2022-ci İldə Axtarış Trendləri və Alış-Veriş Davranışları

2022-ci İl Axtarış Trendləri və Alış-veriş Davranışları | Solvemark

2022-ci ildə insanların onlayn axtarış trendləri onların alış-veriş davranışlarına necə təsir edir? Internet istifadəçilərinin asudə vaxtlarını axtarış sistemlərində keçirməsi elektron ticarət satışlarını artırır mı? Bu yazıda axtarış trendlərinə əsasən rəqəmsal marketinqi təkmilləşdirməyin yollarından bəhs olunur.

2022-ci İldə Axtarış Trendlərinin Alış-veriş Davranışlarına Təsiri

2022-ci ildə insanlar asudə vaxtlarını daha çox axtarış sistemlərində onlayn məhsul axtarmağa sərf edir. Bunun e-ticarət satışlarının sayını artıracağı və pərakəndə satışlarda da öz əksini tapacağı gözlənilir. Bundan əlavə, insanların onlayn alış-veriş edərkən texnologiyaya daha çox güvəndikləri müşahidə edilir. Bu da 2027-ci ilə qədər fiziki mağazalara ehtiyacın azaldacağını deməyə əsas verir.

Müştəri-brend qarşılıqlı əlaqələrinin gələcəyi qeyri-müəyyəndir, hazırkı axtarış trendlərinə əsasən müəyyən təxminlər irəli sürmək mümkündür. Məsələn, müştərilərin daha çox fərdiləşdirilmiş təcrübəyə üstünlük verəcəklərini proqnozlaşdıra bilərik. Bu halda şirkətlər öz şəxsi brendlərini yaratmaq üçün daha çox vaxt və resurs sərf etməlidirlər. Bu, xüsusilə Amazon, Aliexpress, Trendyol, Umico ilə rəqabət aparmalı olan pərakəndə satıcılara aiddir.

2022-ci İldə Pərakəndə Satış Bazarı

Pərakəndə satış bazarı sürətlə böyüyür. 2022-ci ildə pərakəndə satış bazarının 4,3 trilyon dollara çatacağı və dünyanın ən böyük bazarına çevriləcəyi gözlənilir.

Pərakəndə satıcılar daim öz hədəf auditoriyasına çatmaq və bazarda rəqabət qabiliyyətini qorumaq üçün yeni və innovativ yollar tapmağa çalışırlar. Bunun ən məşhur yollarından biri də son illərdə nəzərəçarpacaq artım müşahidə edən elektron ticarətdir.

Pərakəndə satış sektoru həmçinin müştərilərə nə istədiklərini anlamağa kömək edə bilən və onların seçimləri əsasında fərdi tövsiyələr təklif edən süni intellekt (AI) köməkçiləri kimi texnologiya vasitəsilə müştəri təcrübəsini təkmilləşdirməyin yollarını axtarır.

2022-ci İldə Rəqəmsal Marketinqi Necə Optimallaşdırmaq Olar?

2022-ci ildə dünyada bir milyarddan çox internet istifadəçisi var. Bu, məhsul satma və bazara çıxarma üsulumuzun dəyişməsinə səbəb olur. Rəqabətə davamlı olmaq üçün müəssisələr marketinq strategiyalarını yenidən nəzərdən keçirməli və daha şəxsi yanaşmaya diqqət etməlidirlər.

2022-ci ildə rəqəmsal marketinq strategiyamız satışdan daha çox müştərilərlə əlaqə qurmağı əsas almalıdır. Bunun üçün aşağıdakı addımlar atılmalıdır:

  • Rəqəmsal marketinq kanallarınızı şaxələndirin. Hədəf auditoriyanızı təhlil edərək ona ən uyğun kanalları seçin (SMM, SEM, SEO və s.) və strategiyanızı bu kanallara görə hazırlayın.
  • Məzmun marketinqinə diqqət edin. Yeni məzmun yaratmaqla yanaşı, mövcud məzmunu optimallaşdırın. Ən populyar məzmunu müəyyənləşdirib yeni vizuallar və məlumatlarla yeniləyin.
  • Brend müdafiəçilərindən istifadə edin. Onlayn icma yaradaraq brend müdafiçilərinə mükafat təklif edin, brend heşteqi yaradın və izləyiciləri ondan istaifadə etməyə sövq edin.
  • İstifadəçi təcrübəsini daima yeniləyin. Saytınız şirkətinizin vitrinidir, onun UX dizayn standartlarına uyğun olduğundan və istifadəçiləri məmnun etdiyindən əmin olun. Bunun üçün saytın sürətini və naviqasiyasını təkmilləşdirmək, həssas veb dizayn tərtib etmək və s. lazımdır.
  • Orijinal məzmuna üstünlük verin. İstifadəçilər artıq marketinq strategiyalarından agahdırlar və açıq satış məqsədi güdən məzmuna müsbət reaksiya vermirlər. Orijinal məzmun yaratmağın ən gözəl yollarından biri canlı pocast və ya canlı videolar paylaşmaqdır.
  • Mövcud strategiyanızın performansını qiymətləndirin. Performans təhlili sizə nəyin düzgün, nəyin isə səhv getdiyini göstərəcək. Müttəmadi olaraq performans təhlili aparmaq sizə strategiyanızı yeniləməyə və daha yaxşı nəticə əldə etməyə kömək edəcək.
  • Ən vacibi trendləri izləyin. Rəqiblərinizdən fərqlənmək üçün illik strategiyanızı trendlərə görə yeniləməlisiniz. Yeni texnoloji imkanlardan və marketinq meyillərindən (axtarış trendləri, alma vərdişləri və s.) xəbərdar olmalısınız.

2022-ci İl Axtarış Trendlərindən Necə İstifadə Etmək Olar?

2022-ci ildə istehlakçıların alış-veriş üçün bir çox variantı vardır. Onlar ənənəvi və ya onlayn mağazalarda alış-veriş edə bilirlər. Süni intellektin (AI) köməyi ilə pərakəndə satıcılar daha yaxşı müştəri xidməti və fərdiləşdirilmiş alış-veriş təcrübəsi təqdim edərək bundan yararlana bilirlər.

Süni intellektlə işləyən elektron ticarət üçün gələcək parlaqdır. Müştərilərə daha yaxşı xidmət göstərməklə yanaşı, süni intellekt pərakəndə satıçılara öz məlumatlarından və fərdiləşdirmə imkanlarından istifadə edərək fərdiləşdirilmiş alış-veriş təcrübəsi təklif etməyə imkan verir. Bütün bu trendlərdən və imkanlardan faydalanaraq rəqəmsal marketinqdə uğur qazanmaq sizin əlinizdədir.

Mövzuyla bağlı ətraflı məlumat almaq üçün bizim Həssas Veb Dizaynı Üçün Bələdçi (2022)2022-ci İldə Rəqəmsal Marketinqin ƏhəmiyyətiUğurlu Rəqəmsal Marketinq Üçün 3 Təsirli MəsləhətElektron Ticarət – Yeni Biznes Modeli Haqqında Hər Şey (2022) və s. yazılarımıza nəzər sala bilərsiniz.

Bu bloq yazısı üçün Həmtəsisçimiz Azər Şirinova təşəkkür edirik.

Mənbə: https://www.mikegingerich.com/blog/how-to-optimize-business-in-2022-hacks-and-advice

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir