Google Reklamlarının Çevrilme Nisbəti

Google Reklamlarının Çevrilmə Nisbətini Necə Artırmaq Olar? (2022) | Solvemark

Google reklamları ilə çevrilmə nisbətini artırıb daha çox satış etmək mümkündür. Google axtarış motorunun dünyanın ən populyar axtarış sistemlərindən biri olduğu və insanların fərqli ehtiyaclarını qarşılamaq üçün bu alətdən istifadə etdiyini nəzərə alsaq, Google Ads ilə satışlarınızı artırmaq sizin əlinizdədir. Google reklamları nədir, hansı reklam kampaniyaları var, çevrilmə nisbətini necə artırmaq olar, reklam kampaniyalarını necə izləmək olar kimi suallara cavab tapmaq üçün yazımızı oxuyun.

Google Reklamları Nədir? Necə İşləyir?

Google reklamları məhsul və ya xidmətlərinizlə bağlı internetdə axtarış aparan insanları cəlb etməyin effektiv yoludur, çünki bu axtarış sistemi istifadəçilər arasında ən populyar axtarış sistemlərindən biridir. Bu reklamlar vasitəsilə vebsaytınızın trafikini və müştərilərinizin sayını artıra bilərsiniz. Bu reklam növü 2000-ci ilin Oktyabrında yaradılmış Google Ads reklam platforması vasitəsilə verilməkdədir.

Pay Per Click (PPC) – Klik Başına Ödəmə modeli əsasında işləyən bir marketinq kanalı olan Google Ads platforması hədəf auditoriya üçün reklam yaratmağa və paylaşmağa imkan verir. Potensial müştərilər Google axtarış sistemində, Google Xəritədə, Youtube-da və ya Google Play-da məhsul və ya xidmətinizlə əlaqəli axtarış apardıqları anda reklamınız axtarış motoru nəticələr səhifəsində (SERP) görünəcək.

Google Ads platforması bizneslərə istehlakçı səyahətininin hər mərhələsində istifadəçilərlə əlaqə saxlamağa kömək etmək üçün inkişaf etdirilib. İndi bizneslər və marketoloqlar reklam mesajlarını istehlakçılara müxtəlif kanallar, ekranlar və formatlar vasitəsilə çatdıra bilirlər. Ən vacibi isə reklamlar məhz məhsul və ya xidmətinizlə maraqlanan kütləyə göstərilir ki, bu da satış imkanınızı dəfələrlə artırır.

Google Reklam Kampaniyalarının Hansı Növləri Var?

Google Ads biznesiniz üçün reklam yaratmağa və onu müəyyən parametrlərə (demoqrafiya, məkan, maraqlar və s.) əsasən hədəf auditoriyanıza göstərməyə imkan verir. Bundan başqa, bu alət biznesinizin ehtiyacına uyğun reklam kampaniyası seçmək fürsəti verir. Bunlar axtarış (search), ekran (display) və video reklamlarıdır.

Axtarış reklamları Google nəticələr səhifəsində göstərilən mətn reklamlarıdır. Bu reklam kampanıyası xüsusi məhsul və ya xidmətləri axtaran istifadəçiləri hədəfləmək üçün daha uyğundur.

Ekran reklamları adətən şəklə əsaslanır və Google Display şəbəkəsi daxilindəki veb səhifələrdə göstərilir. Bu kampaniya növü vebsaytları və ya proqramları gözdən keçirən istifadəçiləri hədəfləmək üçün istifadə olunur.

Video reklamları 6 saniyə ilə 15 saniyə arasında çəkir və Youtube-da görünür. Bu kampaniyanın çevrilmə nisbəti daha yüksəkdir, çünki istifadəçilərə məhsul və ya xidmətin təsirini göstərir.

Google Reklamlarının Çevrilmə Nisbətini Artırmaq Üçün Tədbirlər

Google reklamının çevrilmə nisbəti onlayn bizneslər üçün ən vacib göstəricilərdən biridir. Bu göstərici reklamı kliklədikdən sonra alış-veriş edən və ya digər gözlənilən hərəkəti edən insanların faizidir. Bir sözlə, çevrilmə nisbəti, reklamdan əldə edilən nəticədir. Bu göstəricini artırmaq üçün bir çox lazımi yaxşılaşdırma tədbirləri var.

  1. Uyğun reklam növünün seçilməsi. Effektiv reklam yaratmaq üçün ilk addım satmaq istədiyiniz məhsula uyğun reklam növünü seçməkdir. Təbii, müştərilərə çatdırmaq istədiyiniz mesajı, vaxt və büdcə məsələlərini də unutmamaq lazımdır.

  2. Aydın bir hərəkətə çağırışın (CTA) olması. Reklamınıza mütləq aydın bir hərəkətə çağırış daxil etməlisiniz. Reklamınızı klikləyən hər kəs bundan sonra nə edəcəyini bilməlidir.

  3. Müştərilərin axtardıqlarını tapması asan olmalıdır. Reklamınızda müvafiq açar sözlər və təsviri mətndən istifadə edərək müştərilərin istədiklərini tapmasını asanlaşdıra bilərsiniz. Geniş açar sözlərdən qaçının yoxsa Google reklamınızı səhv auditoriyanın qarşısına çıxara bilər.

  4. Cəlbedici şəkillərin olması. Reklamınızda istifadə etdiyiniz cəlbedici şəkillər izləyiciləri vebsaytınıza cəlb etməyə kömək edə bilər.

  5. Vebsaytınızın mobilə uyğun dizayn edilməsi. Mobil cihazlar üçün optimallaşdırılmış dizayn istifadəçilərin vebsaytınızdakı səyahətini asanlaşdırır, Google Ads-da daha yüksək yer tutmanıza kömək edir və nəticədə çevrilmə nisbətini yüksəldir.

  6. Google Adwords redaktorundan istifadə edilməli. Yeni kampaniya yaratmaq və ya mövcud olanı redaktə etmək üçün ən mükəmməl alət Google Adwords redaktorudur.

Uğurlu Google Adwords Kampaniyalarını Necə İzləmək Olar?

Google Ads Campaign Tracker (Google Reklam Kampaniyaları İzləyicisi) – rəqəmsal marketinqlə məşğul olan bütün internet marketoloqlar üçün ən uyğun alətdir. Bu alət sizə aşağıdakı meyarları izləməyə imkan verəcək:

  1. Google axtarış motoru nəticələr səhifəsində (SERP) açar sözlərin mövqeyini;
  2. Axtarış nəticələrində reklamınıza edilən kliklərin sayını;
  3. Hər bir açar sözü üçün Klik Başına Dəyəri (CPC) və Min Təəssürat Başına Dəyəri (CPM);
  4. Rəqiblərinizin reklamlarını və açar sözlərini;
  5. Reklamlarınızın çevrilmə sayını.

Pulsuz Google Reklam Məsləhəti

Google reklamlarından faydalanaraq rəqiblərinizi qabaqlayıb satışlarınızı artırmaq istəyirsinizsə, Solvemark-ın reklam xidmətinə müraciət edə bilərsiniz. Pulsuz Google Reklam Məsləhəti alıb ehtiyaclarınızı müəyyənləşdirə və sizə uyğun reklam təklifləri ala bilərsiniz. Bunun üçün sadəcə müvafiq formamızı doldurmanız kifayətdir.
Əməkdaşlarımız müraciətinizi qısa bir zamanda qiymətləndirib sizinlə əlaqə saxlayacaqlar. Ehtiyacınıza uyğun olaraq açar sözlərinin tədqiqi və təhlili aparılacaq, reklam metnləri və digər elementləri hazırlanacaq, reklam kampaniyalarınız yaradılacaq, reklamlarınızın təhlili və optimallaşdırılması aparılacaq. Solvemark ilə hər iş asandır!
Mövzuyla əlaqədar daha ətraflı məlumat üçün bizim Google Ads Reklamları Üçün Ən Təsirli MəsləhətlərFacebook və Instagram Reklamlarından Necə İstifadə Edə Bilərsiniz? yazılarımızı oxuya bilərsiniz.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir