Brendi Ön Plana Çıxarmaq üçün 7 Addım

Brendi Ön Plana Çıxarmaq üçün 7 Addım | Solvemark

Rəqəmsal dünyada brendi ön plana çıxarmaq aktual məsələlərdən biridir. Brendlər onlayn mövcudluq uğrunda bir-biri ilə mübarizə aparır, rəqabət qabiliyyətini və hədəf kütləni artırmaq üçün strategiyalar hazırlayır. Rəqəmsal dünyada brendi ön plana çıxarmaq niyə vacibdir, uğurlu rəqəmsal marketinq strategiyası necə olmalıdır, rəqəmsal marketinqdə brend ardıcıllığı necə təmin edirlir kimi suallara bu yazıda cavab tapa bilərsiniz.

Rəqəmsal Dünyada Brendi Ön Plana Çıxarmaq Niyə Vacibdir?

Brend, bir şirkətin, məhsulun və ya xidmətin rəmzidir. Brend, şirkətin dəyərlərini və şəxsiyyətini istehlakçılara çatdırmaq üçün istifadə olunan bütün elementlərin cəmidir. Bu elementlər şirkət loqoso, şüar, reklam kampaniyaları və məhsullardan ibarətdir. Bundan əlavə, brend şirkət və onun məhsulları ilə bağlı istehlakçılarda oyandırdığı hisslərdir.

Qeydi-maddi aktiv olan brend yüksək rəqabət şərtlərində şirkətə rəqiblərini qabaqlamağa və daha yüksək qazanc əldə etməyə xidmət edir. Çünki yüksək rəqabətin olduğu fəaliyyət sahələrində rəqiblərdən fərqlənmək və müştərilərin sədaqətini qazanmaq gəlirin həcminə əhəmiyyətli dərəcədə təsir edir.

Rəqəmsal texnologiyalar brendin formalaşdırılması üsullarını xeyli dəyişdirib. Ənənəvi marketinq modeli sosial media kanalları (Facebook, Instagram, Twitter və s.), onlayn bazaryerləri (Amazon, Trendyol, Hədiyyəmo və s.), rəy saytları (Yelp), bloqlar və bənzər sosial platformalar sayəsində pozulub. Sosial platformalarda paylaşılan bir mənfi rəy belə şirkətin imicini alt-üst edə bilər.

Marketoloqlar bu dəyişikliklərlə ayaqlaşmaq üçün yeni brendinq strategiyası hazırlamaq məcburiyyərində qaliblar və ortaya rəqəmsal marketinq çıxıb. Rəqəmsal marketinq məhsul və ya xidmətin təşviqi üçün internetdən istifadəni nəzərdə tutan marketinq növüdür.

Rəqəmsal marketinq ənənəvi marketinqlə müqayisədə bir çox üstünlüyə malikdir. Maddi baxımdan daha sərfəlidir, daha geniş miqyaslıdır və bazardakı dəyişikliklərə operativ şəkildə reaksiya verir. O, həmçinin müştəri istəyi və davranışı barədə ətraflı məlumat toplamağa imkan verir ki, bu da uğurlu brend strategiyasının hazırlanması üçün böyük əhəmiyyət kəsb edir.

Brendinq Məqsədilə Uğurlu Rəqəmsal Marketinq Strategiyası Necə Olmalıdır?

Brendi önə çıxarmaq üçün uğurlu rəqəmsal marketinq strategiyası tərtib etmək unikal bir brend şəxsiyyəti yaratmaqdan və onu hədəf kütlənizə müxtəlif marketinq kanalları vasitəsilə çatdırmaqdan ibarətdir. Bunun üçün hədəf auditoriyanızı yaxşı tanımaq, ehtiyac və istəklərindən xəbərdar olmaq lazımdır.

Uğurlu rəqəmsal marketinq strategiyası həm də analitik alətlərdən istifadəni tələb edir. Bu alətlər reklamlarınıza klikləmiş insanların sayını və ya vebsaytınızı ziyarət edənlərin sayını ölçməklə marketinq səylərinizin effektivliyini izləməyə və müvafiq müdaxilələr etməyə imkan verir.

Rəqəmsal dünyada brendi önə çıxarmaq üçün lazım olan addımlar:

  1. Brendinizin şəxsiyyətini və marketinq məqsədini müəyyənləşdirin.
  2. Güclü və zəif tərəflərinizi dəqiqləşdirin, onlardan bazarda üstünlük əldə etmək üçün faydalanın.
  3. Hədəf kütlənizi tanıyın, tələb və ehtiyaclarını araşdırın. Onların səyahət yolunu anlayın.
  4. Bazarı və rəqiblərinizi araşdırın. Zəif tərəflərindən üstünlük qazanmaq üçün istifadə edin.
  5. Brendinizin dəyərlərini və mesajlarını hədəf kütlənizə çatdırmaq üçün lazımi kanalları və yolları müəyyənləşdirin.
  6. Hədəf kütləniz üçün faydalı və maraqlı olan məzmunu yaradın və müvafiq kanallar vasitəsilə paylaşın.
  7. Strategiyanızı qiymətləndirmək və təkmilləşdirmək üçün analitik alətlərdən faydalanın.

Rəqəmsal Marketinqdə Brend Ardıcıllığı Necə Təmin Edilir?

Brendi önə çıxarmaq üçün marketinq fəaliyyətlərində brend ardıcıllığına diqqət etmək lazımdır. Brend ardıcıllığı, brendin mesajlarının şirkətin dəyərlərinə, şüarına, vədinə və şəxsiyyətinə uyğun verilməsidir. Bu ardıcıllıq brendin fərqli kanallar vasitəsilə paylaşdığı mətn, qrafik, audio və video məzmunda əks olunmalıdır.

Məhz brend ardıcıllığı şirkəti rəqiblərindən fərqləndirir, istehlakçıların yaddaşına həkk edir, müştəri güvənini və sədaqətini qazandırır. Nəticədə, brend ardıcıllığı şirkətin gəlir həcmini artırır, çünki istehlakçılar müəyyən məhsul və ya xidmətə ehtiyac duyduqda ağıllarına müvafiq brend gəlir.

Brend ardıcıllığını təmin etmək üçün ilk növbədə brendinq təlimatını hazırlamaq lazımdır. Bu təlimata səs tonu, xüsusi terminlər, ümumi davranış qaydaları və s. haqqında təfərrüatlar daxildir. Brendinq təlimatı marketinq strategiyasının əsasını təşkil etməli və şirkətin bütün işçiləri tərəfindən mənimsənilərək tətbiq edilməlidir.

Qaydalar müəyyənləşdirildikdən sonra işçilərdə brend şüuru formalaşdırılmalıdır. Şirkətin tarixi, dəyərləri və səs tonu haqqında təfərrüatları işçilərə aşılamaq üçün bir seminar təşkil etmək mümkündür. Brend şüurunun formalaşması şirkətin ənənəvi və rəqəmsal marketinq strategiyasına müsbət təsir edəcək, brendi önə çıxarmağa xidmət edəcək.

Seminardan sonra işçiləri brend resursları ilə təmin etmək lazımdır ki, bu resurslar iş prosesində istifadə edilsin və brend ardıcıllığı təmin edilsin. Xüsusilə marketinq əməliyyatlarında (vebsaytın tərtibi, sosial media postlarının paylaşılması, reklamların verilməsi və s.) bir-birinə uyğun olan brend elementlərindən istifadə olunmalıdır ki, müştərilər zehnində qarışıqlıq yaranmasın. Brend elementləri aşağıdakılardır:

  • Şrift adları;
  • Loqo versiyaları;
  • Qrafika;
  • Rəng palitraları.

Uzunmüddətli Müvəfəqiyyət Üçün Sərfəli Rəqəmsal Marketinq Növü Hansıdır?

Marketinqin brendi önə çıxarmaq üçün ən gözəl nümunəsi məzmun marketinqidir. Belə ki, məzmun marketinqi məhsul və ya xidməti tanıtmaq üçün ən münasib üsullardan biridir. Bu üsul, onlayn platformalarda mətn, audio, video, şəkil, qrafika və infoqrafika ilə hazırlanmış məzmunla şirkətin öz fəaliyyət sahəsində nüfuzunu artırmağa, brend məlumatlılığını yüksəltməyə və potensial müştəriləri cəlb etməyə kömək edir.

Məzmun marketinqi brend məlumatlılığını, satışları, əhatə dairəsini, müştərilərlə qarşılıqlı əlaqəni, müştəri sədaqətini də artırır. O, həmçinin mövcud və potensial müştərilərinizi məhsul və xidmətiniz haqqında istehlakçıları maarifləndirməyə, müştərilərlə daha güclü əlaqələr qurmağa və brendinizlə bağlı icma yaratmağa kömək edir.

Bu üsulun sərfəli olmasının səbəbi eyni məzmunu təkrar istifadə etmək və ya bir neçə platformada paylaşmaq imkanıdır. Məzmun marketinqi sosial media və müştəri sədaqəti vasitəsilə uzun müddətdə yüksək çevrilmə nisbəti təmin edir. Yaxşı məzmun daha uyğun qiymətə daha davamlı onlayn mövcudluq imkanı verir.

Qeyd: Brendinq ilə bağlı ətraflı məlumat əldə etmək üçün  Brendiniz Üçün 7 Addımda Uğurlu SMM Strategiyası,  Brendinq Nədir? Biznesiniz Üçün Necə İstifadə Edə Bilərsiniz? və Brend Yaratmağın 10 Faydası. Brend Necə Yaradılır? yazılarına nəzər sala bilərsiniz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir