Həssas Veb Dizaynı Üçün Bələdçi

Həssas Veb Dizaynı Üçün Bələdçi (2022) | Solvemark

Müxtəlif rəqəmsal alətlərin, xüsusilə də ağıllı telefonların ortaya çıxması ilə həssas veb dizaynına ehtiyac artmaqdadır. Rəqiblərdən geri qalmamaya çalışan fərdlər və şirkətlər bu mövzuya daha çox maraq göstərməyə başlayıblar. Bu yazımızda sizə həssas veb dizaynı üçün bələdçi təqdim edirik.

Həssas Veb Dizaynı Nədir?

Həssas (responsive) veb dizaynı vebsaytlara kompüter, mobil və planşet daxil olmaqla müxtəlif cihazlarda baxmağa imkan verən bir dizayn üsuludur. Bu dizayn ilə vebsayt ekran ölçüsündən asılı olaraq öz tərtibatını və məzmununu dəyişir. Saytdakı şrift ölçüsü və mətin avtomatik olaraq  hər istifadəçinin cihazına uyğun tənzimlənir.

Həssas veb dizaynına görə tərtib edilmiş saytda hər bir ekrana uyğun ayrı HTML-a (Hyper Text Markup Language – Hiper Mətn İşarələmə Dili) ehtiyac yoxdur. CSS (Cascading Style Sheets – Cascad Üslub Cədvəlləri) ilə tək HTML-dən istifadə edərək saytınız bütün ekran növlərinə uyğun tənzimlənə bilər. Digər bur yol isə CMS-dən (məzmun idarəetmə sistemi) istifadə etməkdir.

Həssas Veb Dizaynı Niyə Lazımdır?

Həssas veb dizayn vebsaytların müxtəlif ekran ölçülərinə uyğunlaşmasına imkan verən dizayn yanaşmasıdır. İstər şəxsi, istər korporativ vebsaytların hazırlanmasında həssas dizayn böyük əhəmiyyət daşıyır, çünki onun istifadəçi təcrübəsinə və çevrilmə nisbətinə əvəzedilməz təsiri var.

Həssas veb dizaynı ilə hazırlanmış biznes vebsaytları daha çox müştəri cəlb etməyə, çevrilmə nisbətini artırmağa və şirkətin imicini yaxşılaşdırmağa kömək edir. İstifadəçi dostu olan bu dizayn növü sayt sahiblərinə bir çox üstünlüklər təmin edir:

  • Xərcə qənaət. Kompüter, mobil cihaz, planşet istifadəçiləri üçün ayrı-ayrı vebsayt hazırlamağa ehtiyac yoxdur. Həssas veb dizaynı ilə bir saytla kifayətlənərək pulunuza qənaət etmiş olursunuz.
  • Çeviklik. Bu dizayn sayəsində hər bir cihaz üçün ayrıca dizayna ehtiyac yoxdur. Vebsaytınız istifadəçiyə görə avtomatik olaraq xüsusiyyətləri tənzimləyir.
  • Qabaqcıl istifadəçi təcrübəsi. Həssas vebsayt istifadəçilərinizə peşəkar görünüş və yüksək faydalılıqla bənzərsiz təcrübə yaşadacaq. Nəticədə istifadəçilər saytınızda daha çox vaxt keçirəcək və siz də daha çox gəlir əldə etmiş olacaqsınz.
  • SEO üstünlüyü. Google alqoritminə görə mobil uyğunluq vebsaytların reytinqi faktorudur. Yəni həssas vebsayt şirkətinizin axtarış sistemlərində üst sıralara çıxmasına kömək edir.

Mobilə Uyğun Vebsaytların Faydası

Vebsaytınızın mobilə uyğun dizayn edilməsi şirkətiniz üçün ən önəmli məsələlərdən biridir. Hesablamalar görə dünyada 7,8 milyard insan yaşadığı halda, bunların təxminən 7 milyardı mobil cihaz istifadəçisidir. İstehlakçıların 40%-i alış-veriş etməzdən əvvəl araşdırma aparmaq üçün mobil cihazdan istifadə edir. Bunun veb istifadəsinə təsirini isə aşağıdakı kimi ümumiləşdirmək olar:

1) İnsanların telefonlarından saytınıza daxil olmalarını asanlaşdırmaqla, vebsaytınızın görünməsini artıra və daha çox müştəri qazana bilərsiniz.

2) İstifadəçilər mobil telefonları vasitəsilə saytınızda hərəkət etdikcə istifadəçi təcrübəsini təkmilləşdirə bilərsiniz.

Bir sözlə, bu dizayn onlayn mövcudluğunuzu artırmaq və rəqibləriniz üzərində üstünlük əldə etməklə bazarda irəliləməyə kömək edir.

Effektiv Mobil Vebsayt Çevrilmə Strategiyasının 5 Mərhələsi

Mobil istifadəçiləri seqmentləşdirməyin və hədəf almağın bir çox yolu olsa da, effektiv mobil vebsayt çevrilmə strategiyasının müxtəlif mərhələlərini başa düşmək vacibdir.

Aşağıda effektiv mobil vebsayt çevrilmə strategiyasının 5 mərhələsi qeyd olunub:

Mərhələ 1: Mənim auditoriyam kimdən ibarətdir?

Mərhələ 2: Məqsədim nədir?

Mərhələ 3: Hansı növ məzmun yaratmalıyam?

Mərhələ 4: Məzmunumu necə redaktə edə bilərəm?

Mərhələ 5: Çevrilmələri necə optimallaşdıra bilərəm?

Proqramlaşdırma Biliyi Olmadan Saytınızı Necə Mobile Uyğunlaşdıra Bilərsiniz?

Bir çox vebsaytlar mobil cihazlar üçün əlçatan deyil. Bunun ən böyük səbəblərindən biri uyğunlaşdırma prosesinin proqramlaşdırma biliyi tələb etməsidir. Bununla belə, vebsaytınızı mobile uyğunlaşdırmaq üçün proqramçı olmağa ehtiyac yoxdur. Sadəcə vebsaytların hazırlanması üçün ən populyar dillər olan CSS, HTML və JavaScript haqqında bilmək lazımdır.

Həssas veb dizaynı üçün vebsaytınız CSS ilə hazırlanmalı, sonra “meta-viewpoint” teqi əlavə edilməlidir. Bundan sonra qətnaməyə qərar verilməlidir. Həssas vebsaytlarda 3 ilə 6 arasında qətnamə var. Populyarlıq və faydalılıq baxımından 3 və ya 4 addımlıq qətnaməyi seçmək daha məqsədəuyğundur. Ancaq həssas vebsayt qurmağın daha tez və asan yolu da var. Bu da məzmun idarəetmə sistemindən (CMS) istifadə etməkdir.

CMS kodlaşdırmayı bilmədən vebsayt qurmağa imkan verən bir proqramdır. Bu proqrama eyni zamanda həssas dizaynın təmin edilməsi də daxildir. Ən populyar və asan məzmun idarəetmə sistemi olaraq WordPress-i göstərmək olar. Həssas veb dizaynı və WordPress haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, bizim Həssas Veb Dizaynı ilə Çevrilmə Nisbətini 10 Dəfə Artırın və WordPress Nədir? (WordPress-ə Giriş) yazılarımıza nəzər sala bilərsiniz.

 

Bu bloq yazısı üçün Həmtəsisçimiz Azər Şirinova təşəkkür edirik.

 

Mənbə:

https://www.thinkwithgoogle.com/intl/tr-tr/pazarlama-stratejileri/uygulama-ve-mobil/plusnet-duyarli-web-tasarimi-kullandi-akilli-telefonlar-ve-tabletlerdeki-trafigi-2-kat-ve-satislari-10-kat-artti/

https://blog.hubspot.com/marketing/responsive-web-design 

 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir