2022-ci ildə istehlakçıların onlayn axtarış davranışları və texnoloji yeniliklər marketoloqları hansı dəyişikliyə sövq edir. Rəqəmsal marketinqdə xüsusilə axtarış sistemlərində hansı dəyişikliklər gözlənilir? Axtarış şəbəkəsinin gələcəyi ilə bağlı təxminlərə bu bloq yazımızda nəzər sala bilərsiniz.
Rəqəmsal Marketinqdə Axtarış Sistemlərinin Əhəmiyyəti
Son zamanlar istehlakçılar problemləri həll etmək, tapşırıqları yerinə yetirmək, ehtiyaclarını qarşılamaq üçün daha çox axtarış edirlər. Bu da rəqəmsal marketinqdə axtarış sistemlərin əhəmiyyətini artırmaqdadır. Belə ki, şirkətlərin onlayn mövcudluğu məhz axtarış sistemələrindən aslıdır.
Axtarış sistemləri və ya axtarış motorları istifadəçilərə yüksək keyfiyyətli vebsaytlardakı müvafiq məlumatları tapmağa xidmət edir. Burada əsas söz “müvafiq”dir. Onlayn axtarışlarda axtarış motorlarının vəzifəsi istifadəçilərin istəyinə uyğun nəticə təqdim etməkdir.
Uyğun nəticə təqdim etmək üçün axtarış sistemləri bot və ya hörümcək adlanan proqramlardan istifadə edir. Bu proqramlar axtarış şəbəkəsindəki yeni məlumatları toplayır. Axtarış motorları bu məlumatlara əsasən yeni bağlantıları bazaya daxil edərək indeksləşdirir. Axtarış sistemlərində müəyyən axtarışa uyğun məlumatların təqdim edilməsi üçün mürəkkəb alqoritmdən istifadə olunur.
Axtarış sistemlərinin bu alqoritmləri ciddi şəkildə qoruyur və tez-tez dəyişdiririr. Məsələn, Google 200-dən çox fərqli parametri qiymətləndirir. Bura sürət, bağlantılar, vebsaytın istifadə imkanları, məlumat arxitekturası və s. daxildir. Vebsaytların alqoritmlərə uyğun şəkildə optimalaşdırlması üçün iş SEO-ya düşür.
SEO (axtarış motoru optimallaşdırması) axtarış sistemlərinin alqoritmlərinə uyğun olaraq şirkətlə müştərilər arasındakı maneələri aradan qaldırmaya xidmət edən dəyərli bir vasitədir. Onun vasitəsilə şirkətin onlayn mövcudluğu təmin edilir, yəni şirkət rəqəmsal dünyada daha çox görünür, daha çox ziyarətçi trafiki çəkir və gəlir əldə edir. Bundan əlavə, SEO brend məlumatlılığı, potensial müştərilərlə əlaqə qurmaq, şirkəti müvafiq fəaliyyət sahəsində etibarlı, nüfuzlu və peşəkar bazar iştirakçısı olaraq göstərmək üçün mükəmməl bir alətdir.
Qısacası, hazırkı informasiya texnologiyaları dövründə axtarış sistemləri rəqəmsal marketinqin təməl daşlarından biridir.
2022-ci İldə Axtarış Sistemləri Haqqında Təxminlər
2022-ci il istehlakçııların onlayn davranışları və texnologiya sahəsindəki yeniliklər axtarış sistemlərində hansı dəyişikliklərə səbəb ola bilər? Marketoloqlar bu dəyişikliklərdən necə istifadə edə bilərlər?
Axtarış trendləri marketoloqlar üçün çox şey vəd edir. Belə ki, 2022-ci ildə insanların axtarış sistemlərində daha çox vaxt keçirdiklərini, asudə vaxtlarını daha çox məhsul və xidmət axtarışına sərf etdikləri məlumdur. Buraya texnoloji yeniliyi süni intelekti (AI) əlavə edərsək, marketoloqlar üçün böyük fürsətlərin yarandığını demək olar.
2022-ci ildə süni intellektlə işləyən robotlar öz məzmunlarını yarada və insanlarla ünsiyyət qura biləcəklər. Bu o deməkdir ki, onlar istənilən növ işi yazmaq, yaratmaq və idarə etmək qabiliyyətinə malik olacaqlar. Süni intellektin köməyi ilə marketoloqlar indi diqqətlərini ən vacib vəzifələrə yönəldə bilərlər: müştərilərini tanımaq, ehtiyaclarını və maraqlarını öyrənmək, onları maraqlandıran məzmun yaratmaq.
Süni intellektin istifadəsi marketoloqların müştərilərinin nə axtardıqları və onları müvafiq məzmunla necə uyğunlaşdıracaqları barədə məlumat əldə etmələrini asanlaşdıracaq. Bu, həmçinin şirkətlərə hədəf auditoriyası ilə rezonans doğuran məzmun yaratmağa imkan verəcək.
2022-ci İldə Rəqəmsal Marketinqdə Optimallaşdırılma
Rəqəmsal marketinqinin gələcəyi əvvəlkindən daha mürəkkəb və çətin olacaq. Google-un alqoritm yeniləmələri və Facebook-un yeni alqoritmi ilə axtarış sisteminin mənzərəsi sürətlə dəyişir. Ona görə müvafiq optimallaşdırma əməliyyatları həyata keçirilməlidir.
Facebook, Instagram və Twitter-də məzmunun təşviqi üçün ən yaxşı tətbiqləri bilmək, həmçinin yerli nəticələri optimallaşdırmaq lazımdır. Bu dəyişiklikləri başa düşmək ehtiyacı SEO marketoloqları strategiyalarını yenidən nəzərdən keçirməyə və hədəf auditoriyaya çatmaq üçün yeni yollar hazırlamağa sövq etməlidir.
Axtarış sistemlərində dəyişikliklərlə ayaqlaşmaq üçün aşağıdakı addımlar atılmalıdır:
- Sosial media vasitəsilə hədəf auditoriyanızla əlaqələrin qurulması;
- Yerli nəticələrdə sıralanmaq üçün məzmunun necə yaradılacağının öyrənilməsi;
- Görünüşü maksimum dərəcədə artırmaq məqsədi ilə məzmunu təşviq etmək üçün yaradıcı yolların hazırlanması.
Növbəti Beş İl Üçün Axtarış Sistemləri ilə Bağlı 5 Proqnoz
Rəqəmsal marketinq sahəsi inkişaf etdikcə, axtarış sistemlərinin gələcəkdə daha böyük rol oynayacağı gözlənilir.
Axtarış sistemlərinin gələcəyi ilə bağlı əsas 5 proqnoza aşağıdakılar daxildir:
Sosial mediadan daha çox axtarış motorundan istifadə olunacaq;
Getdikcə daha çox müəssisə məzmun istehsalı üçün süni intellektdən istifadə edəcək;
Getdikcə daha çox şirkət müştərilərə xidmət üçün bahalı zəng mərkəzləri əvəzinə səsli köməkçilərdən istifadə edəcək;
Getdikcə daha çox insan öz smartfonlarından onlayn məlumat axtarmaq üçün əsas cihaz kimi istifadə edəcək;
Google-da ilk beş sıralama faktoru zamanla dəyişəcək.
Süni İntellekt Alqoritmlərindən İstifadəyə Necə Başlamaq Olar?
Süni intellekt bu gün rəqəmsal marketoloqların istifadə etdiyi ən maraqlı texnologiyadır. Süni intellektlə marketoloqlar rəqəmsal marketinq strategiyalarını daha effektiv, səmərəli və etibarlı şəkildə həyata keçirə bilərlər.
Süni intellekt alqoritmləri səhiyyə, maliyyə, pərakəndə satış və e-ticarət kimi müxtəlif sahələrdə istifadə olunur. Qeyd olunan istehlakçı davranışlarını və texnoloji yeniliklərə nəzərə alaraq demək olar ki, hazırda rəqəmsal marketinqdə fərqlənməyin yolu məzmuna əsaslanan marketinqə daha çox investisiya qoymaqdır. Bunun üçün də aşağıdakı addımların atılması lazımdır:
Hədəf auditoriyasının düzgün müəyyən edilməsi
Hədəf auditoriyasını səfərbər etmək üçün triqerlərin tapılması
Bu triqerlər üçün düzgün məzmunun yaradılması
Rəqəmsal marketinq və axtarış sistemləri ilə bağlı ətraflı məlumat üçün bizim 2022-ci İldə Rəqəmsal Marketinqin Əhəmiyyəti, Uğurlu Rəqəmsal Marketinq Üçün 3 Təsirli Məsləhət, SEO Nədir? (2022), 2022-ci İl Axtarış Trendləri və Alış-veriş Davranışları və s. yazılarımızı oxuya bilərsiniz.
Bu bloq yazısı üçün Həmtəsisçimiz Azər Şirinova təşəkkür edirik.
Mənbə: Mənbə: https://www.thinkwithgoogle.com/intl/tr-tr/pazarlama-stratejileri/arama/pandemide-yeni-tuketici-aliskanliklari/