Hazırda onlayn mövcudluğu təmin etmədən biznesdə uğur qazanmaq mümkün deyil. Satışları artıracaq sosial mediya strategiyası necə hazırlanır? Bu yazıda 5 addımda uğurlu strategiya hazırlamağın yolu ilə tanış ola bilərsiniz.
Sosial Mediya Strategiyasının Əhəmiyyəti Nədir?
Sosial mediya strategiyası şirkətinizin və ya təşkilatınızın marketinq və biznes məqsədlərinə çatmaq üçün sosial mediyadan istifadə planıdır. Bu strategiya yalnız zaman-zaman şirkətinizin social mediya kanallarında məzmun paylaşması ilə bağlı deyil, məqsəd və dəyərlərinizə uyğun social mediyadakı seçimlərlə əlaqədar ətraflı bir plandır.
Sosial mediya strategiyası şirkətinizin sosial şəbəkələrdəki fəal mövcudluğunu təmin etmək üçün hazırlanmış plandır. Yaxşı plan ümumi marketinq strategiyasına sadiq qalıb auditoriyanızın böyüməsinə və marketinq səylərinizdən maksimum nəticə əldə etməyinizə kömək edəcək.
Sosial mediya kanalları brendlərin məhsullarını reklam etmək və potensial müştərilərlə əlaqə saxlamaq üçün əsas vasitəyə çevrilib. Bu, həm də şirkətlər üçün müştərilər ilə qarşılıqlı əlaqədə olmaq və istədikləri mövzu barədə rəy almaq üçün əla bir yoldur.
Sosial mediya müxtəlif şəkillərdə istifadə edilə bilən güclü bir marketinq vasitəsidir. Onlayn mövcudluğunuzu günişləndirmək, müştərilərinizdən rəylər almaq, auditoriyanızla əlaqəni gücləndirmək və hətta məhsul satmaq üçün istifadə edilə bilər.
Əlaqədar yazı: Kiçik Biznes üçün Sosial Mediya Strategiyası Niyə Vacibdir?
Hansı Sosial Mediya Strategiyaları Var?
Sosial mediya vasitəsilə satışlarınızı artırmaq istəyirsinizsə, bir neçə sosial mediya strategiyasını nəzərdən keçirə bilərsiniz. Bu strategiyalara məzmun marketinqi, nüfuz (influencer) marketinqi, messenger marketinqi, istifadəçi məzmunu (UGC) və heşteq (hashtag) istifadəsi daxildir.
- Məzmun marketinqi. Bir az yaradıcılıqla sosial mediya hesablarınızda məhsullarınız haqqında cəlbedici, əyləncəli və məlumatlandırıcı məzmun paylaşa bilərsiniz. Facebook və Instagram-da müntəzəm olaraq şirkətinizlə bağlı yenilikləri yerləşdirməklə məhsul və ya xidmıtlərinizi təbliğ edə bilərsiniz. Eyni zamanda, məzmun marketinqi hədəf auditoriyanızın yəni potensial müştəri sayınızın da armasına xidmət edər. Məhsullarınız haqqında sadəcə məlumat verməklə kifayyətlənməyin, onların necə istifadə olunduğunu göstərməyə çalışın. Hekayələrinizdə fooşəkillər, videolar, GİF-lər və digər məzmun formatlarından istifadə edin.
- Təsir marketinqi (influencer marketing). Təsir marketinqi şirkətinizin məhsul və ya xidməti haqqında məzmun yaratmaq üçün nüfuzlu şəxslərlə işləməyi nəzərdə tutur. Nüfuzlu şəxslər YouTube, Instagram, Twitter, TikTok kimi sosial şəbəkələrdə çoxlu izləyicisi olan və sözü keçən insanlardır. Brendlər tez-tez fəaliyyətələri haqqında videolar və ya yazılar hazırlamaq və paylaşmaq üçün bu şəxslərlə işləyir.
- Messenger marketinqi. Sosial mediya kanallarının messenger proqramları var ki, bu proqramlardan müştərilərlə əlaqə üçün istifadə etmək mümkündür. Məsələn, Facebook Messenger üçün çatbot (chatbot) yaradib müştəri xidmətlərini təkmilləşdirə bilərsiniz. Brendlər bu proqramlardan məhsullar haqqında suallara cavab vermək və sifariş almaq üçün istifadə edir. Çatbot ilə müştərilərə məhsul kataloqunuzu göstərə, məhsullarla bağlı məsləhət verə və satın almağa inandıra bilərsiniz.
- İstifadəçi məzmunu (UGC). Razı müştəriləri məhsullarınız haqqında məzmun hazırlamalarına inandırın. Əksər istehlakçılar brendlərin məhsulları haqqında dediklərinə etibar etmirlər. Lakin onlar digər istehlakçıların təcrübəsinə əsaslanaraq məhsul alırlar. Ona görə razı müştəriləri hədiyyə kartları və digər vasitələrlə mükafatlandıraraq məzmunuzu paylaşmağa sövq edin.
- Heşteq istifadəsi (hashtag usage). Brendinizi və məhsulunu sosial mediya kanallarında tanıtmazdan əvvəl paylaşmayı təşviq etmək üçün fəaaliyyət sahəniz və şirkətinizlə bağlı heşteqlər yaratmalısınız. Heşteqlərini populyarlaşdıqda sosial mediyadakı istifadəçilər məhz bu heşteqlər vasitəsilə sizin məzmunuzu axtarmağa və paylaşmağa başlayacaqlar.
- Sosial mediya reklamları. Facebook, Instagram kimi sosial mediya platformalarında məhsul və xidmətlərinizin reklamını verə bilərsiniz. Bu platformalarda reklam üçün xüsusi bölmələr var. Onlardan istifadə edərək reklam üçün hədəf kütlənizi,coğrafiyanızı, reklam dəyərini və s.-ni müəyyənləşdirib reklam strategiyanızı qura bilərsiniz.
5 Addımda Sosial Mediya Strategiyasını Necə Hazırlamaq Olar?
İndi satışlarınızı artırmaq üçün social mediyadan istifadə etməyə başlamağın tam vaxtıdır. Siz sadəcə olaraq sizə uyğun strategiyanı hazırlamalısınız ki, satışlarınızı artıra və qazana biləsiniz. Uğurlu sosial mediya strategiyasını hazırlamaq üçün məqsədinizə uyğun hədəf auditoriyanızı, social mediya kanalını, məzmun qrafikinizi, idarəetmə alətini müəyyənləşdirməli və məlumatlarınızı təhliıl etməlisiniz.
Satışları artırmağa yönəlmiş sosial mediya strategiyası hazırlamaq üçün atılmalı olan addımlar:
- Hədəf auditoriyanızı müəyyənləşdirin. Sosial mediya strategiyanızda kimi hədəf aldığınızı bilməlisiniz, çünki bu, biznesiniz üçün hansı platformaların ən uyğun olduğunu anlamağa kömək edəcək. Məsələn, əgər siz gənc nəsli hədəfləyisinizsə, Facebook sizin üçün doğru platform olmaya bilir, çünki o, daha yaşlı istifadəçi kütləsinə malikdir və Instagram, Snapchat kimi kanallar qədər qarşılıqlı əlaqə imkanlarına sahib deyil.
- Sosial mediya kanalını müəyyənləşdirin. Brendinizin bütün kanallarda iştirakı məntiqli deyil. Biznes məqsədinizə, hədəf kütlənizə və maddi imkanlarınıza uyğun kanallar seçməlisiniz. Əks halda, məqsədinizə çatmaqda çətinlik çəkərsiniz.
- Məzmun planınıza qərar verin. Hansı məzmunu hansı kanallarda necə paylaşacağınıza qərar verməlisiniz. Burda məzmunun mövzusu və formatı, paylaşma sıxlığı, günü, saatı, üsulu (pullu yoxsa pulsuz (reklamlar), istifadəçi məzmunu yoxsa nüfuz marketinqi), heşteqlər və s. nəzərdə tutulur.
- Sosial mediya idarəetmə alətini seçin. Sosial mediya strategiyanızı daha effektiv şəkildə idarə etməyə kömək edəcək alətlər mövcuddur. Bu alətlər paylaşmaların planlaşdırılması, həyata keçirilməsi, təhlili, açar söz izləmə kimi funksiyalara malikdir. Bu vasitələrdən bəziləri Hootsuite, Sprout Social və Buffer App-dır.
- Məlumatlarınızı təhlil edin. Məlumatların təhlili şirkətiniz üçün nəyin işləyib, nəyin işləmədiyini anlamaq üçün vacibdir. Hər platformada nə qədər vaxt sərf etdiyinizi və hansının hazırda sizin məqsədinizə daha uyğun olduğunu bilməlisiniz. Bu yolla strategiyanıza müvafiq dəyişikliklər edib daha yüksək nəticə əldə edə bilərsiniz.