Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Elektron ticarət biznesini inkişaf etdirmək asan deyil. Bunun üçün yazımızda edilməli və edilməməli olanları addım-addım ələ alacağıq. Siz də biznesinizin uğur qazanmasını istəyirsinizsə, biznes plandan məlumat təhlilinə qədər nəzərə alınmalı məsələlərlə tanış olun.
Elektron Ticarət Biznesi üçün Edilməli Olanlar
Elektron ticarət biznesini inkişaf etdirmək üçün edilməli ilk şey bir plan hazırlamaqdır. Ətraflı plan üçün isə marketinq və satış strategiyanızın olduğundan əmin olun, hədəf auditoriyanızı müəyyənləşdirin, araşdırma aparın və əldə edilən məlumatları təhlil edin.
Yaxın bir neçə ay və ya ildə əldə etmək istədiyiniz nailiyyətlər üçün təfərrüatlı plan hazırlamalı, bu məqsədlərə çatmağa kömək edəcək marketinq strategiyası yaratmalı və hədəf auditoriyanızı (sizdən satın alma ehtimalı yüksək olan insanları) tanımalısınız. Onların sizdən hansı məhsul və ya xidmət istədiklərini, ehtiyaclarını anlamaq üçün tədqiqat aparmaq lazımdır.
Araşdırmanın nəticələrini təhlil edərək, marketinq strategiyasının nə qədər effektiv olduğunu görə və beləliklə, lazım olduqda onu təkmilləşdirə bilərsiniz. Bundan əlavə, keyfiyyətli bir sayt yaratmağı və onu SEO-ya görə optimallaşdırmağı da unutmamaq lazımdır. Çünki, saytınız biznesinizin onlayn mövcudluğunu təmin edəcək vacib amildir.
Plan Hazırlamaq
Uyğun Elektron Ticarət Həlli Seçmək
Biznesinizə uyğun elektron ticarət həllinə qərar vermək üçün şirkətinizin ehtiyaclarını və məqsədlərini, onların gələcəkdə necə dəyişəcəyini bilməlisiniz. Məsələn, e-ticarət biznesinizlə bağlı qərarlardan biri – şirkətiniz üçün fərdi yoxsa hazır sistem uyğundur? Hər iki seçimin üstün və əskik cəhətləri var. Bunları ölçüb qərar verməlisiniz.
Brendinqə Diqqət Yetirmək
E-ticarət şirkətləri üçün brendinq vacibdir. Brendləşmə, bu şirkətləri unikal edir və rəqiblərdən fərqlənmələri təmin edir. Brend həmçinin müştəri sədaqətini artırır və daimi müştəri kütləsini formalaşdırır. Güclü brendə malik olmaq üçün hədəf kütlənizə bütün marketinq materiyalları vasitəsilə ünvanladığınız mesajın aydın və sadə olması lazımdır.
Brendinizin Onlayn Mövcudluğu Təmin Etmək
Brendinizin təbliği üçün onlayn mövcudluğu təmin etməlisiniz. Brendinizin onlayn mövcudluğu keyfiyyətli vebsayt yaratmaq və bu vebsaytı axtarış sistemlərinə (SEO) görə optimallaşdırmaqla mümkündür. Bundan başqa, məzmun marketinqi, sosial mediya marketinqi, axtarış motoru marketinqinə (Google reklamları və sosial mediya reklamları) də sərmayə qoymalısınız.
Vebsayt Yaratmaq və Onu Optimallaşdırmaq
Keyfiyyətli vebsayt müştərilərlə əlaqə qurmağın ən gözəl yoludur. Ancaq keyfiyyətli vebsayt yaratmaq üçün sadəcə hədəf auditoriyanıza uyğun məzmun və dizayn kifayyət deyil, bu saytın vaxtaşırı optimallaşdırılması da lazımdır. Optimallaşdırma vebsaytınızın necə işlədiyini təkmilləşdirmək məqsədi daşıyır. Bunun üçün SEO mütəxəssisləri vaxtaşırı saytın yüklənmə sürətinə, məzmununa və axtarış sistemlərindəki reytinqinə baxırlar.
Elektron Ticarət Biznesi üçün Edilməməli Olanlar
E-ticarət biznesinizi inkişaf etdirmək üçün müştəri münasibətlərini gözardı etməmək lazımdır. Hazırkı yüksək rəqabət şəraitində müştərilərlə səmimi əlaqə qurub, onların ehtiyaclarını və problemlərini başa düşmək lazımdır ki, düzgün biznes plan qura biləsiniz.
Bazar tədqiqatı və rəqib araşdırmasına da etinasız yanaşmamaq lazımdır. Marketinq səylərinizin istədiyiniz nəticəni verməsi üçün mövcud vəziyyəti düzgün təhlil edib anlamaq vacibdir. Məhz bu məlumatlar əsasında qurulan biznes uğurlu olur.
Eyni zamanda, vebsayt məsələsini də unutmamaq lazımdır. Keyfiyyətli vebsayt yaradıb, onun vaxtaşırı optimallaşdırılmasını təmin etmək brendinizin tanınması baxımından vacibdir. Brendinq isə fəaliyyət sahənizdə sözü keçən şirkətlərlə rəqabət aparmağa və həyatda qalmağa imkan verir.
Bir Gecədə Uğur Qazanacağınıza İnanmaq
Bir gecədə uğur qazanmaq mümkün deyil. Uğurlu bizneslər ağır zəhmətin və fədakarlığın nəticəsidir. Fəaliyyət sahənizdə uğur qazanmaq istəyirsinizsə, ilk növbədə, məsələni ətraflı araşdırmalı və ona əsasən plan hazırlamalısınız. Daha sonra bu planın həyata keçirilməsi üçün özünüzə vaxt verməlisiniz. Vaxtaşırı planınızın nəticələri təhlil edib, lazımi dəyişikliklərə əl atmalısınız.
Təfərrüat və Məlumatları Gözardı Etmək
İstənilən bir biznesin uğuru onun müştərilər üçün nə qədər dəyərli olması ilə bağlıdır. Biznes müştərilərinə bazardakı ən yaxşı məhsul və ya xidməti təklif etməlidir. Bunun üçün də müştəri xidmətləri, bazar tədqiqatı, rəqib araşdırması və s. araşdırmalardan əldə edilən məlumat və təfərrüatları nəzərə almaq lazımdır. Məhz bu təfərrüatlar sizə düzgün qərar verməyə, lazımı dəyişiklikləri etməyə kömək edəcək.
Müştərilərlə Əlaqəyə Fikir Verməmək
Müştərilərlə əlaqəyə fikir verməmək biznes üçün kobud səhvdir. Brendləşmə və müştəri loyallığı baxımından müştərilərlə əlaqə əvəzedilməzdir. Uğurlu şirkətlər müştərilərinə qiymət verir, onların fikir və rəylərini nəzərə alır, problemlərini vaxtından həll etməyə çalışır. Müştərilərə həsas yanaşma brendə olan inamı artırır və müştəri sədaqətini gücləndirir.
Yeniliklərə Əhəmiyyət Verməmək
Uğurlu şirkətlər daimi yenilik axtarışında olan şirkətlərdir. Onlar öz sahələrində və əlaqədar sahələrdə baş verənləri izləyir. Belə şirkətlər həmçinin, daxildəki problemlərə də diqqət yetirərək həll yolları axtarır. Mövcud tendensiyalara aid məlumatlardan istifadə edərək onları öz xeyrinə çevirməyə və daim rəqiblərindən bir addım irəlidə qalmağa çalışır.
Hər Şeyi Bir Anda Etməyə Çalışmaq
Hər şeyi bir anda etməyə çalışmaq biznesin məhsuldarlığını aşağı salar və işçi stresinə səbəb olar. Ona görə hər şeyi planlı şəkildə addım-addım etmək lazımdır. Əvvəl traflı araşdırma və təhlilə əsaslanan biznes plan hazırlanmalı, sonra bu plandakı mərhələlərin həyata keçirilməsinə başlanmalıdır. Satış üçün lazımı fundament yaratmadan satışa keçməyin mənası yoxdur. Satışa başlamaq üçün marketinq strategiyası hazırlanmalı, məhsulun çatdırılması, ödəniş üsulları, vebsaytın optimallaşdırılması və s. həll olunmalıdır. Əks halda, satışın uğurlu olması çətindir.
Əlaqədar yazılar: Elektron Ticarət Saytının Yaradılması üçün Bələdçi, Stoksuz Elektron Ticarət (Dropshipping) Nədir?, Elektron Ticarət Mağazasında Satışları Artırmaq üçün 12 Məsləhət, Sıfırdan Elektron Ticarət Mağazası Açmaq üçün 7 Addım