Instagram marketinqi vizuallığın vacib olduğu fəaliyyət sahələri üçün ən populyar sosial media marketinqi növlərindən biridir. Bu yazımızda Instagram marketinqinin əhəmiyyəti, Instagram marketinq strategiyası və mövzuyla bağlı faydalı məsləhətlər ələ alınıb.
Instagram Marketinqinin Əhəmiyyəti
Instagram istifadəçilərə öz şəkillərini və videolarını (vizual məzmunu) paylaşmağa imkan verən sosial media platformasıdır. 2010-cu ilin oktyabrında Kevin Systrom və Mike Krieger tərəfindən yaradılmışdır.
İstifadəçilər arasında qazandığı populyarlıq sayəsində Instagram məşhur brendlərin marketinq alətinə çevrilmişdir. Belə ki, hazırda bu platformanın 1 mlrd. fəal izləyici kütləsi var, bunun 90%-i brendləri təqib edir. 2 milyondan çox biznes bu sosial media kanalı vasitəsilə insanlarla əlaqə qurur. Çünki Instagram marketinqi brend məlumatlılığını artırmaya və məhsul/xidməti tanıtmaya imkan verən ən təsirli sosial media marketinq vasitələrindən biridir.
Filtrlər, hekayələr və hashtaglar kimi unikal xüsusiyyətləri ilə Instagram marketinqi brendlərə izləyici kütləsini artırmaya, mövcud və potensial müştərilərlə səmimi əlaqə qurmaya və məhsul/xidməti bu kütlə arasında dostcasına təşviq etməyə kömək edir.
Instagram Marketinq Strategiyası
Instagram marketinqindən səmərəli şəkildə faydalanmaq üçün ilk növbədə strategiya hazırlamaq lazımdır. Bu strategiya sizin üçün sosial media marketinqi baxımından bir yol xəritəsi olmalıdır. Yəni nəyi necə və nə üçün etdiyinizi, eləcə də nəyi dəyişdirməli olduğunuzu göstərməlidir.
Istagram strategiyası hazırlamaq üçün atılmalı olan 6 əsas addım:
- Instagram ilə bağlı məqsədləri müəyyənləşdirin. Instagram-dan istifadə məqsədiniz nədir? İzləyici kütləsini artırmaq, satış etmək və s.
- Instagram hədəf auditoriyanızı müəyyənləşdirin. Auditoriyanız kimdir? Yaş, yer, cinsiyət, gəlir, maraqlar və ağrı nöqtələri kimi amillər.
- Rəqib təhlili aparın. Rəqiblərinizin hesablarını araşdırın. Nə paylaşırlar, necə paylaşırlar, hansı heşteqlərdən istifadə edirlər?
- Məzmun təqvimi hazırlayın. Bir ay ərzində hansı mövzuları, hansı formatlarda, hansı tezlikdə, hansı heşteqlərlə paylaşacaqsınız.
- Güclü brend şəxsiyyəti yaradın. Bunun üçün brend dəyərlərinizi müəyyənləşdirin və onlara sadiq qalın. Brendinizin bu dəyərlərlə tanınmasını təmin edin.
- İzləyici kütləsini artırın. Aydın və yaddaqalan istifadəçi adı seçin. Bioqrafiyanızı uyğun şəkildə yazın. İnsanların sizi axtarıb tapmasını asanlaşdırın. Fəaliyyət sahənizlə əlaqəli olan hesabları təqib edin, nüfuzlu şəxslərin (influencers) xidmətindən istifadə edin.
Instagram Marketinqi üçün Ən Yaxşı Tətbiqlər
Instagram-ın imkanlarından düzgün şəkildə istifadə etmək üçün məzmun yaratmaya diqqət edilməlidir. Instagram postlarınızda cəlbedici və əlaqədar məzmun yaratmağa çalışmalısınız. Bundan əlavə, post cədvəlinizə uyğun davranmalı və bazarda trend olan heşteqlərdən istifadə etməlisiniz.
Məzmun vasitəsilə brendizin, məhsul və ya xidmətinizin hekayəsini rəvayət edə bilərsiniz. Məsələn, paltar istehsal edən müəssisəysəniz reels ilə bu paltarların necə tikildiyini izləyicilərinizə göstərək və ya story ilə dəbli geyinməyin sirrlərini nümayiş etdirə bilərsiniz. Bütün IG formatlarındakı etiketləmə xüsussiyəti ilə məhsulunuzu sərgiləyə bilərsiniz.
Instagram marketinqi və qarşılıqlı əlaqənin artırılması üçün Hootsuite, Buffer və Sprout Social kimi bir çox vasitə var. Bu alətlər geniş miqyasda imkanlar ilə problemsiz məzmun yaratmağınıza kömək edə bilər.
Instagram-da Vizual Məzmun Marketinqi
Vizual məzmun marketinqi auditoriya ilə əlaqə qurmağın məşhur üsuluna çevrilir. Vizual məzmun marketinqi auditoriyanızı cəlb etməyin effektiv yoludur. O, brend məlumatlılığı, müştəri cəlb edilməsi və potensialın yaradılması da daxil olmaqla bir çox fərqli məqsədlər üçün istifadə edilə bilər.
Vizual məzmuna şəkil, video, reels, story kimi formatlar daxildir. Bu formatlar məhsul/xidməti reklam etməkdən çox şirkətinizin korporativ mədəniyyətini, dəyərlərini əks etdirməyə çalışın. Komanda üzvlərinizin həyat tərzi, iş həyatı, iş prosesinin pərdə arxası səhnələrini izləyicilərinizə göstərin. Bu kadrlarla hədəf auditoriyada etibar hissi yaratmış olarsınız.
Instagram Hekayələri ilə Onlayn Mövcudluğunuzu Artırmağın 5 Yolu
Instagram varlığınızı necə artıra bilərsiniz? Bunu etmək üçün bir çox yol var və onlardan biri Instagram hekayələri paylaşmaqdır. Instagram hekayələri ilə onlayn mövcudluğunuzu artirmağin 5 yolu:
- Hekayələrinizə daha çox video yerləşdirin: Videolar izləyicilərinizlə güclü münasibət qurmaq üçün əla yoldur.
- Emojilərdən istifadə edin: Emojilər hekayənizə şəxsiyyət əlavə etmək üçün əla yoldur.
- Hekayənizdə başqalarını tag edin. Hekayədə başqalarını tag etdirərək onları paylaşdığınız məzmunu baxmaya və şərh etməyə sövq edin.
- İnstaqramdan çarxları paylaşın: Hekayənin bir hissəsi kimi Instagram-dan çarxları paylaşa bilərsiniz.
- Şərhlər bölməsində sual verin və hekayəniz haqqında rəy alın!
Düzgün Instagram marketinqinin təşkili üçün hədəf auditoriyanızın nə axtardığını başa düşmək vacibdir. İnstaqram-da uğur qazanmaq istəyirsinizsə, bu məsləhətlərdən və tövsiyələrdən istifadə edin. Yox, buna səriştəniz və vaxtınız yoxdursa, Solvemark-ın peşəkar komandasına müraciət edin.
Sosial media marketinqi haqqında ətraflı məlumat əldə etmək üçün bizim TikTok Marketinqi Üçün Faydalı Məsləhətlər (2022), Sosial Media Üçün Tam Bələdçi (2022) və 30 Gündə Sosial media Marketinq Strategiyası yazılarımızı oxuya bilərsiniz.
Bu bloq yazısı üçün Həmtəsisçimiz Azər Şirinova təşəkkür edirik.
Mənbə:
https://www.hubspot.com/instagram-marketing
https://business.instagram.com/blog/instagram-trends-report-small-businesses-2022