səbəb istifadə etdiyiniz alətin növünə bağlıdır. Belə ki, bu onlayn alətləri təhlil, optimallaşdırma, sosial mediya idarəetməsi, eletron marketinq, dizayn, əlaqə və layihə idarəetməsi məqsədilə işlətmək mümkündür.

Analitik alətlər. Analitik alətlərdən istifadə edərək vebsaytınızın məhsuldarlığını müəyyənləşdirə, çatızmazlıqları aradan qaldıra bilərsiniz. Sayt ziyarətçilərinin davranışlarını təhlil edərək vebsaytınızın optimallaşdırılması və ümumiyyətlə rəqəmsal marketinq strategiyalarınızın təkmilləşdirilməsi ilə bağlı daha doğru qərarlar verə bilərsiniz. Analiz nəticələrinə əsasən müştəri xidmətləri və məzmun marketinqində dəyişikliklər edə bilərsiniz.

Optimallaşdırma alətləri. Optimallaşdırılma alətləri ilə vebsaytınızı təkmilləşdirərək onun axtarış nəticələrində üst sıralarda çıxmasını təmin edə bilərsiniz. Bu alətlər vasitəsilə geri bağlantıları izləmək, açar sözləri təhlil etmək, daha optimal məzmun hazırlamaq və vebsaytınızın Google reytinqini yüksəltmək mümkündür. Bir sözlə, optimallaşdırma alətləri sayəsində biznesin onlayn mövcudluğunu artırmaq olar ki, bu da hazırkı dövrdə daha çox müştəri və qazanc deməkdir.

Sosial mediya idarəetmə alətləri. Sosial mediya idarəetmə alətləri sosial mediya kanallarındakı hesablarınızı idarə etməyə kömək edir. Eyni zamanda, bu alətlər sosial mediya paylaşmalarını planlaşdırmağa, izləməyə və təhlil etməyə imkan verir. Sadəcə sosial mediya mütəxəssisləri deyil, marketinq, ictimayyətlə əlaqələr və insan resurları işçiləri də bu alətlərdən faydalana bilərlər.

Elektron marketinq alətləri. Elektron marketinq alətləri elektron poçt vasitəsilə həyata keçirələn marketinq əməliyyatlarının avtomatlaşdırılmasına xidmət edir. Bu alətlər e-poçt marketinq kampaniyaları yaratmağa, həyata keçirməyə və izləməyə imkan verir. Onların vasitəsilə mövcud və potensial müştərilərin əlaqə məlumatları toplanır və marketinq məqsədilə istifadə edilir.

Dizayn alətləri. İstər vebsaytınız, istər sosial mediya hesablarınızdakı məzmunuz üçün vizuallara ehtiyacınız var. Kifayyət qədər resursa malik deyilsinizsə, onlayn dizayn alətlərindən istifadə edərək vəziyyətdən çıxa bilərsiniz.

Əlaqə alətləri. Əlaqə alətləri xüsusilə uzaqdan iş modelini tətbiq edən bizneslər üçün əvəzolunmazdır. İş prosesini asanlaşdırmaq və optimallaşdırmaq üçün bu alətlərdən istifadə etmək olar. Komanda üzvləri ilə əlaqə saxlamaq və hətta iclaslar təşkil etmək üçün mükəmməl yoldur.

Layihə idarəetmə alətləri. Bu alətlər uzaqdan işləyən böyük və kiçik komandalar üçün ideal seçimdir. Layihə idarəetmə alətləri layihələrin planlaşdırılması, həyata keçirilməsi və irəliləmə prosesinin izlənməsi üçün uyğundur.

Bir sözlə, onlayn alətlər biznesin iş prosesinin asanlaşdırılmasına və daha yüksək nəticə əldə edilməsinə xidmət edir. Yuxarıda sadalanan üstün cəhətlərinə əlavə olaraq, bu onlayn vasitələr məhsuldarlığı və səməriliyi artırarkən sahibkarlara vaxta və pula qənaət etməyə də  imkan verir.

Kiçik Biznes üçün Hansı Onlayn Alətlər Var?

Hazırda bizneslər üçün bir çox faydalı onlayn alətlər mövcuddur. Ancaq burda ən populyar olan yeddi onlayn aləti sizin üçün ələ alacağıq. Bu alətlər ya pulsuz ya da çox uyğun qiymətədir. Eyni zamanda, burda bəhs edəcəyimiz alətlərin istifadəsi də çox asandır.

  1. Google Analitycs. Google Analitycs vebsaytınızda gedən bütün proseslər haqqında atraflı məlumat (trafik, PPC, ziyarətçilərin sayı və sayta qalma müddəti, ən çox ziyarət edilən səhifələr və s.) verən və rəqəmsal marketinq strategiyanızı qurmağa xidmət edən pulsuz alətdir. Əsas xüsusiyyətləri: hesabat hazırlama, qıf analizi (funnel analysis), teq idarəetməsi (tag management) və inteqrasiya.
  2. Ahrefs. Ahrefs vebsaytınız haqqında daha dərin məlumat əldə etməyə, biznesinizlə bağlı Google axtarış nəticələrini yoxlamağa, istifadəçilərin maraqlandıqları mövzuları müəyyənləşdirməyə kömək edən pullu və pulsuz versiyalara malik alətdir. Bu alətin təmin etdiyi məlumatlar əsasında hədəf kütlənizə uyğun açar sözlərlə məzmun yarada, marketinq strategiyanızı tənzimləyə və Google reytinqinizi yüksəldə bilərsiniz. Əsas xüsusiyyətləri: məlumat toplama, təhlil, açar sözlərin müəyyənləşdirilməsi və optimallaşdırma.
  3. Hootsuite. Hootsuite Facebook, Instagram, TikTok, Youtube, LinkedIn, Pinterest və digər sosial mediya kanallarındakı kampaniyalarınızı idarə və təhlil etməyə xidmət edən ödənişli alətdir. Bu alət həmçinin, paylaşmalarınızı əvvəlcədən planlaşdırmağa, şirkətinizlə bağlı rəylərə cavab verməyə, daha çox istifadəçiyə çatmağa imkan verir. Əsas xüsusiyyətləri: dərc etmə, qarşılıqlı əlaqə, izləmə, reklam vermə və analiz.
  4. Mailchimp. Mailchimp müştərilər və biznesinizlə əlaqədar digər tərəflərlə əlaqə qurmaq üçün pullu və pulsuz versiyaları olan onlayn alətdir. Bu alət vasitəsilə əlaqə məlumatlarının idarə edilməsi, e-poçt marketinq kampaniyalarınızın təşkili və nəticələrin təhlili mümkündür. Bundan əlavə, alət sizə elektron marketinq mövzusunda fərdi məsləhət də verə bilər. Əsas xüsusiyyətləri: hədəf kültənin idarə edilməsi, yaradıcı alətlər (məzmunla bağlı), marketinqin avtomatlaşdırılması, hesabat və analiz.
  5. Canva. Canva keyfiyyətli vizuallar yaratmağa imkan verən pullu və pulsuz versiyaları olan alətdir. İstifadəsi çox asan və rahatdır. Bu alət vasitəsilə vebsaytınız, elektron məktublarınız və sosial mediya paylaşmalarınız üçün qısa vaxtda gözəl vizuallar hazırlaya bilərsiniz. Əsas xüsusiyyətləri: kollaj hazırlama, montaj etmə, müsiqi əlavə etmə və format dəyişdirmə.
  6. Slack. Slack daxili və xarici tərəflər ilə əlaqə qurmağa, məktub və digər fayllar göndərməyə, video konfranslar keçirməyə imkan verən pullu və pulsuz versiyalara malik alətdir. Bu alət, xüsusilə uzaqdan işləyənlər üçün çox rahat və uyğundur. Alətin vaxt izləyiciləri və layihə idarəetmə vasitəsi kimi bir çox inteqrasiyası, eləcə də mobil tətbiqi var.
  7. Trello. Trello ən yaxşı biznes alətlərindən biridir. Bu alət dünyanın fərqli yerlərində olan əməkdaşlarınızla işləməyə imkan verən pullu və pulsuz versiyalara malikdir. Onun vasitəsilə tapşırıqlar yarada, tapşırıqlarla bağlı komanda üzvləri arasında iş paylaşması edə və tapşırıqların icra edilmə prosesini izləyə bilərsiniz.

Onlayn Biznes Alətlərindən Necə İstifadə Etmək Olar?

Yazıda ələ alınan alətlər istifadədə olan onlayn alətlərin yalnız bir qismidir. Bunların bəziləri pulsuz, bəzilərinin isə pullu və pulsuz versiyaları var. Əslində bu alətlərdən ödəniş etmədən istifadə edə bilərsiniz, amma daha qabaqcıl xüsusiyyətlərə malik versiyalarını işlətmək istəyirsinizsə, müəyyən məbləğdə ödəniş etməlisiniz.

Onlayn biznes alətləri işlətmək üçün əlavə bacarığa və biliyə ehtiyac yoxdur. Onların istifadəsi çox asandır. Sizdən tələb olunan sadəcə internetə bağlanmış kompüter və ya ağıllı mobil cihazdır. İşinizi daha düzgün təşkil və idarə etmək istəyirsinizsə, burdakı alətlərdən istifadə etməyi gözardı etməyin!

Qeyd: Biznesin inkişafı ilə bağlı daha ətraflı məlumat üçün Necə Evdən İş Qurmaq və Pul Qazanmaq Olar?Google Ads Reklamları üçün Ən Təsirli Məsləhətlər,  Müştərilərinizi və Satışlarınızı Artırmaq üçün Sosial Mediyadan 7 İstifadə Yolu yazılarına nəzər salın. 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir