Facebook və Instagram Reklamları

Facebook və Instagram Reklamlarından Necə İstifadə Edə Bilərsiniz? (2022) | Solvemark

Facebook və Instagram reklamları ilə biznesinizi inkişaf etdirə bilərsiniz. Minlərlə şirkət sosial media reklamlarından istifadə edərək gəlirini artıqmaqdadır. Bunun üçün yazımızı oxuyub müvafiq məsləhətlərə riayət etmək kafidir.

Facebook Reklamlarının Əhəmiyyəti Nədir?

Facebook milyardlarla istifadəçisi olan nəhəng sosial şəbəkədir. Bu şəbəkə məhsul və ya xidmətinizi reklam etmək üçün mükəmməl bir platformadır. Fəaliyyət sahənizlə maraqlanan insanları hədəf alıb onlara məhsul və ya xidmətinizi satmaq üçün Facebook reklamlarından istifadə edə bilərsiniz. Bunun üçün Facebook Ads (Reklamlar) Meneceri işlətməlisiniz.

Facebook Reklamlar Meneceri marketoloqların FB reklamlarını yaratmaq, idarə etmək və effektivliyini ölçmək üçün istifadə etdiyi pulsuz və asan bir vasitədir. Facebook, reklam verənlərin hədəf aldığı auditoriyaya çatmaq üçün istifadə edə biləcəyi alətlər toplusunu təqdim edir.

Facebook Reklam Menecerinin pulsuz olması, istifadə asanlığı və geniş funskiyalı olması kimi üstünlükləri ilə yanaşı əksiklikləri də var. Bura məhdud hədəfləmə seçimləri və mobil cihazlar üçün reklamları fərdiləşdirməyin çətinliyi daxildir.

Instagram Reklamlarının Əhəmiyyəti Nədir?

Instagram ən populyar sosial şəbəkələrdən biridir. Bu şəbəkə bizneslərə müxtəlif marketinq imkanları təklif edir. Instagram reklamları brend məlulatlılığını və ROİ-ni artırmaq üçün əla bir yoldur. Bu reklamları xüsusi auditoriyaya hədəf almaq, məhsulları tanıtmaq və ya IG-da daha çox izləyici əldə etmək məqsədilə promosyonlar keçirmək üçün istifadə edə bilərsiniz.

Potensial müştəriləri cəlb etmək üçün Instagram reklamlarını coğrafiya, yaş, cins, maraqlar və s. parametrlərə görə təşkil edə bilərsiniz. IG reklamlarında ən vacib məsələ ondan ibarətdir ki, siz ancaq klik olunan reklama görə pul ödəyirsiniz.

Onu da qeyd etmək lazımdır ki, Instagram mobil platformadır, yəni IG reklamları yalnız mobil proqramı və ya vebsaytı olan bizneslər üçün əlçatandır.

Facebook və Instagram Reklamları ilə Brendizi Necə İnkişaf Etdirə Bilərsiniz?

Facebook və Instagram reklamları brendinizi böyütmık üçün əla bir yoldur. Kampaniyazdan maksimum faydalanmaq üçün istifadə edə biləcəyiniz bir çox üsul var. Düzgün marketinq strategiyaları ilə daha geniş auditoriyaya çata və brendinizi inkişaf etdirə bilərsiniz.

Facebook reklamları ilə bağlı düzgün strategiya qurmaq üçün reklam kampaniyanızın məqsədini müəyyənləşdirməlisiniz və ona müvafiq olaraq reklam strategiyası seçməlisiniz: hədəfləmə yoxsa təklif? Əgər müəyyən demoqrafik təbəqədən olan insanların reklamlarınızı görməsini istəyirsinizsə, həmin təbəqələri hədəfləyin. Əgər müəyəən yerlərdən və ya müəyyən maraqları olan insanların reklamlarınızı görməsinizi istəyirsinizsə, əlaqədar açar sözlər üçün təklif verin. Bundan əlavə, çevrilmə məqsədi də təyin edə bilərsiniz, yəni insanlar sizin reklamı klikləyərək müəyyın tapşırığı yerinə yetirsinlər.

Instagram-da uğur qazanmaq üçün hər şeydən əvvəl bir strategiyanızın olması vacibdir. Düzgün IG reklam strategiyası üçün marketinq məqsədinizi nəzərə almalısınız: məlumatlılıq (awareness), nəzərdən keçirmə (considiration) və çevrilmə (conversion). Məsələn, brend məlumatlılığı artırmaq üçün hədəfləmə strategiyasını seçə bilərsiniz.

Strategiyadan başqa, IG reklamları yaratarkən başlıq, heşteqlər və şəkillər kimi bir çox amili nəzərə almaq lazımdır.IG-da paylaşma edərkən bir neçə qaydaya əməl etmək lazımdır:

  • Hərəkətə çağırıştan istifadə edin;
  • Müvafiq heşteqlərdən istifadə edin;
  • Cəlbedici şəkillərdən istifadə edin.

Facebook Reklamları Yoxsa Instagram Reklamları?

Hansı reklam növü daha effektivdir və hansından istifadə etməlisiniz: Facebook reklamları yoxsa Instagram reklamları? Hansı reklam növünə üstünlük verəcəyiniz sizin marketinq məqsədinizdən aslıdır.

Əgər siz hədəf kütlənizə çatmaq istəyirsinizsə, Facebook sizin üçün ən uyğun platformadır, çünki FB-nin istifadəçi sayı daha yüksəkdir. Facebook-un aylıq 2 mlrd.-dan çox aktiv istifadəçisi var. Belə bir auditoriyaya ilə FB, məhsul və ya xidmətinizi reklam etmək və hədəf bazarınıza çatmaq üçün mükəmməl bir sosial media platformasıdır.

Əgər izləyicilərnizlə daha çox şəxsi əlaqə qurmaq istəyirsinizsə, Instagram-ın reklam platformasını seçmək daha münasibdir, çünki IG birbaşa telefonuzdan şəkil və videolar paylaşmağa imkan verir. Instagram qarşılıqlı əlaqənin ən yüksək səviyyədə olduğu sosial media platformalarından biridir.

Facebook-da İlk Reklamı Necə Vermək Olar?

İlk addım Facebook reklam kampaniyanızı yaratmaqdır. Bunun üçün aşağıdakı addımları atmalısınız:

  1. Facebook Ads-də reklam hesabı açın.
  2. Reklam yaratmağa başlayın.
  3. Yaratmaq istədiyiniz reklamın məqsədini seçin (Brend məlumatlılığı, Əlçatanlıq, Vebsayt trafiki, Proqram quraşdırması, Video baxışlar və s.)
  4. Hədəf kütlənizi seçin (Yer, Yaş, Cins, Dil və s.)
  5. Büdcənizi seçin (Aylıq, Ömürlük) və cədvəlinizi müəyyənləşdirin.
  6. Reklam yaradın (Reklamınızın məqsədəuyğunluğuna diqqət edin, Hədəf auditoriyanız üçün cəlbedici başlıq yazın, Məhsulun qısa, lakin cəlbedici təsvirini yazın).
  7. Reklamınızın performans göstəricilərinə nəzarət edin.
  8. Facebook reklamlarının performansı haqqında hesabat alın.

Instagram-da İlk Reklamı Necə Vermək Olar?

Instagram vizuallığa böyük əhəmiyyət verən platformadır. Ona görə reklamda istifadə edəcəyiniz vizualları diqqətlə seçin. Bundan əlavə Instagram reklamı vermıək üçün Facebook səhifəsindən istifadə etməli olduğunuzu da unutmayın və hesabları bir-birin IG reklamı vermək üçün aşağıdakı addımları atmalısınız:

  1. Reklam Redaktorunu (Ads Manager, Power Editor və Facebook Ads API) seçin və kampaniyanızı yaradın.
  2. Məqsədi seçin (Postlarınızı artırın, İnsanları vebsaytınıza yönəldin, Vebsaytınızın çevrilmə nisbətini artırın və s.).
  3. Hədəf kütlənizi seçin (Yer, Yaş, Cins, Dil və s.)
  4. Reklam platformanızı seçin (Instagram).
  5. Büdcənizi seçin (Aylıq, Ömürlük) və cədvəlinizi müəyyənləşdirin.
  6. Reklamınızı idarə edin: (Reklam şəklinin seçilməsi, Hərəkətə çağırışın əlavə edilməsi, Keçidin əlavə edilməsi və s.).

Facebook ve Instagram reklamları ilə gəlirinizi artırmaq istəyirsinizsə, Solvemark-ın sosial media reklam xidmətlərindən faydalana bilərsiniz. Bunun üçün Ödənişsiz Məsləhət Formasını doldurmanız kifayətdir . Peşəkar komandamız lazımi təhlilləri aparıb  Facebook və Instagram reklamları ilə bağlı sizə uyğun həll təklifləri hazırlasın..

Movzuyla əlaqədar ətraflı məlumat üçün bizim Instagram Marketinqi Üçün Təlimat (2022)Sosial Media Marketinqi Üçün Tam Bələdçi (2022) və 30 Gündə Sosial Media Marketinq Strategiyası yazılarımızı oxuya bilərsiniz.

 

Mənbə: 

https://blog.hubspot.com/marketing/instagram-ads-checklist

https://blog.hubspot.com/marketing/facebook-paid-ad-checklistFacebkifayətdir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir