Hazırda eyni müştəriyi hədəf alıb məhsul istehsal edən rəqib şirkətlərdən fərqlənməyin ən mükəmməl yollarından biri brendinqdir. Rəqabət şərtlərinin sərt olduğu bir dövrdə brend şəxsiyyətinə malik olmaq böyük bir üstünlükdür. Bu yazımızda brendinq nədir və şirkətiniz üçün necə istifadə edə bilərsiniz sualına cavab verəcəyik.
Brendinq Nədir?
Brendinq hər hansı bir şirkət üçün unikal bir şəxsiyyət və ya imic yaratmaq, qoruyub saxlamaq və tanıtmaq prosesidir. Brend sadəcə şirkətin adı və ya logosu ilə məhdudlaşmır, həm də insanların beynində oyandırdığı fikirləri və hissləri əhatə edir.
Brend müştəri ilə şirkətiniz arasında emosional əlaqədir. Bu əlaqə, özünüzü dünyaya təqdim etməyiniz və müştərilərlə qarşılıqlı münasibətlər qurmağınızla bağlıdır. Müdürdən işçiyə qədər şirkətin bütün nümayəndələri bunun fərqində olub buna görə davranmalıdırlar.
Bir çox şirkətin ayrılmaz parçası olan brend qeyri-maddi, simvolik və emosional xüsusiyyətlərinin cəmidir. Ona görə də brendinqin məqsədi istehlakçıların şüurunda müəyyən bir məhsul və ya şirkət haqqında müsbət və unudulmaz bir təəsürat yaratmaqdır. Bu təəssüratın təməl daşları isə şirkətinizi digər şirkətlərdən fərqləndirən ad, simvol, şüar və dizayndır.
Brendinq konsepsiyası əsrlər boyu mövcuddur. Coca-Cola və Nika Swoosh loqoları bunun nümunələridir. Ancaq, 20-ci əsrin ağır rəqabət şərtlərində sağ qalmağa çalışan şirkətlərin sayı artdıqca bu konsepsiya daha da populyarlaşdı.
Brendinqin Şirkətlər Üçün Əhəmiyyəti Nədir?
İstehlakçı zövqlərinin daim dəyişdiyi və rəqabət şərtlərinin sərtləşdiyi bir dünyada rəqiblərdən fərqlənib onları qabaqlamaq üçün güclü bir brend şəxsiyyətinə sahib olmalısınız. Ona görə hazırda brendinq şirkətlərin marketinq strategiyasının vacib parçasına çevrilib.
Müştərinin kral olduğu bir dövrdə rəqiblərdən daha uğurlu olmağın yolu müştərilərinizlə emosional əlaqə qurmaqdır. Brend müştəriləriniz arasında etibar və nüfuz qazanmağa yəni müştəri sədaqəti formalaşdırmağa xidmət edir. Bundan əlavə marka məhsullar daha yüksək qiymətə satıla bilir və nəticədə şirkətinizə daha çox qazanc gətirir, çünki bu məhsulların daha keyfiyyətli olduğu düşünülür.
Eyni zamanda brend tərəfdaşlar, işçilər, təchizatçılarla da güvənli münasibətlərin qurulmasına kömək edir. Brendlər həm də müəyyən müştəri bazasına və bazar payına malik olduğunuzu göstərməklə investorları cəlb etmək üçün istifadə oluna bilər.
Brend yaratmağın faydası:
Brend istehlakçılara etibar hissi verir və məhsul/xidmətləri almaya sövq edir;
Brend məhsul və xidmətlərin təşviqini asanlaşdırır;
Brend rəqiblərdən fərqlənməyə kömək edir;
Brend müştəri loyallığını və müştəri maraqlarınıın qorunmasını təmin edir;
Brend tərəfdaşlar, işçilər, təchizatçılar və investorlarla güclü münasibətlər qurmağa kömək edir;
Brend şirkətin qazancını artırır və ömrünü uzadır;
Brend məhsul/xidmətinizlə maraqlanan insanlardan ibarət icma qurmağa kömək edir.
Brend Necə Yaradılır?
Brendinq prosesi tədqiqat, inkişaf, tədbiq və yeniləmə kimi mərhələlərə ayrılır. Tədqiqat mərhələsində bir şirkət olaraq kim olduğunuz, nə ilə məşğul olduğunuz, rəqiblərdən necə fərqləndiyiniz, hədəf kütlənizin kimlərdən ibarət olduğu və s. müəyyənləşdirilir.
Təqdiqat nəticəsinə əsasən loqo, şüar, rəng sxemləri kimi vizual elementlərdən ibarət bir brend şəxsiyyəti yaradılır. Daha sonra bu brendin təbliği yəni tanıdılmasına başlanır. Müştərilərin zövqləri və rəqabət şəraiti dəyişdikcə müəyyən dəyişikliklər edilir.
Brend yaratmaq prosesində atılmalı olan addımlar:
- Şirkətinizin şəxsiyyətini (dəyərlərinizi, xüsusiyyətlərinizi və s.) müəyyənləşdirmək;
- Hədəf kütlənizi müəyyənləşdirmək;
- Missiya bəyanatınızı hazırlamaq;
- Vizual aktivlərinizi yaratmaq;
- Brendinizi bazarda təşviq etmək;
- Ehtiyac olduqca brendinizdə dəyişikliklər etmək.
Şirkətlər Üçün Brendinq Məsləhətləri
1. Brendizi insan olaraq düşünün. Kimdir? Necə Davranır? Onun haqqında nə düşünürlər?
2. Brend strategiyası hazırlayın. Brendin məqsədi, dəyərləri, çevikliyi və s.-ni əhatə edən uzun müddətli bir plan tərtib edin.
3. Brend strategiyanıza sadiq qalın. Bu, brendinizin müştərilər arasında populyarlaşmasını asanlaşdırır.
4. Əməkdaşlarınıza brend strategiyanızı izah edin və ona riayət etmələrinə inandırın.
Pulsuz Brendinq Məsləhəti!
Fəaliyyət sahənizdə uğurlu bir biznes qurmaq üçün güclü brendə ehtiyacınız varsa, Solvemark-a müraciət edin. 8 illik təcrübəmizlə sizə brendinqin bütün mərhələlərində kömək etməyə hazırıq. Korporativ loqonuzun dizayn edilməsindən tutmuş saytınızın hazırlanması qədər brend yaratmağın hər sahəsinə hakimik. Prioritetimiz korporativ şəxsiyyət və müştəri təcrübəsidir.
Brendinizin formalaşdırılmasında dəstək istəyirsinizsə, bizim Pulsuz Məsləhət Xidmətimizdən faydalana bilərsiniz. Bunun üçün sadəcə müvafiq formamızı doldurmanız kifayyətdir. Şirkət nümayəndələrimiz sizinlə əlaqə saxlayacaq. Ehtiyaclarınızı ətraflı şəkildə araşdırıb ona uyğun həll təklifi hazırlayacağıq. Solvemark ilə hər iş asandır!
Mövzuyla əlaqədar ətraflı məlumat üçün bizim Brend Yaratmağın 10 Faydası. Brend Necə Yaradılır? yazımızı oxuya bilərsiniz.