Müasir zamanda şirkətlərin məqsədi sadəcə biznes qurmaq deyil, həm də bir brend yaratmaq olmalıdır. Brend, kiçik, orta və ya böyük şirkətin bir loqotip, ad, söz və ya cümlə ilə bütün xüsusiyyətlərini ehtiva edən şəxsiyyətidir. Yəni brendə korporativ şəxsiyyət də deyilə bilər. Korporativ şəxsiyyət həm fiziki, həm emosional ölçüdə mövcud olan bir anlayışdır yəni şirkətin fiziki xüsusiyyətləri ilə bərabər, insanların beynində oyatdığı hissdir. Bəs brend yaratmağın əhəmiyyəti nədir, faydası nədir, hansı şirkətlərə lazımdır, necə yaradılır? Əgər bu mövzuyla maraqlanırsınızsa bloq yazımızı oxumaya davam edin.
Brendin Əhəmiyyəti
Bəzi tədqiqatçılara görə brendin tarixi e.ə. 5000 ilə qədər uzanır. Qədim misirlilər, yunanlar, romalılar və çinlilər mülkiyyət və keyfiyyəti ifadə etmək üçün saxsı qablara və digər əşyalara möhür vurmuşlar. Dövrümüzün amansız rəqabət şəraitində isə brend yaratmağın və ya korporativ şəxsiyyətə malik olmağın önəmi müştərilərinizlə uzunmüddətli əlaqələr qurmaq baxımından daha da artıb. Uzunmüddətli əlaqələr müştərilərin yaddaşında qalmaq, sədaqət və güvən hissi yaratmaq yəni fəaliyyət sahənizdə fərqlilik yaratmaq deməkdir. Bu isə bütün şirkətlərin, xüsusilə onlayn ticarətlə məşğul olan firmaların xəyalıdır. Hazırkı yüksək rəqabət şəraitində brendinqin əhəmiyyəti danılmazdır.
Brend Yaratmağın Şirkətinizə 10 Faydası
Brendinqin şirkətlərə bir çox faydası vardır, ama bu başlıq altında brend yaratmağın əsas faydalarından bəhs edəcəyik. Bura fərqlilik, güvən, sədaqət, satışların artışı, təminat, maddi güc, dəyər və s. daxildir.
- Fərqlilik yaradar. Rəqiblərdən fərqlənməyə, önə çıxmaya xidmət edər. İstehlakçılar brendin məhsul və ya xidmətlərini asanlıqla tanıyarlar.
- Güvən verər. Brend keyfiyyət zəmanətidir. İstehlakçılar etibar etdikləri brendlərin məhsul və ya xidmətlərindən istifadə etməyə üstünlük verərlər.
- Sədaqət hissi formalaşdırar. Müştəri sədaqətinin artırmaya və müştərilərlə daha güclü əlaqələr qurmaya kömək edər.
- Satışları artırar. İstehlakçılar tanıdıqları, etibar etdikləri və sadiq olduqları brendləri asanlıqla satın alarlar. Bundan əlavə şirkət eyni brend adı altında yeni məhsulları bazara daha asan qəbul etdirir.
- Təminat verər. Vasitəçilərin məhsulu müxtəlif qiymətlərlə satması çətinləşir.
- Müdafiə haqqı verər. İstehsal olunan malın müəllif hüquqlarını qoruyar.
- Maddi güc verər. Satışlar arttıqca maddi güc də artar.
- Əməkdaşlığı asanlaşdırar. İstehsalat və satış proseslərində iştirak edən əməkdaşlarla münasibətlər rahatlaşar.
- Dəyər əlavə edər. Rəqiblərlə müqayisədə marka məhsulun qiyməti və mənfəət marjası artar.
- Şirkətin ömrünü uzadar. Tələb yaradar və biznesin bazarda qalmasına kömək edər.
Brend yaratmağın faydaları haqqında daha təfərrüatlı məlumat üçün 16 Benefits of Branding & Co-Branding məqaləsini oxuya bilərsiniz.
Hansı Şirkətə Brend Lazımdır?
Brendinq ve ya brend yaratmaq sürətli inkişafa can atan yeni şirkətlər üçün vacibdir. Digər tərəfdən kortəbii və sürətlə inkişaf etmiş, lakin vahid ünsiyyət strategiyasına və imicinə malik olmayan şirkətlərin də brendə ehtiyacı var. Onu formalaşdıraraq, müştərilərə şirkətin əsas dəyərlərini və mesajlarıni çatdırmaq mümkündür. Bir sözlə, brend yüksək rəqabətli sahədə fəaliyyət göstərən və uğur qazanmaq istəyən şirkətlərə lazımdır.
Brend Necə Yaradılır? Brendi Necə Yarada Bilərsiniz?
Brendinq uzun və zəhmətli bir prosesdir. Bu məsələdə uğur qazanmaq üçün müəyyən ardıcıllıqla hərəkət etmək lazımdır. Brend yaratmaq üçün görüləcək tədbirlər:
– Hədəf auditoriyanızı və rəqiblərinizi araşdırın. Brendinizlə bağlı hər hansı bir qərar verməzdən əvvəl mövcud bazarı, yəni potensial müştərilərinizi və hazırkı rəqiblərinizi tanımalısınız.
– Brendinizin şəxsiyyətini və hədəfini müəyyənləşdirin. Başlanğıcda brendiniz hər kəsi məmnun etməyə bilər. Markanızı qurarkən hədəf auditoriyanızı müəyyənləşdirin və ona əsasən şirkətinizin şəxsiyyətini əks etdirin.
– Biznes adınızı seçin. Rəqiblərinizdən fərqlənmək və müştərilərin yaddaşında qalmaq üçün adınız loqo, domen, marketinq və ticarət nişanı qeydiyyatınıza təsir edəcək. İdeal olaraq, saxtalaşdırılması çətin olan və bazardakı digər oyunçuların adları ilə qarışdırılmayan bir mağaza adına ehtiyacınız var.
– Şüarınızı yazın. Vebsaytınızda, sosial media hesablarınızda, marketinq kampaniyalarınızda, vizit kartlarınızda istifadə edəcəyiniz qısa və cazibədar şüar hazırlayın.
– Brendinizin görünüşünə qərar verin. Rəngləri və tipoqrafiyanı düzgün müəyyənləşdirməlisiniz. Rənglər yalnız markanızın görünüşünü müəyyən etmir, həm də insanlara hiss etdirmək istidiyiniz emosiyanı verir. Şriftləri seçərkən vebsaytınızda istifadə edəcəyiniz şriftlərə üstünlük verməlisiniz.
– Logonuzu dizayn edin. Logo brendinizin üzü olduğu üçün onu unikal şəkildə təmsil edəcək ikonu seçin.
– Brendinizi biznesinizə tətbiq edin. Brendinizi biznesinizə tətbiq edərsəniz, marka hekayəsi yaranar. Marka hekayəsi kim olduğunuzu və nə etdiyinizi izah edər, müştərilərlə qarşılıqlı əlaqələrin təməlini qoyar.
Brend yaratmaqla bağlı daha ətraflı məlumat almaq istəyirsinizsə, bu How to Develop a Unique (& Memorable) Brand Identity in 2022 məqaləsinə nəzər sala bilərsiniz.
Nəticə
Fəaliyyət sahənizdə uğur qazanmaq istəyirsinizsə, brend yaratmaq haqqında düşünün. Onun vasitəsilə müştərilərinizi düzgün istiqamətə yönəldə, gözəl ilk təəssürat yarada və öz reputasiyanızı idarə edə bilərsiniz. Çünki brend yaratmağın fərqlilik, güvən, sədaqət, maddi güc və dəyər kimi üstünlükləri şirkətinizin rəqabət şəraitində rəqiblərinizi qabaqlamaya və onlardan seçilməyə kömək edəcək. Solvemark sizə SEO, SMM və SEM xidmətləriylə brend formalaşdırılmasına dəstək ola bilər.
Mənbə:
https://blog.hubspot.com/agency/develop-brand-identity
https://blog.hubspot.com/marketing/benefits-of-branding