Brendiniz Üçün 7 Addımda SMM Strategiyası

Brendiniz üçün 7 Addımda Uğurlu SMM Strategiyası | Solvemark

SMM strategiyası brendlərin rəqəmsal marketinqinin ayrılmaz hissəsidir. Bu yazıda brendlər üçün sosial media strategiyasının əsasları ələ alınmışdır. Qeyd olunan məsləhətlərə riayət edərək brendinizin sosial media strategiyasını asanlıqla müəyyənləşdirə bilərsiniz.

SMM Strategiyası Nədir?

Sosial media (SMM) strategiyası – şirkətin sosial mediadakı iştirakını artırmaq üçün nəzərdə tutulmuş bir sıra hədəflərin, üsulların və hərəkətlərin cəmidir. Şirkətin sosial media strategiyası onun ümumi marketinq və kommunikasiya strategiyasına uyğun olmalıdır.

SMM strategiyasının son məqsədi sosial media platformalarında müştəri məlumatlılığını artırmaq və müştərilərlə əlaqəni gücləndirməkdir. Bir sözlə, bu strategiya sosial media platformalarında məlumat və məzmun paylaşmaqla mövcud və potensial müştərilərlə əlaqə qurmaq məqsədi daşıyır. Bu strategiya çərçivəsində izləyici, bəyənmə və paylaşmaların sayı artırılır, eləcə də hədəf kütlədə rezonans doğuran məzmun yaradılır.

Bir brend olaraq sosial media marketinqində uğur qazanmaq üçün strategiyanızın olması şərtdir. Məhz bu strategiya vasitəsilə hərəkət planınızı müəyyənləşdirə, hədəflərinizi və onlara çatmağın yolunu dəqiqləşdirə, bu yoldakı uğurlarınızı qiymətləndirərək əskiklərinizi tamamlaya bilərsiniz. SMM strategiya şirkətinizin düzgün yoldan sapmasına mane olaraq uğur qazanmasını qarantiləyəcək.

Brendiniz üçün uğurlu SMM strategiyası müəyyənləşdirmək üçün müəyyən addımların atılması lazımdır. Bu yazıdakı təlimatlara addım-addım riayət etsəniz, brendiniz üçün uyğun olan strategiya hazırlaya bilərsiniz.

Brendinizi Müəyyənləşdirin

İlk addımınız brendinizi müəyyənləşdirmək olmalıdır yəni siz kimsiniz və kimi cəlb etmək istəyirsiniz sualına cavab verməlisiniz. Bundan əlavə, hədəf kütlənizə hansı mesajı vermək istəyirsiniz? Hansı dəyərləriniz var? Hədəfləriniz nədir? Missiyanız nədir?

Bütün bu məsələləri dəqiqləşdirdikdən sonra brendinizin adını, loqosunu, şüarını, rəng paltirasını, məzmunuzun üslubunu müəyyənləşdirə bilərsiniz. Brend şəxsiyyətiniz SMM strategiyanızın müəyyənləşdirilməsi və reallaşdırılmasında çox önəmli yer tutur.

SMM Məqsədlərinizi Müəyyənləşdirin

Sosial media məqsədləriniz biznesinizin növündən asılıdır. Əgər siz elektron ticarətlə məşğul olursunuzsa, məqsədiniz onlayn satışları artırmaq ola bilər. Əgər bir restoran işlədirsinizsə, məqsədiniz daha çox müştəri cəlb etmək ola bilər.

Məqsədlərin müəyyənləşdirilməsində ən vacib meyar bu məqsədlərin SMART (Specific Measurable Accepted Realistic Timely – Xüsusi Ölçülə bilən Qəbul edilən Realist Vaxtında) olmasıdır. Daha sonra bu məqsədlərin həyata keçirilməsi üçün bir vaxt qrafiki və resurs siyahısı hazırlanmalıdır.

Hədəf Auditoriyanın Müəyyənləşdirin

Növbəti addım hədəf kütlənin məyyənləşdirilməsidir. Bu mərhələdə müştəri və ya abunələrinizin kim olduğu sualına cavab verməlisiniz. Onların yaşı, cinsi, məkanı, maraqları, ehtiyacları, istəkləri nədir? Məhz bu məsələləri dəqiqləşdirdikdən sonra hədəf auditoriyanızın ehtiyacını və marağını təmin edəcək məzmun hazırlaya bilərsiniz.

Hədəf kütləni müəyyənləşdirməyin yollarından biri – xəyali bir personaj (buyer persona) yaratmaqdır. Bu personaj sizin fəaliyyət sahənizdəki potensial müştəriləri təmsil edir və onların xüsusiyyətlətini daşıyır. Onun vasitəsilə auditoriyanızın nəyi sevib sevmədiyini anlaya bilərsiniz.

Sosial Media Platformalarını Müəyyənləşdirin

Bir çox şirkət düzgün sosial media platformasını seçməkdə çətinlik çəkir. Ən populyar sosial media plaformaları Tiktok, Facebook, Twitter, Instagram, Telegram və LinkedIn-dir. Ancaq bütün bu platformalarda iştirak etmək mümkün deyil. Ən məntiqlisi şirkərinizin məqsədinə uyğun platformanı seçməkdir.

Əgər siz məzmunla daha çox insanı cəlb etmək istəyirsinizsə, Facebook – gözəl bir seçimdir. Facebook-un 1 mlrd.-dan çox aktiv istifadəçisi var və bu platforma sizin biznesinizin reklamı üçün uyğun bir variantdır.

Əgər peşəkar şəbəkə axtarırsınızsa və ya artıq qurulmuş biznesiniz varsa və müştərilərlə əlaqə qurmaq istəyirsinizsə, LinkedIn mükəmməl bir seçimdir. Siz həmçinin bu platforma vasitəsilə fəaliyyət sahənizdəki peşəkarlarla əlaqə saxlayaraq gələcəkdə şəbəkənizi genişləndirə bilərsiniz.

Hədəf auditoriyanız 30 yaşından kişikdirsə, diqqətinizi Instagram və Tiktok-a yönəltməlisiniz, çünki bu iki şəbəkədə gənc yaş qrupunda olan istifadəçilərin sayı daha yüksəkdir.

Mövzuları Müəyyənləşdirin və Məzmun Təqvimi Yaradın

Məzmun marketinqi potensial müştəriləri cəlb etmək üçün güclü vasitədir. Bu marketinq növü, şirkətlərə məlumatlılığı artırmağa və satışları artırmağa kömək edir. Məzmun marketinqi həm də dünyaya hekayənizi çatdırmağın və izləyicilərinizlə əlaqə qurmağın bir yoludur.

Məzmun yaratmaq üçün ilk növbədə ələ almaq istədiyiniz mövzuları müəyyənləşdirmək lazımdır. Daha sonra məzmun təqviminin hazırlanmasına keçmək məsləhətdir. Məzmun təqvimi işinizi daha müntəzəm şəkildə görməyə kömək edər.

Brendinizin Vizual Tonunu Yaradın

Vahid vizual şəxsiyyətə malik olmaq üçün yaxşı planlaşdırılmış vizual elementlərin olması lazımdır. Loqo və digər vizualların brendinizin tonuna uyğun olduğundan əmin olmalısınız.

Brendinizin vizual tonunu yaratmaq üçün ilk növbədə rəng palitrasını seçmək lazımdır. Məsələn, Nike öz brendinqində qırmızı və narıncı rənglərdən istifadə edir. Daha sonra növbə brend imicinizə uyğun şriftləri seçməyə gəlir. Nike, loqosu üçün Futura Bold-dan faydalanır. Nəhayət, ən sonda vebsaytınızın və ya sosial media səhifənizin fonu üçün uyğun rəng sxemi seçməlisiniz.

Sosial Media İdarəetmə Alətini Seçin

Bazarda bir çox sosial media idarəetmə aləti var. Alətlər xüsusiyyətlərinə, qiymətlərinə və inteqrasiya səviyyələrinə görə dəyişir. Düzgün alət seçmək üçün aşağıdakı məsələləri nəzərə almalısınız:

  • Nəyə ehtiyacınız var?
  • Sizə hansı funksiyalar lazımdır?
  • Neçə hesabı idarə etmək istəyirsiniz?
  • Alət üçün nə qədər ödəyə bilərsiniz?

Solvemark-ın Pulsuz SMM Məsləhətindən Faydalanın!

Brendiniz üçün uğurlu bir SMM strategiyasına ehtiyacınız var, ancaq bununla məşğul olmaq üçün kifayət qədər təcrübəniz və vaxtınız yoxdur? Elə isə işi peşəkarlara həvalə edin. Rəqəmsal marketinq sahəsində 8 illik təcrübəyə və peşəkar insan resurslarına malik Solvemark sizi bu yükdən azad etməyə hazırdır.

Keyfiyyət və qiymət məsələlərində tərəddüd etməyin. Peşəkarlığımızdan və xidmətlərimizin münasibliyindən əmin olmaq üçün Pulsuz SMM Məsləhətindən faydalana bilərsiniz. Bunun üçün sadəcə müvafiq formamızı doldurmanız kifayətdir. Əməkdaşlarımız sizin üçün uyğun SMM həlli hazırlayacaq. Əgər təklifimizi bəyənsəniz, əməkdaşlığa davam edərik. Solvemark ilə hər iş asan!

Mövzuyla bağlı ətraflı məlumat üçün bizim Facebook və Instagram Reklamlarından Necə İstifadə Edə Bilərsiniz?Instagram Marketinqi üçün TəlimatTikTok Marketinqi üçün Faydalı MəsləhətlərSosial Media Marketinqi üçün Tam Bələdçi30 Gündə Sosial Media Marketinq Strategiyası yazılarımızı oxuya bilərsiniz.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir