Son on ildə e-ticarət və ya elektron ticarət sektoru ən populyar sahələrdən birinə çevrilib. Artıq insanlar Elektron ticarət saytları vasitəsilə axtardıqları məhsulları və ya xidmətləri asanlıqla tapa və endirimləri izləyərək uyğun qiymətə ala bilirlər. Bu səbəbdən e-ticarət platformalarına maraq günü-gündən artır. Bu tendensiyadan faydanlanmaq istəyən bir çox insan e-ticarət nədir, necə işləyir, üstünlüyü nədir və hansı növləri var kimi suallara cavab axtarır.
E-ticarət Nədir və Necə İstifadə Olunur ?
E-ticarət, məhsul və/və ya xidmət alqı-satqısının, eləcə də müxtəlif növ əməliyyatların (internet bankçılıq, onlayn bilet satışı, onlayn tur satışı və s.) internetdən həyata keçirilməsidir. Bura alqı-satqı prosesinin bütün mərhələləri daxildir: məhsulun sifarişi, satışı, paylanması, ödənişi və marketinqi. E-ticarət nədir mövzusuna daha da aydınlıq gətirmək üçün e-ticarətin necə işlədiyi və necə istifadə edildiyindən bəhs etmək lazımdır.
Elektron ticarətdən istifadə etmək üçün müştəri satıcının vebsaytına daxil olub bəyəndiyi məhsul və ya xidməti seçir, ödəniş səhifəsində göstərilən hesaba pul köçürdükdən sonra seçtiyi məhsul və ya xidmət müəyyən müddət arzində ünvanına çatdırılır. Yəni sifarişçilər istədikləri yerdə və istədikləri zaman öz kompüterləri, mobil telefonları və rəqəmsal köməkçiləri vasitəsilə bu əməliyyatları reallaşdıra bilirlər. Ancaq yer və zaman məhdudiyyətinin aradan qaldırılması bu ticarət sahəsinin təmin etdiyi üstünlüklərin çox az bir qismidir. Gəlin bu mövzunu daha ətraflı incələyək.
E-ticarətin Üstünlüyü Nədir?
Elektron ticarəti həm istehsalcı/satıcı, həm alıcı üçün cazibədar alış-veriş sahəsinə çevirən bir çox amil var, amma burda əsas olanlardan bəhs edəcəyik. Bu amillər e-ticarət nədir sualı baxımından vacibdir. E-ticarətin əsas üstünlükləri aşağıdakılardır:
– Məkan azadlığı. Satıcı uyğun çatdırılma və ödəniş şərtlərini təmin etdiyi halda məhsul və ya xidmətini dünyanın istənilən nöqtəsinə sata bilər. Eyni zamanda alıcı da dünyanın istənilən yerindən məhsul və ya xidmət satın ala bilər, fiziki bir yerlə məhdudlaşmaq məcburiyyətində qalmaz.
– Qənaət imkanı. İstehsalcı/satıcı onlayn mağaza üçün bir anbar və baş ofislə kifayətlənə bilər yəni ölkənin fərqli yerlərində mağaza açmağa məcbur olmaz. Alıcı isə endirimlər və kampaniyalar sayəsində daha uyğun qiymətə alış-veriş edə bilər.
– Zaman azadlığı. Həm istehsalcı/satıcı, həm alıcı 24/7 saat alqı-satqı əməliyyatı həyata keçirə bilər. Bundan başqa, alıcı mağazaları dolaşmaq üçün vaxt sərf etməz.
– Marketinq imkanı. İstehsalçı/satıcı hədəf auditoriyaya çatmaq üçün böyük miqdarda müştəri datası toplayıb uğurlu marketinq strategiyası quraraq satışlarını artıra və marketinq xərclərinə qənaət edə bilər.
– Sınaqdan keçirmə imkanı. İstehsalcı minimal ilkin investisiya ilə bazarda yeni məhsul, xidmət, brend və layihələri sınaqdan keçirə bilər.
-İnventarın avtomatlaşdırılmış idarə edilməsi. İstehsalcı elektron onlayn alətlərdən və üçüncü tərəf satıcılarından istifadə etməklə inventar idarəetməsini avtomatlaşdıra bilər. Bu yolla inventar və əməliyyat xərclərini azaltmış olar.
E-ticarətin Hansı Növləri Var? Elektron Ticarətin Növləri
İnternetdə ticarət fəaliyyətinin həyata keçirildiyi bir neçə sistem var. Bu sistemlər biznes-istehlakçı yəni satıcı-alıcı münasibətlərinə görə təsnif edilir. Elektron ticarətin əsas növlərini aşağıdakı kimi sıralamaq olar:
– B2B. Biznesdən biznesə (Business to business). Alqı-satqı aməliyyatlarının hər iki tərəfi kommersiya müəssisə və təşkilatlarıdır. Misal üçün, Hubspot və ya Solvemark kimi rəqəmsal xidmət təklif edən şirkət ilə bu xidmətdən istifadə edən şirkət arasında ortaya çıxan onlayn biznez münasibətləri B2B-dir.
– B2C. Biznesdən istehlakçıya (Business to consumer). B2C, elektron ticarətin ən çox istifadə edilən növüdür. Onlayn mağazaların məhsul və ya xidmətlərini internet vasitəsilə satması prosesində ortaya çıxır yəni ənənəvi mağazanın rəqəmsal versiyasıdır.
– C2C. İstehlakçıdan istehlakçıya (Consumer to consumer). C2C e-ticarət növü fərdlər arasında ticarət münasibətlərini nəzərdə tutur. İstehlakçı xüsusi platformalar vasitəsilə istehlakçıya məhsul satır. Misal üçün, eBay.
– B2A. Biznesdən hökumətə (Business to administration). B2A, gənc, amma sürətlə inkişaf edən e-ticarət növüdür. Bu, müxtəlif tenderlər və ya dövlət satınalma xidmətlərinin həyata keçirildiyi bir onlayn ticarət sahəsidir.
– C2A. İstehlakçıdan hökümətə (Consumer to administration). C2A elektron ticarət sistemi istehlakçı ilə hökümət arasındaki əməliyyatları əhatə edir. Misal üçün, onlayn vergi, sığorta, viza əməliyyatları və s.
E-ticarətə Necə Başlamaq Olar?
Elektron ticarət son zamanlar böyük populyarlıq qazandığı üçün rəqabət şərtləri də sərtləşib. Ona görə e-ticarətə başlamaq və bu sahədə uğur qazanmaq üçün əsaslı hazırlıq görmək lazımdır. İlk növbədə elektron ticarət işlərinin idarə edilməsi nəzəriyyəsini öyrənmək lazımdır. Daha sonra aşağıdakı addımlara keçə bilərsiniz:
- Hansı məhsulu satacağınıza qərar verin;
- Domen adınızı və şirkət adınızı müəyyən edin;
- Şirkətinizi yaradın;
- Elektron ticarət infrastrukturunuzu seçin;
- Loqo və digər vizual məsələlərə aydınlıq gətirin;
- Rəqabət səviyyəsini qiymətləndirmək üçün rəqib analizini həyata keçirin;
- Saytınızın dizayn işlərini həll edin;
- İstifadəçi təcrübəsini unutmayın.
Nəticə
E-ticarət nədir mövzuyla bağlı yuxarıda qeyd olunanlara əsasən elektron ticarət bir çox sahədə istifadə edilməkdədir və satıcılar ilə alıcılar arasında nüfuzunun arttığını nəzərə alsaq, gün keçdikcə daha çox sahəni əhatə edəcəkdir. Solvemark e-ticarət sahəsində bir sıra uğurlu layihələrə imza atıb. Siz də elektron ticarət qurmağa qərar versəniz, bizim E-ticarət Saytı xidmətimizdən istifadə edə bilərsiniz.
Mənbə: https://blog.hubspot.com/marketing/internet-marketing