Elektron Ticarət Saytı Yaradarkən Yol Verilən 8 Səhv

Elektron Ticarət Saytı Yaradarkən Yol Verilən 8 Səhv | Solvemark

İstehlakçılar arasında onlayn alış-veriş meyli artdıqca elektron ticarət saytı artıq bir ehtiyaca çevrilib. E-ticarət sürətlə inkişaf edən sahələrdən biri olub. Ancaq bu sahədə öz biznesinizi qurmazdan əvvəl ən çox yol verilən səhvlərə nəzər salmağı məsləhət görürük. Bir işdə uğur qazanmaq üçün başqalarının təcrübəsini araşdırmaq vacibdir.

Elektron Ticarət Saytının Məqsədini Müəyyənləşdirməmək

Hər internet mağazanın öz məqsədi olmalıdır. Bəzi mağazalar geniş çeşiddə məhsul satmaq, bəziləri dar çeşiddə məhsul satmaq, bəziləri isə müştəri xidməti göstərmək üçün nəzərdə tutulur. Sayt yaratmazdan əvvəl məqsədinizi dəqiq şəkildə müəyyənləşdirməlisiniz, çünki saytın tərtibi və mağazanın marketinq strategiyası bu məqsəddən aslıdır.

E-ticarət saytınızda aşağıdakı məlumatlar verilməlidir:

  • Biznes fəaliyyətiniz nədir?
  • Məhsul və xidmətləriniz nədən ibarətdir?
  • Hədəf kütləniz kimlərdən ibarətdir?
  • İnsanlar sizin məhsul/xidmətinizlə niyə maraqlanmalıdırlar?
  • İnsanlar sizinlə necə əlaqə saxlaya bilərlər?

Düzgün Marketinq Strategiyasına Malik Olmamaq

Elektron ticarət sahəsində uğur qazanmaq üçün düzgün marketinq strategiyaya sahib olmaq lazımdır. Bunun üçün bazarı yəni rəqibləri və müştəri tələbatını araşdırmalısınız, mağazanızın məqsədini diqqət mərkəzində saxlamalısınız, bu məqsədin həyata keçirilməsi üçün lazımi platforma, rəqəmsal marketinq üsulalları, kanalları və hədəf auditoriyanı müəyyənləşdirməlisiniz.

Strategiyanızı formalaşdırırkən hər şeyi təfərrüatına qədər düşünməlisiniz. Strategiyanızın həyata keçirilməsi üçün hansı vasitələrə, hansı mütəxəssislərə, nə qədər vəsaitə, nə qədər vaxta ehtiyacınız olacaq. Unutmayın ki, strategiyanızın uğurlu olub-olmadığını hansı parametrlərə görə hansı vaxt aralığında qiymətləndirməli olduğunuzu da bilməlisiniz. Bu qiymətləndirmənin nəticəsinə görə strategiyanızda dəyişikliklər etməlisiniz.

Hədəf Auditoriyanı Tanımamaq

Hədəf auditoriyanı tanımaq marketinq strategiyasının təməl daşlarından biridir. Bununla belə marketoloqların ən çox yol verdiyi səhvlərdən biri hədəf kütlənin kim olduğunu, nə istədiyini, nəyə ehtiyacı olduğunu bilməməkdir. Auditoriyanı tanımamaq isə başqa marketinq səhvlərinə gətirib çıxarır.

Hədəf auditoriyanın kim olduğu barədə aydın təsəvvürə malik olmayan marketoloq mesajı bu auditoriyaya necə çatdıracağını, onun diqqətini necə çəkəcəyini və onu necə hərəkətə keçirəcəyini də bilməz. Halbuki, müştəri bazasının təhlili ilə auditoriyanı tanımaq, onun ehtiyaclarını müəyyənləşdirmək və fərdi mesajlar yaratmaq mümkündür.

Faydalı və Maraqlı Məzmun Yaratmamaq

Faydalı və maraqlı məzmun mövcud müştərilərin loyallığını qazanmaq, potensial müştəriləri cəlb etmək üçün mükəmməl marketinq vasitəsidir. Hazırkı yüksək rəqabət şəraitində faydalı məzmun müştərilərlə səmimi əlaqə qurmaq baxımından çox vacib amildir. Keyfiyyətli məzmun yaratmaq üçün ya peşəkar kopirayterə müraciət etməlisiniz ya da kopirayinqlə bağlı aşağıdakı məsləhətlərə riayət etməlisiniz:

  • Cümlələri qısa və sadə tutun.
  • Şəkillər, qrafik dizaynlar və videolar kimi vizual effektlərdən istifadə edin.
  • Markerlərdən və ya nömrələnmiş siyahılardan istifadə edin.
  • Təsirli hərəkətə çağırışlardan faydalanın.

Sosial Media İnteqrasiyasını Gözardı Etmək

Sosial media inteqrasiyası istənilən rəqəmsal marketinq strategiyasının ayrılmaz hissəsidir. Bu proses sadəcə elektron ticarət saytınıza və bloqunuza sosial media düymələri əlavə etməkdən ibarət deyil, həm də onları digər kanallarla inteqrasiyayı da əhatə edir.

Sosial medianın e-ticarət saytınıza və ya bloqunuza inteqrasiya etmək daha çox orqanik trafik və izləyici əldə etməyə kömək edə bilər. Bu proses  potensial müştəri sayının və nəticədə vebsaytınızın çevrilmə nisbətinin artmasına müsbət təsir edəcək.

Layihənin Əvvəlində SEO-yu Daxil Etməmək

Rəqəmsal marketinqə uğurlu olmaq üçün SEO-yu layihənin sonunda daxil etmək kifayət etmir, layihənin başlanğıcında elektron ticarət saytınızın optimallaşdırmasını nəzərə almalısınız. Layihənin əvvəlində SEO-nu nəzər alaraq vebsaytınızı dizayn etmək və rəqiblərinkindən fərqləndirmək daha asan olacaq.

Bundan əlavə, e-ticarət saytınızı hazırlarkən SEO-nu daxil etmək pulunuza və vaxtınıza qənaət etməyə imkan verəcək. Layihənin başlanğıcında saytın optimallaşdırılması həyata keçirilmədikdə, vebsaytınızın reytinqi aşağı olacaq və bu da daha az trafik və daha yavaş inkişafa gətirib çıxaracaq.

Mobil Optimallaşdırma Etməmək

Elektron ticarət saytınızın mobil cihazlara görə optimallaşdırılmaması, çevrilmə nisbətinizə və vebsaytınızın trafikinə mənfi təsir göstərəcək. Müxtəlif cihazlardan istifadə edən müştərilərə çatmaq üçün vebsaytınızı bu cihazlara görə oprimallaşdırmalısınız. Bunun üçün həssas və ya uyğunlaşdırılmış veb dizayndan istifadə edə bilərsiniz.

Saytınızın mobile uyğun optimallaşdırılması məzmunuzun geniş auditoriyaya çatmasını və düzgün şəkildə təqdim olunmasını təmin edir. Optimallaşdırma üçün mütəxəsissə müraciət edə və ya müəyyən təlimatlara riayət edərək optimallaşdırma əməliyyatını həyata keçirə bilərsiniz.

İstifadəçi Rəylərini Gözardı Etmək

İstifadəçi rəyləri və şikayətləri elektron ticarət saytlarının düzgün işləməsi və yüksək qazanclı olması baxımından çox vacibdir. Saytda müxtəlif problemlərlə qarşılaşan istifadəçilər saytı tərk edib alış-veriş etməkdən asanlıqla vaz keçə bilirlər. Ona görə istifadəçi rəyləri və şikyətlərinə ciddi yanaşmaq lazımdır.

İstifadəçilərdən gələn rəy və şikayətləri operativ şəkildə araşdırıb müvafiq tədbirlər görmək lazımdır. Problemləri gözardı edən elektron mağazalar müştərilərini itirə bilər.

Səhvlərdən Qaçınmaq Üçün İşi Peşəkarlara Həvalə Edin!

Yuxarıda qeyd olunan səhvləri bir-bir nəzərə alıb aradan qaldırmaq sizin üçün çox zəhmətli və vaxt aparan işdir. Elektron ticarət saytı yaratmaq sahəsində 8 illik təcrübəyə malik Solvemark sizin yükünüzü yüngülləşdirə bilər. Bazar araşdırmasından saytın dizayn və texniki tərtibatına qədər bütün mərhələlərdən asanlıqla keçməyə kömək edirik.

Uyğun qiymətə pəkar elektron ticarət saytı əldə etmək üçün saytımızdakı Pulsuz Məsləhət Formasını doldurun! Mütəxəsisslərimiz müraciətinizi qiymətləndirib sizinlə əlaqə saxlayacaqlar. Vaxtınıza, pulunuza, enerjinizə qənaət edin. Solvemark ilə rəqəmsal dünyaya açılmaq çox asandır!

Mövzuyla bağlı ətraflı məlumat üçün bizim Azərbaycanda Elektron Ticarətə Necə Başlamaq Olar? (2022)Elektron Ticarət Modelinə Keçməyin 5 SəbəbiElektron Ticarət – Yeni Biznes Modeli Haqqında Hər Şey (2022)Onlayn Ticarət Üzrə Uğurlu Biznes: 2 Fərqli Yanaşma (2022) vəE-Ticarət Nədir? Necə İşləyir? (E-ticarətə Giriş – 2022) yazılarımıza nəzər sala bilərsiniz.

 

 

 

 

 

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir