Marketinq elektron ticarət mağazası üçün uğurun açarıdır. Marketinq strategiyaları vasitəsilə biznesinizi inkişaf etdirə və satışlarınızı artıra bilərsiniz. Necə? Yazımızı oxuyub bu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Elektron Ticarət Mağazası Üçün Marketinqin Əhəmiyyəti Nədir?
Elektron ticarət mağazasının vebsaytında marketinqin əhəmiyyətini gözardı etmək olmaz. Marketinq məhsul və ya xidmətlərin potensial müştərilər arasında təşviqi prosesidir. Onun vasitəsilə çevrilmə nisbətinizi yüksəldə, gəlirinizi artıra və biznesinizi genişləndirə bilərsiniz.
E-ticarət saytınızda marketinqdən maksimum dərəcədə bəhrələnmək üçün biznesinizə uyğun marketinq strategiyası və ya strategiyaları müəyyənləşdirməlisiniz. E-ticarət saytları üçün marketinq strategiyalarına SEO, e-poçt marketinqi, sosial media, məzmun marketinqi, reklam və s. daxildir.
SEO əməliyyatları ilə e-ticarət saytınızın onlayn mövcudluğu təkmilləşdirmək, axtarış sistemlərində üst sıralara çıxmaq və istehlakçıların alqı-satqı prosesini asanlaşdırmaq mümkündür. Bir sözlə, SEO ilə mağaza saytınızın çevrilmə nisbətini yüksəldə bilərsiniz.
E-poçt marketinqi e-ticarətdə ən çox istifadə olunan marketinq strategiyasıdır. Bu strategiya ilə mağazanızın satışlarını artıra, müştəri güvənini möhkəmləndirə və çevrilmə nisbətini yüksəldə bilərsiniz. Burda vacib olan məsələ məqsədə uyğun məzmunda elektron məktublarla müştəriləri sayta çəkməkdir.
Sosial media marketinqi hədəf kütləni əhatə etmək üçün gözəl vasitədir, çünki sosial platformalar istehlakçılar arasında yeni məhsul və xidmətlər haqqında məlumat əldə etmək üçün populyar alətlərə çevrilib. Ona görə sosial mediada mətn, şəkil, audio, video məzmun paylaşaraq müştərilərlə əlaqə qurmaq və brendi tanıtmaq mümkündür.
Məzmun marketinqi potensial müştərilərin cəlb olunması və satışların artırılması üçün ən uyğun strategiyadır. Məzmun marketinqi ilə daha geniş hədəf kütləyə çata, onlarla əlaqə qura, məhsul və ya xidmətləriniz haqqında faydalı məlumat verə bilərsiniz. Bu yolla brendinizi formalaşdırar və təşviq edər, eləcə də saytınıza trafik çəkərsiniz.
Oflayn ilə Onlayn Satış Arasındakı Fərq Nədir?
Oflayn satış, pərakəndə mağazada, telefon və ya e-poçt vasitəsilə, köşk və ya e-ticarət sərgisi kimi sabit bir fiziki yerdə şəxsən həyata keçirilən satış prosesidir. Onlayn satış, Amazon, Trendyol, Hədiyyəmo kimi onlayn bazaryerlərində internet vasitəsilə həyata keçirilən prosesdir.
Oflayn satışlarda satıcılar müştərilərlə üz-üzə əlaqə qurmaq imkanından istifadə edə, qiymət və stok üzərində daha çox söz sahibi ola bilərlər. Onlayn satışda isə qiymət və stok səviyyəsini mağazanın adından bazaryeri idarə edir. Oflayn satışla onlayn satış arasındakı fərqli cəhətləri aşağıdakı kimi göstərmək olar:
- Fiziki məkan. Onlayn mağazalar fiziki yerə bağlı deyil, dünyanın istənilən yerindən və istənilən yerinə satış edə bilər.
- İş saatı. Onlayn mağazalar 7/24 saat açıqdır.
- Əlaqə. Onlayn mağazalarda alıcılara satıcılarla birbaşa və ya sosial media kanalları vasitəsilə əlaqə saxlamaq imkanı verilir ki, bu da müştəri xidmətlərinin təkmilləşdirilməsində vacibdir.
- Xərcə qənaət. Onlayn mağazalar fiziki yerə bağlı olmadığı üçün müvafiq icarə, komunal, işçi və s. xərclərə qənaət edir.
- Rəqəmsal marketinq. Onlayn mağazalar rəqəmsal marketinq üçün lazımi alətlərə və məlumatlara sahib olur. Marketinq kampaniyalarını daha uyğun qiymətə həyata keçirə bilir.
- İnventarın idarə edilməsi. Onlayn mağazalar inventar idarəetməsində daha böyük imkanlara sahibdir.
Elektron Ticarət Mağazasında Satışları Necə Artırmaq Olar?
Hazırda elektron ticarət ən qazanclı biznes sahələrindən biridir. Ancaq marketinqdən istifadə etmədən satış və gəlirlərinizi artırmaq mümkün deyil. Rəqabət şərtləri o qədər sərtləşib ki, e-ticarətdə saytınızın çevrilmə nisbəti və ziyarətçi başına gəlir kimi əsas marketinq göstəricilərini nəzərə almalısınız.
Onlayn mağazanızın satışlarını artırmaq üçün saytınızın SEO-ya uyğun şəkildə optimallaşdırılmasına diqqət etməlisiniz. Vebsayt internetdə satışla məşğul olan istənilən kiçik biznes üçün böyük əhəmiyyət kəsb edir. Onun vasitəsilə daha geniş kütləyə çata və şirkətiniz, məhsul və ya xidmətiniz haqqında məlumat verə bilərsiniz.
Bundan əlavə, məhsul səhifələrinin təkmilləşdirilməsi, müştəri səyahəti xəritəsinin tətbiqi və sosial media hesablarınızdakı izləyicilərlə qarşılıqlı əlaqə məsələlərini də unutmamalısınız. Müştəri güvəni və sədaqəti yüksək rəqabətli mühitdə şirkəti rəqiblərindən önə çıxaran əsas amillərdir.
Məzmun marketinqinin istifadəsini də diqqətə almalısınız. Məzmun mağazanızın satış və gəlirlərinin artırılması üçün marketinqin vacib hissəsidir. Hədəf bazarınıza uyğun məzmunu sosial media şəbəkəsi və digər kanallarda paylaşaraq müştəri cəlb edə bilərsiniz.
Satışları Artırmaq Üçün 12 Məsləhət
Düzgün marketinq üsulları ilə elektron ticarət mağazanızın çevrilmə nisbətini yüksəldə və satışlarını artıra bilərsiniz. Sizin üçün satışların artırılmasına aid 12 marketinq məsləhətini bir yerə topladıq:
- Saytınızda, post və reklamlarınızda dəqiq hərəkətə çağırış hazırlayın;
- Saytınızı müvafiq qaydada optimallaşdırın;
- Saytınızın mobil cihazlar üçün uyğun olduğundan əmin olun;
- Saytınızda axtarış sistemi yaradın;
- Saytınızda məhsulunuzun şəkil və təsvirini optimallaşdırın;
- Saytınızda məhsullarınızla bağlı xəbər bülleteninə abunə formasını qurun;
- Müştəri rəyləri üçün saytınızda xüsusi bölmə açın;
- Məhsul və xidmətiniz ilə bağlı səs-küy yaratmaq üçün sosial mediadan istifadə edin;
- Məhsul və xidmətlərinizi tanıtmaq üçün videodan istifadə edin;
- Müəyyən məbləğ üstündəki alış-verişlərdə pulsuz çatdırılma xidmətini reklam edin;
- Endirim və kampaniyalarınızı reklam edin;
- Müştərilərinizə uyğun bloq yazıları dərc edin;